23 May 2025 20:24
600
SİYASƏT
A- A+
Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb


Mayın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Kimqu Kanqla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb.

Səfir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün bütün səylərini səfərbər edəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində iqtisadiyyat, investisiyalar, humanitar, təhsil, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın vəziyyətinin müzakirə edildiyi görüş zamanı, həmçinin kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və digər potensial istiqamətlərin mövcudluğu vurğulanıb. Ölkələrimiz arasında beynəlxalq platformalar, xüsusilə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) ölkəmizin sədrliyi dönəmində əməkdaşlığın vacib olduğu diqqətə çatdırılıb. Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə Koreya tərəfinin yaxından iştirakı barədə qarşı tərəfdən məlumat verilib.

Bununla yanaşı, ali təhsil və peşə istiqamətləri üzrə birgə əməkdaşlıq çərçivəsində Koreya Respublikasının İNHA Universiteti ilə Bakı Mühəndislik Universitetinin ikili diplom proqramlarının, eləcə də Sənaye və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əldə olunan vacib nailiyyətlər sırasında olduğu qeyd edilib.

Tərəflər ölkəmizin iqlim diplomatiyası səyləri, Azərbaycanda keçirilmiş COP29-a sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdən danışıblar.

Söhbət zamanı, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, eləcə də postmünaqişə dövründə vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Azərbaycan tərəfinin təşəbbüsü ilə aparılan sülh prosesində Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları və Minsk qrupunun ləğvi məsələsi kimi maneələr qeyd olunub. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri və minasızlaşdırma fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!