13 Noyabr 2024 08:25
493
CƏMİYYƏT
A- A+
COP29 iştirakçılarının sağlamlığı da diqqət mərkəzindədir

COP29 iştirakçılarının sağlamlığı da diqqət mərkəzindədir


Azərbaycan dünyanın ən mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a evsahibliyi edir. Tədbirin məhz ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun bariz nümunəsidir.

Belə kütləvi tədbirlər zamanı ölkəyə on minlərlə xarici qonaq və turist gəlir. Təbii ki, belə tədbirlər zamanı insanların sağlamlığının mühafizəsi və tibbi xidmətlərin təşkili də diqqət mərkəzində olur. COP29-la əlaqədar TƏBİB tərəfindən zəruri tibbi xidmətlər təşkil edilib. Qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələr zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib.

Bir müddət əvvəl TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bununla bağlı brifinqdə bildirmişdi ki, Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili tibbi yardım, stasionar, reanimasiya şöbələri və əməliyyatxanası tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb. Yoluxucu xəstəliklər üçün Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi modul tipli xəstəxanada 4-ü reanimasion olmaqla, ümumilikdə 14 çarpayı, böhran vəziyyətləri üçün 100-ü reanimasion çarpayı olmaqla, ümumilikdə  370 çarpayı ayrılıb. Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb. Zəhərlənmə ehtimalları üzrə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müvafiq tibbi xidmətin göstərilməsi üçün yerlər ayrılıb.

Bunlarla yanaşı, COP29-un bütün ziyarətçiləri tədbir məkanında ilk və təcili tibbi yardım xidmətlərindən yararlana bilərlər.  "mavi zona"da yerləşən ilk tibbi yardım otaqları səhər saat 08:00-dan axşam saat 22:00-a kimi fəaliyyət göstərir. Tibbi yardım otaqlarından biri isə həftənin 7 günü 24 saat ərzində xidmət edəcək. Təcili tibbi yardım xidməti isə gecə saatlarında da təmin olunur.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Əminə İsmixanova bildirdi ki, hazırda o da COP29-da təcili və təxirəsalınmaz tibbi yardım məqsədilə tədbirin keçirildiyi ərazidədir: "Mən və həmkarlarımız neçə müddət idi ki, bu qlobal tədbirə hazırlaşırdıq. Bu müddət ərzində bilik və bacarıqlarımızın, habelə dil bilgilərimizin artırılması məqsədilə müxtəlif yüksəksəviyyəli təlimlər keçmişik. COP29 ölkəmizdə keçirilən ilk irimiqyaslı tədbirdir. Buna uyğun olaraq digər müvafiq qurumlar kimi tibb heyəti də gücləndirilmiş iş rejimində işləyir".

Həkim-infeksionist bildirib ki, mövsümlə əlaqədar və son zamanlar xarici vətəndaşların ölkəmizə artan axınını nəzərə alsaq, virus infeksiyalarının yayılması normal haldır: "Əsas məsələ zamanında düzgün müdaxilə edib, lazımi tədbirlər görüb vəziyyətin qəlizləşməsinin qarşısını almaqdır. Artıq bizim COVID-19 təcrübəmiz var. Lakin vaksin və formalaşmış təbii immunitet sayəsində dünya üçün bu xəstəlik indi təhlükəli deyil. Virus infeksiyalarına gəldikdə isə hər hansı simptomlar göründüyü halda xəstələr dərhal müayinə olunur və lazım gəldikdə stasionar müalicəyə cəlb edilirlər. Şükür ki, ölkəmizdə indiyədək bu kimi tədbirlərdə hər hansı neqativ hallar müşahidə olunmayıb".

Əminə İsmixanova bildirib ki, mehmanxana, qonaq evləri və digər ictimai iaşə obyektlərində də epidemik xəstəliklərin yayılmasının qarşısını almaq üçün mütəmadi olaraq dezinfeksiya işləri aparılır. "Əgər insan özünü xəstə hesab edirsə, infeksiyaların əlamətləri varsa, özünü təcrid etməlidir. Üç gündən artıq davam edən yüksək hərarət, ümumi zəiflik, boğaz və oynaq ağrıları kimi əlamətlər müşahidə edilərsə, dərhal ailə həkimi ilə əlaqə saxlamalı, müalicəyə cəlb olunmalıdırlar. Hazırda poliklinikalarda qrip əleyhinə peyvəndlənmə davam etdirilir ki, bu da COP29 tədbiri zamanı vətəndaşlarımız arasında qrip xəstəliklərinin ağırlaşmalarının və yayılmasının qarşısının alınmasına kömək edəcək. Mütəxəssislərin məsləhətlərinə riayət edildiyi təqdirdə virus infeksiyalarına yoluxanların sayında artım müşahidə edilməyəcəyindən əminik", - deyə həkim-infeksionist vurğulayıb.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!