25 İyun 2026 13:57
8056
DÜNYA
A- A+
Çin alimləri dünyada ilk insan embrion modelini hazırlayıblar

Çin alimləri dünyada ilk insan embrion modelini hazırlayıblar


Çinli tədqiqatçılar insan embrion diskinin ilk modelini hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri çərşənbə günü “Cell” jurnalında dərc edilib.

Beynəlxalq səviyyədə qaydalar mayalanmadan 14 gün sonra, yəni, qastrulasiya mərhələsindən – dölün inkişafının ən vacib dövrlərindən biri olan orqan əmələ gəlməsi prosesindən sonra bütün insan embrionlarının kultivasiyasını qadağan edir.

Bu səbəbdən laboratoriyada embrionabənzər modellər yaratmaq erkən insan inkişafının vacib 14-21 günlük dövrünü öyrənmək və embriologiyanın “qara qutusu”nu araşdırmaq üçün yeganə etik yoldur.

Tədqiqatın aparıcı müəllifi və Çin Elmlər Akademiyasının Zoologiya İnstitutunun professoru Yu Leçyanın sözlərinə görə, alimlər qrupu insan embrion modellərinin yaradılması üçün biomühəndislik yanaşması tətbiq edib. Tədqiqatçılar erkən insan hüceyrələrinin məkan mövqeyini və siqnal mühitini ətraflı şəkildə əks etdirən əvvəlki işlərindən - yüksəkkeyfiyyətli xəritələrdən istifadə edərək müxtəlif hüceyrə növlərini dəqiq müəyyən edilmiş yerlərdə yerləşdirən mikrofabrik becərmə cihazı hazırlayıblar. Bu yanaşma təbii embrionların məkan arxitekturasını təqlid edib və orqan embrional hüceyrələrinin düzgün istiqamətlərdə ortaya çıxmasına şərait yaradıb.

Modellərin 80 faizindən çoxu əsas inkişaf proseslərini uğurla təkrarlaya bilib. Yeddigünlük becərmə dövründə onlar sinir borusu, ağciyərlərin, qaraciyərin və mədəaltı vəzinin sələflərini ehtiva edən ibtidai bağırsaq və avtonom ritmik yığılmalar nümayiş etdirən ibtidai ürək kamerasını inkişaf etdirib. Fərdi hüceyrələrin təhlili onların hüceyrə tərkibinin təbii 21 günlük insan embrionunun tərkibinə tam uyğun olduğunu təsdiqləyib.

Yu Leçyan bildirib: “Tədqiqat orqan istehsalını və regenerativ təbabəti dəstəkləmək üçün “in vitro” şəraitində orqan progenitor hüceyrələrinin genişmiqyaslı, modulyar istehsalının əsas məqsədinə çatmaq üçün təməl qoyub və potensial olaraq, toxumaların bərpasına və ya hətta laboratoriyada orqanların yaradılmasına imkan yaradıb”.

Çinin Orqan Donorluğu və Transplantasiyası üzrə Milli Komitəsinin məlumatları göstərir ki, bu ölkədə hər il təxminən 300 min xəstə orqan nəqlinə ehtiyac duyur, lakin bu əməliyyat 20 mindən də az pasiyent üçün həyata keçirilir. Qlobal miqyasda ehtiyacı olan hər on xəstədən yalnız birinə transplantasiya əməliyyatı edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib  

18:53
26 Noyabr

Baş nazir Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

17:29
26 Noyabr

DSX-nin “Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağı təqdim edilib 

17:09
26 Noyabr

Qlobal bazarlarda qarışıq mənzərə yaranıb

16:29
26 Noyabr

Azərbaycanda elektromobillərin və hibrid avtomobillərin sayı kəskin artıb

16:23
26 Noyabr

İnfarkt və insultun ilk əlamətləri 30 il əvvəl üzə çıxır  

16:23
26 Noyabr

Azərbaycan sənayesində alüminium istehsal 56,7 faiz artıb

16:22
26 Noyabr

2027-ci ildə Avropada əmlak investorlarının ən çox maraq göstərdiyi 10 şəhər açıqlanıb  

16:12
26 Noyabr

Azərbaycanın ət və süd idxalına çəkdiyi xərclər artıb

16:11
26 Noyabr

Azərbaycan və Litva Avropa İttifaqı ilə ticarət dövriyyəsi barədə fikir mübadiləsi aparıb

16:07
26 Noyabr

Azərbaycan və Çin yaşıl enerji sahəsində birgə əməkdaşlıq perspektivlərini dəyərləndirib  

16:05
26 Noyabr

Bakı–Moskva iqtisadi gündəliyində sənaye və ticarət prioritetləri

15:52
26 Noyabr

Qusarda kənd təsərrüfatına 78,3 milyon manat investisiya qoyulacaq  

15:28
26 Noyabr

Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələri keçirilib

15:13
26 Noyabr

Litvanın xarici işlər naziri Milli Məclisdə olub

15:09
26 Noyabr

Slovakiyanın Baş prokuroru Bakıda: yeni əməkdaşlıq proqramı imzalanıb

14:52
26 Noyabr

Azərbaycan və Slovakiya prokurorluqları arasında təcrübə mübadiləsi aparılacaq

14:34
26 Noyabr

“Reuters”: Tramp dünya ticarətini Çinin təsirindən azad etmək istəyir  

14:20
26 Noyabr

APA-nın komitə iclasında

14:19
26 Noyabr

Çin şirkətləri ilə Azərbaycanda Günəş və dəniz külək enerjisi layihələri müzakirə edilib  

14:14
26 Noyabr

Ağdam Sənaye Parkının rezidenti Britaniyaya ilk məhsulunu ixrac edib

14:13
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!