04 İyun 2025 19:18
535
SİYASƏT
A- A+
Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı qəbul edilib  

Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı qəbul edilib  

İyunun 3-də Azərbaycanın paytaxtında keçirilən “İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında” adlı beynəlxalq elmi konfransda Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı qəbul edilib.

AZƏRTAC Bəyanatı təqdim edir:

“Biz, 2025-ci il iyunun 3-də Bakıda keçirilmiş “İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında” adlı beynəlxalq elmi konfransında iştirak edən alim və akademiklər olaraq, insan hüquqları, ədalət, dekolonizasiya, elmi azadlıq və həqiqət axtarışına dair qlobal dəyərlərə sadiqliyimizi elmi təşəbbüs və yanaşmalarımız vasitəsilə bir daha bəyan edirik.

Biz kolonializmin müasir cəmiyyətlərdə davam edən irsini nəzərə alaraq, onun ideoloji, siyasi, sosial, mədəni və iqtisadi təsirləri barəsində davamlı şəkildə elmi səviyyədə araşdırmanın vacibliyini qəbul edir və kolonializm anlayışının doğru dərk olunması, dialoqun təşviqi, insan ləyaqətinə və xalqların dekolonizasiya hüququna hörmətin inkişaf etdirilməsində elmi-tədqiqat və təhsilin həlledici rolunu vurğulayırıq.

Biz kolonial hakimiyyətin tarixi prosesləri və quruluşlarının qitələrdə dərin, çoxşaxəli təsirlər yaratdığını, lakin bunların çoxunun hələ tam şəkildə həll olunmadığını qəbul edirik. Müxtəlif elmi sahələri, regionları və intellektual ənənələri təmsil edən alimlər olaraq, kolonial irsin tədqiqi zamanı bərabərlik, sülh və doğru səlahiyyətlərin verilməsi istiqamətində fənlərarası əməkdaşlığın və müstəqil araşdırmanın vacibliyini təsdiq edirik.

BMT-nin Afrikamənşəli xalqlar üzrə Daimi Forumu və Afrikaəsilli xalqlar üzrə Ekspertlər Qrupunun təşəbbüsü ilə yaradılmış Afrikamənşəli xalqların tədqiqi üzrə Qlobal Şəbəkənin fəaliyyətini yüksək qiymətləndiririk. Bu şəbəkə tədqiqatçılar, hüquq mütəxəssisləri, siyasi ekspertlər, təhsil işçiləri, akademik institutlar, məktəblər və universitetlər arasında əlaqə yaratmaqla, BMT-nin irqçiliklə mübarizə mexanizmlərinə, üzv dövlətlərə, BMT agentliklərinə, vətəndaş cəmiyyətinə, hüquq müdafiəçilərinə və ictimaiyyətə dəstək göstərməyi hədəfləyir.

Bundan əlavə, biz elmi araşdırmalardan tarixən kənarda qalmış icmaların dekolonizasiya və insan hüquqları mövzusundakı müzakirələrə cəlb edildiyi inklüziv elmi platformaların yaradılmasının vacibliyini bir daha vurğulayırıq. Bu yolla sistemli şəkildə ədalətsizliklərin aradan qaldırılmasına və intellektual plüralizmin təşviqinə yönəlmiş qlobal səylərə töhfə vermək istəyirik.

Bu yanaşmanı rəhbər tutaraq və hər hansı hüquqi öhdəlik yaratmadan, biz dekolonizasiya və təzminat məsələlərinə dair gələcək elmi əməkdaşlıq təşəbbüslərini dəstəkləyir və bu istiqamətə töhfə vermək niyyətimizi açıq şəkildə bəyan edirik.

Bu məqsədlə biz beynəlxalq elmi həmrəyliyi gücləndirmək, tədqiqatçılar arasında əməkdaşlığı genişləndirmək, gənc alimləri dəstəkləmək və dekolonizasiya mövzusunda bilik mübadiləsinə şərait yaratmaq məqsədilə Dekolonizasiya üzrə Beynəlxalq Tədqiqat və Bilik Platformasının yaradılmasında ortaq niyyətimizi bildiririk.

Biz beynəlxalq təşkilatları, hökumətlərarası qurumları, regional institutları və vətəndaş cəmiyyəti nümayəndələrini bu platformaya dəstək verməyə çağırırıq. Belə bir dəstək, sistemli şəkildə ədalətsizliklərin aradan qaldırılması, təzminatların verilməsi, dayanıqlı inkişaf və dekolonizasiyaya nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!