28 Noyabr 2023 09:35
390
SİYASƏT
A- A+
Ciblərindən uzağı görməyənlər

Ciblərindən uzağı görməyənlər

 

Havayı qrant tələdə olur

 

Qərb ölkələri təkcə Ermənistana silah-sursat verməklə, maddi yardım göstərməklə deyil, həm də qrant xisləti ilə ölkəmiz əleyhinə addımlar atır. Bu addımlardan isə ürəkaçan səs gəlmir. Çünki pis niyyətlə atılan addımlardır. Bu, bir növ tülkünün həccə getməsinə bənzəyir. Qrantı əlində əsas tutan Qərb ölkələri cəlbedici layihələrin pərdəsi arxasından müxtəlif təşkilat və cəmiyyətlər vasitəsilə ölkəmizin içərilərinə soxulurlar.  Guya ki, nəyəsə kömək edir, nəyi isə inkişaf etdirirlər.
Belə şirnikdirici layihələrdən biri də Avropa İttifaqının elan etdiyi "Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələr"də demokratiya və insan hüquqlarının inkişafını ehtiva edən yüksək məbləğli qrant layihəsidir. Layihə Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanla yanaşı, Azərbaycanı da əhatə edir. Rəsmi elana görə, bu layihə "ictimai maraq kəsb edən mövzular üzrə jurnalist araşdırmalarının həyata keçirilməsini" nəzərdə tuturdu. Müsabiqəyə müraciət edənlərin hər birinin 100 min avro məbləğində uduş əldə edəcəkləri vəd olunurdu. Donor qismində çıxış edən ABŞ institutları, o cümlədən USAİD, ABŞ-nin Azərbaycandakı səfirliyi 2023-cü il üzrə böyük məbləğli qrant vəsaitləri üçün maliyyə qapılarını geniş açmışdılar. Layihəyə görə, "Peşəkar medianın inkişafı", "Vətəndaş jurnalistikasının təşviqi", "Media ehtiyaclarının qiymətləndirilməsi", "İctimai maraq kəsb edən mövzularda sosial media fəallığının artması" və digər bu kimi istiqamətlərdə təqdim edilən hər bir layihə üzrə 65 min ABŞ dolları məbləğində qrant vəsaiti qazanmaq mümkün idi. 
2023-cü ildə Azərbaycanda ictimai sektor üzrə qrant layihələri təqdim edənlərin siyahısında fəallıq göstərənlərdən biri də Avropa Şurasıdır. AŞ sosial, iqtisadi, mədəni və digər istiqamətlər üzrə layihələr üçün ümumilikdə 4,5 milyon avro məbləğində vəsait ayırıb. Bunlar üzdə görünən məşhur donorlardır. Bu ilin qrant layihələrində Azərbaycana yer ayırmış təşkilat və fondların siyahısı genişdir. Tanınan və tanınmayan çoxsaylı donorlar Azərbaycanda "ictimai maraq kəsb edən mövzular üzrə araşdırmaların həyata keçirilməsi üçün" yüksək məbləğli qrant müsabiqələri elan ediblər.
İlk baxışdan layihələrin istiqamətlərində ziyanlı heç nə yoxdur. Donor institutlarının ölkəmizdə yenidən fəallaşması, Azərbaycana maraq göstərməsi, ictimai problemlərin aradan qaldırılmasına dəstək verməsi yaxşı haldır. Deyə bilərlər ki, dolayısı ilə ölkəmizdə demokratik ənənələrin inkişafına, modern trendlərə uyğun icmaların formalaşmasına təkan verirlər. Təəssüf ki, bütün bunlar zahiri görüntülərdir, aldadıcı manevrlərdir. Təcrübə göstərir ki, əksər Qərb institutları demokratik inkişafı hədəfləyən layihələr adı altında adətən çirkin niyyətlər həyata keçirirlər. Cəmiyyətin demokratikləşdirilməsi yerinə, məsuliyyət hissini itirmiş, milli dəyərlərə arxa çevirən təşkilatlar hazırlayırlar. Təəssüf ki, bənzər əlamətlər 2023-cü il üzrə elan edilmiş qrant proqramlarında da aydın göründü. Həm də daha kəskin formada.
Qərbin məharətlə qurduğu tora düşmüş bəzi QHT-lər və KİV nümayəndələri  bəlkə də heç qrantın nə olduğunu əməlli-başlı bilmirlər. Lakin çirkin məqsəd güdən külli miqdarda verilən pullar onların gözlərini bağlayıb. Əgər belə olmasaydı, KİV nümayəndələri müsabiqələrə qoşulmazdan əvvəl özlərinə əziyyət verib qrantın nə olduğunu öyrənərdilər. Məhz ondan sonra lazım bilsəydilər, bu addımı atardılar. Təssüflər olsun ki, bu gün törətdikləri əməllərə görə haqlarında həbs qəti-imkan tədbirləri verilən media nümayəndələri qrantı almazdan əvvəl bunu fikirləşməyiblər, atacaqları addımların sonrasını götür-qoy etməyiblər. Ciblərinə qoyduqları pullardan uzağı görməyiblər. Halbuki Azərbaycan Respublikasının müvafiq qanununda açıq-aydın yazılıb: "Qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır". Əslində, bunu bilmək vətəndaşdan elə də böyük bilik tələb etmir. Sadəcə olaraq,  bunu öyrənməyə maraq lazımdır. Təəssüf ki, onların qazanacaqları pullar öyrənməli olduqları bilikləri kölgədə qoyub. Buna görə də ciblərindən uzağı görməyiblər. 
Başqalarından şəffaflıq tələb edən Qərb ölkələri özləri işlərini qalın pərdələr arxasında görürlər. Qrant müsabiqələri bütün QHT və KİV, sosial media fəalları üçün açıq elan olunsa da, son seçimin heç də şəffaf aparılmadığı görünür. Sonda qaliblərin adları ictimailəşdirilmir. Əgər bu sahədə xüsusi tədqiqat aparılmasa, kimin müsabiqə keçirdiyini, kimin qalib olduğunu aydınlaşdırmaq mümkün deyil. Ödənişləri də mütləq şəkildə bank hesabı vasitəsilə deyil, nağd şəkildə ödəyirlər. USAİD, Aİ (AK) və qrant verən səfirliklər 2014-cü ildən sonra bu mexanizmi geniş tətbiq edirlər. Qeyri-leqal, qeyri-məqbul istiqamətlər üzrə layihələri icra etmiş QHT və KİV məsuliyyətdən yayındırılırlar. Bu da Qərbin şəffaflığı!
 ABŞ-nin təxribat institutları qrant vasitəsilə Azərbaycanda radikal feministlər, "Abzas Media", "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu" qismində "yığcam və çevik qruplar" formalaşdırıblar. Noyabrın 21-də "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onların ofis və evlərində axtarış aparılıb. Mənbəyi bilinməyən 40 min avro məbləğində vəsait götürülərək sənədləşdirilib. Təbiidir ki, bu pullar Qərb ölkələrinin çirkin niyyətlərini həyata keçirmək üçün onlara verdiyi qrantların bir hissəsidir.  
Azərbaycan dövləti şəffaflığı təmin etmək üçün lazımi addımları atıb, atır və atmağa da həmişə hazırdır. Çox təəssüflər ki, demokratiyadan, şəffaflıqdan, qanunçuluqdan gen-bol dəm vuran Qərb ölkələrinin fondları, təşkilatları, əslində, çirkli işlər görürlər. Diqqətlə fikir verəndə görürük ki, qrantlar hesabına Azərbaycanda, guya, insan haqları, demokratiya uğrunda mübarizə apardığını iddia edən Qərb  təşkilatları faktiki olaraq özləri qanunları pozur və gizli şəkildə maliyyə fırıldaqları ilə məşğul olurlar. Maliyyənin xərclənməsi ilə bağlı ictimaiyyətə hesabat verməyi də "unudurlar" .   
Qərb ölkələrinin müxtəlif adlar altında atdıqları məqsədyönlü addımlar dövlətimiz üçün ciddi təhlükədir. Ona görə də xaricdən ölkəmizə ayaq açan belə  təhlükələrin qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınır. Peşəsindən asılı olmayaraq hər kəs əməlinə görə məsuliyyət daşıyır.  Qoy bunu Qərb ölkələrinin qrantlarına aldanıb tora düşənlər unutmasınlar. Ölkəsinə, dövlətinə xəyanət yolu tutmasınlar. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!