28 May 2022 00:42
1442
SİYASƏT
A- A+
Çində Müstəqillik Günü mərasimi və Azərbaycan səfirliyinin yeni binasının açılışı olub

Çində Müstəqillik Günü mərasimi və Azərbaycan səfirliyinin yeni binasının açılışı olub

 

Mayın 27-də Pekində Azərbaycanın Müstəqillik Günü, Azərbaycan səfirliyinin yeni binasının açılışı və iki ölkə arasında diplomatik münasibətlərin 30-cü ildönümü münasibəti ilə mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Çin rəsmilərinin, Çində akkreditə olunmuş diplomatik missiyaların rəhbərlərinin iştirak etdikləri tədbirdə əvvəlcə iki ölkənin dövlət himni səslənib, səfirliyin binasının önündə Azərbaycanın dövlət bayrağı ucaldılıb.

Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun videotəbriki nümayiş etdirilib. Nazir səfirliyin yeni binasının açılış mərasiminin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində, eləcə də Azərbaycan xalqı üçün əlamətdar bir tarix olan 28 May - Müstəqillik Günü ərəfəsində təşkil edilməsinin məmnunluq doğurduğunu və xüsusi rəmzi əhəmiyyət daşıdığını vurğulayıb.

Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Çin xarici işlər naziri Van İnin təbrik məktubunu oxuyub. Nazir Van İ təbrikində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində əməkdaşlığın bütün sahələrdə davamlı inkişaf etdiyini, dövlət başçıları Si Cinpin və İlham Əliyevin strateji rəhbərliyi altında qarşılıqlı siyasi etimadın getdikcə möhkəmləndiyini, “Kəmər və yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndiyini, beynəlxalq çərçivədə əməkdaşlığın daha da dərinləşdiyini vurğulayıb. Çin XİN rəhbəri ötən ilin iyununda dövlət başçılarının telefon danışığı zamanı ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı tapşırıqlar müəyyən edildiyini diqqətə çatdırıb.

Xüsusi nümayəndə Li Huey iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə Azərbaycanın Pekindəki səfirliyinin yeni binasının istifadəyə verilməsini ikitərəfli münasibətlərin inkişafının parlaq nümunəsi kimi xarakterizə edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda siyasi sabitliyin təmin olunduğunu, iqtisadiyyatın inkişaf etdiyini, əhalinin rifahının yüksəldiyini qeyd edərək, Çinin Azərbaycanın bu uğurlarına sevindiyini bildirib. Çin ilə Azərbaycanın beynəlxalq müstəvidə, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyini vurğulayan Li Huey ölkələrimizin iqtisadiyyat və humanitar sahələrdə münasibətlərindən, habelə COVID-19 pandemiyasına qarşı birgə mübarizəsindən danışıb.

Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycanın Çin ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə tərəfdar olduğunu deyib. O, dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı fəal siyasi dialoqun, qarşılıqlı hörmət və etimadın ikitərəfli münasibətlərin bütün sahələrində nailiyyətlər əldə etmək üçün böyük imkanlar yaratdığını bildirib. Səfir pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, iki ölkə arasında çoxşaxəli dialoqun davam etdiyini, siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin genişləndiyini deyib.

Səfir Ə.Zeynallı iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edən Azərbaycan səfirliyinin yeni binasının açılışının Azərbaycan-Çin dostluğunun və qarşılıqlı etimadının bariz nümunəsi olduğunu deyib.

Qeyd edək ki, Çindəki səfirliyin yeni bina kompleksi Azərbaycanın xaricdəki ən böyük səfirlik binalarından biridir. Ümumi sahəsi 5 min kvadratmetrdən çox olan, ikisi zirzəmi olmaqla 7 mərtəbədən ibarət yeni bina öz müasir memarlığı, milli çalarları və əzəməti ilə seçilir. Pekinin “qızıl rayonu” hesab edilən Lianmaçiao ərazisində yerləşən kompleksdə konsulluq xidmətlərinin həyata keçirilməsi, eləcə də “Bazar günü” məktəbinin fəaliyyət göstərməsi üçün əlavə inzibati bina da tikilib. Bina kompleksinin interyerində Azərbaycanın milli ornamentlərindən geniş istifadə edilib, əsas giriş hissəsində divarda müasir incəsənət üslubu ilə ümummilli lider Heydər Əliyevin portreti və söylədiyi “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” aforizmi həkk edilib.

Binanın “Naxçıvan” konfrans zalı, 200 nəfərlik “Qarabağ” qəbul zalı, “Bakı”, “Şuşa”, “Gəncə”, “Şirvan” görüş otaqları ən müasir texnologiyalarla təchiz edilib, həmin bölgə və şəhərlərə xas elementlərlə zənginləşdirilib. Binadakı Heydər Əliyev sərgi zalında ümummilli liderin büstü qoyulub, onun həyat və fəaliyyətindən bəhs edən guşə yaradılıb, Ulu Öndərin Çinə səfərindən, eləcə də xarici ölkə rəhbərləri ilə görüşlərinə dair fotoşəkillər yerləşdirilib. Sərgi zalında, həmçinin Azərbaycanın mədəni irsinə aid misgərlik nümunələri, Qobustan qaya rəsmlərinin imitasiyaları, zərgərlik məmulatları, xalçalar, musiqi alətləri, şəbəkələr və milli paltar nümunələri nümayiş etdirilir və interaktiv LED ekran vasitəsilə ölkəmizin mədəniyyətinə dair məlumatlar verilir. Səfirliyimizin bilavasitə qonşuluğunda ABŞ, Fransa, Yaponiya, İsrail, Hindistan, Cənubi Koreya, Bruney, Sinqapur və s. ölkələrin Çindəki səfirlikləri də yerləşir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!