24 Sentyabr 2022 12:52
2059
CƏMİYYƏT
A- A+
Daxili işlər naziri Türkiyədə təhsil almaq üçün seçilən polis əməkdaşlarını qəbul edib

Daxili işlər naziri Türkiyədə təhsil almaq üçün seçilən polis əməkdaşlarını qəbul edib

 

“Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında” protokola əsasən, 2022-2023-cü tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində təhsil almaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (DİN) 20 yer ayrılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir, general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən DİN-in “Avtomatlaşdırılmış kadr informasiya sistemi” vasitəsilə şərtlərə uyğun olaraq bakalavr ali təhsil dərəcəsinə malik, türk dilini yaxşı bilən, fiziki hazırlıqlı, geniş dünyagörüşlü, müasir informasiya texnologiyaları ilə işləməyi bacaran 20 gənc əməkdaşı seçilərək sənədləri qardaş Türkiyənin müvafiq təhsil müəssisəsinə göndərilib.

Bu münasibətlə seçilmiş əməkdaşları qəbul edən daxili işlər naziri Vilayət Eyvazov onları təbrik edərək iki qardaş ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, təhsil alacaqları dövrdə türkiyəli həmkarlarının təcrübələrindən yararlanmağı, öz üzərilərində daim işləməyi, biliklərini və fiziki hazırlıq səviyyələrini artırmalarını tövsiyə edib. O, əmin olduğunu bildirib ki, təhsil alacaqları müddətdə onlar Azərbaycan Polisini, xalqımızı şərəflə təmsil edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!