17 Noyabr 2024 10:46
1315
CƏMİYYƏT
A- A+
COP29 Azərbaycanın dünyanın yaşıllaşdırılmasındakı rolunun aynasıdır   

COP29 Azərbaycanın dünyanın yaşıllaşdırılmasındakı rolunun aynasıdır   


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir və onun da ilk sessiyası 1995-ci ildə Almaniyanın Berlin şəhərində keçirilmişdir.

Qeyd etmək yerinə düşər ki, iqlimin dəyişməsi ümumən təbiət hadisəsi olsa da, hazırda qeyd edilən qlobal iqlim dəyişməsi insanların təbiətə intensiv müdaxiləsinin (istixanalar, avtomobil qazları, fabrik-zavod tullantıları və s.) nəticəsi olması hamının qəbul etdiyi reallıqlardandır. Belə ki, buna misal olaraq insanların qidaya olan tələbatlarının ödənilməsi üçün meyvə və tərəvəzlərin becərilməsi məqsədi ilə istifadə edilən istixanalardan və meqaşəhərlərdə avtomobillərdən atmosferə buraxılan zərərli qazların insan orqanizminə nə qədər ağır təsir etdiyini demək yetərli olar. Lakin iqlim dəyişmələri təkcə insanların sağlamlığına mənfi təsir etmir, eyni zamanda özü ilə bir sıra iqtisadi və ekoloji problemlər də yaradır.

İqlimin mənfi tərəfə dəyişməsi müxtəlif sahələrə müxtəlif formada təsir etsə də, ən ciddi təsir tullantıların səmərəli utilizasiya olmamasına və temperaturun yüksəlməsinə görə aqrar sektorda, xüsusən də bitkiçiliklə bağlı olanlarda hiss edilməkdədir. Belə ki, bitkilər təkamül prosesində daim iqlim dəyişikliklərinə məruz qalmışlar ki, bu da CO2 qazının atmosferdəki miqdarı və temperaturla əlaqədar olmuşdur. Bəzi məlumatlara görə, təxminən 20 min il bundan qabaq, daha dəqiq, sonuncu buzlaşma dövründən bəri havada CO2-nin miqdarı 0,018 faiz ppm olduğu halda, hazırda onun miqdarı 0,041 faiz təşkil edir və əsrin sonuna kimi onun 0,051-0,1 faizə kimi yüksəlməsi gözlənilir. Qlobal temperaturun orta göstəricisi isə həmin dövrdən birinci sənaye inqilabına kimi 4,50C yüksəlmışdir və ondan sonra isə hazırkı günlərə kimi daha 0,80C artmışdır.

Yaşadığımız əsrin sonuna kimi temperaturun 1-3,70C arasında yüksələcəyi də proqnozlaşdırılır. Bunun qarşısının alınmasının zəruri olması COP-un qarşısında duran vəzifədir. Çünki COP bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbirdir ki, onun 29-cu sessiyası Azərbaycanda keçirilir. COP29-un əsas mövzusunun iqlim dəyişmələrinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşmə ilə bağlı olacağı açıqlanmışdır. Belə bir mövzunun seçilməsini də təbii hesab etmək olar. Belə ki, maliyyə mənbəyi olmayan ən gözəl ideya belə söz olaraq qalacaq. İnanırıq ki, COP29 bu məsələnin öhdəsindən gələcək və bu gün bəşəriyyəti narahat qedən karbon emissiyasının azaldılması üçün işlək maliyyə mexanizminin tapılması yolunda ciddi addımlar atılacaqdır.

Onu da deyək ki, COP29-un Azərbaycanda keçirilməsi bir dövlət olaraq aparılan xarici siyasətin böyük təntənəsidir və ölkəmizə həm siyasi, həm iqtisadi, həm də elmi baxımdan böyük dividendlər gətirəcək, dünyanın yaşıllaşdırılmasında respublikamızın da payının olmasını əyani şəkildə göstərəcəkdir. Belə ki, Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi, Azərbaycanda istixana qazı emissiyalarının 2050-ci ilə qədər 40 faiz azaldılmasının planlaşdırılması, su qıtlığının aradan qaldırılmasına və biomüxtəlifliyin kasadlaşması kimi qlobal xarakterli problemin həllinə istiqamətlənmiş strategiya və tədbirlər bunu əyani şəkildə təsdiq edir və COP29 bunu özündə aydın şəkildə əks etdirən bir ayna kimi də xarakterizə oluna bilər.

 

Pənah MURADOV,

AR ETN-nin Mikrobiologiya İnstitutunun

baş direktoru, AMEA-nın müxbir üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!