Dağların ilk təbib oğlu
Lerikin Xəlifəkənd kəndi Qızyurdu zirvəsinin ətəyindədir. Çox da böyük olmayan bu obanın füsunkar təbiəti var. Üç tərəfi qayalardır, ayağından kiçik çay axır. Kənd abidələri ilə də tanınır. Daş heykəllər, qutu qəbirlər, pirlər kəndin qədimliyindən xəbər verir. Ötən əsrin əllinci illərində sovet rejiminin repressiyasına məruz qalan əhalisi arana, cənub bölgəsinə səpələnir. Bir neçə il keçəndən sonra 15-20 ilə yurd yerinə dönür. Kimi əkinçiliklə, kimi heyvandarlıqla, kimi də ata-baba sənəti olan dəmirçiliklə məşğul olur. Onların arasında Molla Rəzzak da var idi.
Ağsaqqal Rəzzak kişinin birinci övladı Balağa Bağırov Lənkəran şəhərində təhsil alır. Orta məktəbi qızıl medalla bitirib Azərbaycan Tibb İnstitutuna daxil olur. Təhsil illərində fəal tələbə kimi diqqəti çəkir. Məşhur cərrah Mustafa Topçubaşovun yanında birillik kurs keçir, böyük alimdən xeyir-dua alır.
1952-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən Balağa Bağırovun təyinatı Səhiyyə Nazirliyi tərəfindən Lənkəran rayonuna verilir. O, bu təyinatı ilə razılaşmır, Lerikə göndərilməsini xahiş edir. Müraciəti nəzərə alınır. Doğulduğu diyara gəlib ilk təbib kimi rayon xəstəxanasının şöbə müdiri təyin olunur. Əmək fəaliyyətinin ilk aylarından kəndləri bir-bir gəzir, malyariyadan, traxomadan, qızılcadan əziyyət çəkən xəstələri müalicəyə cəlb edir. Gənc həkim hər ailədə hörmətlə qarşılanır, adamlar dərdlərini ona deməkdən çəkinmirlər.
1954-cü ilin mart ayında rayon rəhbərliyi Balağa Bağırova etimad göstərir, səhiyyə şöbəsinə rəhbərlik etmək barədə nazirliyə təqdimat göndərir. Təqdimat nəzərə alınır. Şöbəyə yeni təyin olunmuş lerikli müdir tibb müəssisələrində vəziyyətlə tanış olur, işçilərə əhaliyə vicdanla xidmət etməyi tapşırır.
Balağa Bağırov bir neçə kənddə xəstəxana, feldşer-mama məntəqələrinin açılması barədə nazirlik qarşısında məsələ qaldırır və həllinə nail olur. Qosmalian, Peştətük, Veri, Kirəvud kəndlərində xəstəxana, Livədirqə, Monidigah, Pirəsora, Conu kəndlərində feldşer-mama məntəqələri açılır. Kadr çatışmazlığını aradan qaldırmaqdan ötrü təkliflər verir. Tibb İnstitutuna və tibb məktəblərinə lerikli gənclər müsabiqədənkənar qəbul olunur. Onlar təhsili başa vurduqdan sonra kəndlərə dönüb işlə təmin olunurlar.
1964-cü ildə Balağa Bağırov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasına qəbul olunur. Namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. O, bu institutda klinika müdiri, direktor vəzifələrində çalışır. 1991-ci ildən ömrünün sonuna kimi baş həkimin müalicə üzrə müavini işləyir. Uzun illər səmərəli fəaliyyətinə görə orden və medallarla təltif olunur. 1986-cı ildə "Əməkdar həkim” fəxri adına layiq görülür.
Dağların təbib oğlu həm də şair-publisist idi. Qələmindən dörd kitab işıq üzü görüb. "Hər kəs yüz il yaşamasa...” kitabı Lerik uzunömürlülərinə həsr edilib.
Balağa həkim Allah adamı idi. Ahıl çağında həcc ziyarətində olmuşdu. Beş övlad atası, 13 nəvə babası 2012-ci il martın 26-da 83 yaşında dünyasını dəyişib.
Bu günlərdə Lerik rayonunun ictimaiyyəti bu diyarın ilk təbibi, tibb elmləri namizədi, Əməkdar həkim Balağa Bağırovun 90 illik yubileyini qeyd etmişdir. Ağsaqqallar, ziyalılar, elm və incəsənət adamları onun vaxtilə çalışdığı xəstəxanada xatirə lövhəsinin açılışından sonra mədəniyyət sarayına toplaşmışdılar. Tədbirdə çıxış edən mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev, Milli Məclisin deputatları Hüseynbala Mirələmov və Aqil Abbas, professorlar Anar İsgəndərzadə, İslam Qəribli, Əli Davudov, ağsaqqal Eldar Cəfərov, şair Ağacəfər Həsənli, kinodramaturq Eldar İsgəndərzadə, mərhumun oğlu Əlimuxtar Bağırov Balağa Bağırovun keçdiyi şərəfli ömür yolundan söhbət açmış, xatirələrini söyləmişlər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov dövlət başçısı İlham Əliyevin elm, mədəniyyət və incəsənət adamlarına göstərdiyi diqqətdən, dünyasını dəyişən ziyalıların xatirəsinin yad edilməsindən danışmışdır.
Həmzə VƏLİMƏMMƏDOV,
Əməkdar jurnalist
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısına qatılıb
29 Aprel
Bu ölkə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
29 Aprel
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!