Davamlı quruculuq ilindən sürətli inkişaf ilinə
Azərbaycan "Heydər Əliyev İli"nə bütün sahələrdə uğurlu göstəricilərlə qədəm qoyur
Geridə qoyduğumuz 2022-ci il Azərbaycanın ictimai-siyasi həyatında davamlı quruculuq ili kimi yadda qaldı. 30 ildən sonra düşmən tapdağından azad edilən Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən tikinti-quruculuq işləri Böyük qayıdış planının icrasını reallaşdırdı. Zəngilanın Ağalı kəndinin sakinlərinin həsrətli günləri vüsala yetişdi.
Bununa yanaşı, ölkə iqtisadiyyatı dayanıqlı inkişafını təmin etdi və dövlətin gələn il üçün büdcəsi tariximizin ən böyük maliyyə sənədi kimi qəbul olundu. Sənədin qəbulu ilə bir daha bəlli oldu ki, 2023-cü ilin dövlət büdcəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün etibarlı maliyyə təminatı yaradacaq.
Həmçinin ölkə iqtisadiyyatına yerli və xarici sərmayələr yatırıldı. Bu da Azərbaycanın iş adamları, sahibkarlar üçün əsl investisiya məkanı olduğunu bir daha təsdiqlədi.
Bütün işlər baş plan əsasında gedir
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bu məsələlərə bir daha toxunaraq vurğuladı ki, ötən il Qarabağ və Şərqi Zəngəzurda həyat artıq bərpa edilib. Birinci layihə icra edilmiş və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. İlham Əliyev bu prosesi tarixi hadisə adlandırıb: "...Çünki müharibədən iki il keçmədən - cəmi il yarımdan sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir.
Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdıblar və bu bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər".
Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin ardıcıllığı, miqyası barədə də məlumat verərək dedi ki, neçə şəhərdə artıq inşaat işləri geniş vüsət alıb. İlk növbədə Şuşa, eyni zamanda Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin baş planı təsdiqlənib və bir neçə kəndin təməli şəxsən Prezident tərəfindən qoyulub.
Bütün işlər baş plan əsasında gedir və qısa zamanda Qarabağla Şərqi Zəngəzur cənnətməkana çevriləcək, yüz minlərlə keçmiş köçkün öz doğma torpağına qayıdacaq.
İqtisadi müstəqilliyini təmin edən ölkə
Ötən illər istər regionda, istərsə də qlobal iqtisadiyyatda baş verən proseslərə baxmayaraq, ölkədə həyata keçirilən heç bir sosial layihə dayandırılmadı. Azərbaycanın təşəbbüsü, iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsi istiqamətində atılan addımlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə səbəb oldu.
Ümumiyyətlə, İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Əlbəttə ki, bütün bu nailiyyətlərə çatmağı şərtləndirən əsas amil güclü iqtisadiyyatın olmasıdır. Azərbaycan artıq iqtisadi müstəqilliyini çoxdan təmin edib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Əgər bu ilin iqtisadi göstəricilərinə nəzər salsaq, görərik ki, postpandemiya dövrü üçün nəticələr qənaətbəxşdir:
* İqtisadiyyat təxminən 5 faiz artıb;
* qeyri-neft sektoru 9 faizdən çox yüksəlib;
* Ümumi daxili məhsul bu il rekord həddə - 130 milyard manata çatıb.
Prezidentin də söylədiyi kimi, bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq ölkənin xarici dövlət borcu da xeyli azalıb. Bu vəzifəni bir neçə il bundan qabaq dövlət başçısı hökumət qarşısında qaldırmışdı. Tələb isə xarici borcumuzun ümumi daxili məhsulumuzun 10 faizinin altında olması idi. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərik ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir. Yəni Azərbycan tamamilə beynəlxalq maliyyə institutlarından asılı deyil. Ölkəmiz Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı layihələri öz iqtisadi qüdrəti hesabına həyata keçirir, özü də heç bir donor, maliyyə təşkilatından maliyyə yardımı almadan.
Əlbəttə ki, baş verən bu reallıqlar birmənalı şəkildə onu deməyə əsas veriri ki, son 19 ildə yürütdüyü siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev ölkəmizi daha möhtəşəm qələbələrə, zəfərlərə doğru aparır. Azərbaycanın artan maliyyə imkanları, iqtisadiyyatda baş verən keyfiyyət dəyişiklikləri özünü göstərir. Eyni zamanda gələn ilin dövlət büdcəsinin göstəriciləri təsdiq edir ki, büdcə gələn ildə də Azərbaycanın öz milli, iqtisadi və sosial hədəflərinə çatması üçün etibarlı maliyyə təminatı yaradacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ekoaksiya: Sülhməramlıların avtomobilləri axşam saatlarında da sərbəst hərəkət edir
22 Mart
Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb...
22 Mart
Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb
22 Mart
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində “Valideyn görüşləri” keçirilib
22 Mart
İslam aləmində on bir ayın sultanı - Ramazan ayı
22 Mart
Laçın-Xankəndi yolu: Daha dörd avtomobil keçib
22 Mart
Sülhməramlıların altı avtomobili aksiya ərazisindən keçib
22 Mart
Bu gün Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
22 Mart
Son sutkada COVID-19 infeksiyasına 5 yoluxma qeydə alınıb
22 Mart
Ekoaksiya: BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb
22 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!