30 Aprel 2024 15:40
261
DÜNYA
A- A+

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

 

Çinin kosmik stansiyasında 6 aylıq fəaliyyətini başa vuran “Şencou-16” missiyasının astronavtları aprelin 30-da Yerə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Kosmos Agentliyi məlumat yayıb. Astronavtlar Tan Honbo, Tan Şencie və Cian Sinlini gətirən “Şencou-17” kosmik gəmisinin xüsusi kapsulu Pekin vaxtı ilə bu gün səhər saat 8:43-də “Tienqon” kosmik stansiyasından ayrılıb. Kapsul saat 18:00 radələrində Qobi səhrasındakı “Donfen” meydançasına enib. Astronavtlar ilkin tibbi yoxlanışdan sonra xüsusi təyyarə ilə Pekinə yola salınacaq. Agentlik “Şencou-17” missiyasının uğurla başa çatdığını elan edib.

Qeyd edək ki, “Şencou-17” missiyasının kosmik səyahəti ötən il oktyabrın 26-da başlayıb. Astronavtlar kosmik stansiyada müxtəlif test və texniki yoxlanışlar həyata keçiriblər. Onları kosmik stansiyada aprelin 25-də start verilmiş “Şencou-18” missiyasının üç üzvü əvəzləyib. “Şencou-18” missiyasının da kosmosda təxminən 6 ay qalması planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video