24 Aprel 2025 18:46
1592
PARLAMENT
A- A+
“Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirə keçirilib  

“Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirə keçirilib  


Aprelin 24-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatları, media və beyin mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, ekspertlər və digər rəsmi şəxslər iştirak ediblər.

Müvəqqəti komissiyanın sədri Ramid Namazov çıxış edərək diqqətə çatdırıb ki, müxtəlif güclərin geosiyasi maraqlarına məruz qalan Cənubi Qafqaz regionunda sülhə təhdid yaradan əsas maneələrdən biri də Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (ÜTMS) çərçivəsində bölgədə yaratdığı missiyalardır. Qeyd olunub ki, Ermənistanda fəaliyyət göstərən bu missiyaların işində ölkəmizin maraqlarına qarşı yönəlmiş hibrid təhdid elementlərinin müşahidə olunması, eləcə də onların mümkün fəsadları nəzərə alınaraq, Milli Məclis sədrinin tapşırığı əsasında parlamentin müvəqqəti komissiyası tərəfindən xüsusi araşdırma başlanılıb və nəticədə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adı ilə hibrid hücum” başlıqlı xüsusi sənəd hazırlanıb.

Müvəqqəti komissiya tərəfindən aparılmış xüsusi araşdırmanın nəticələrini əks etdirən təqdimatı slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdıran Ramid Namazov deyib ki, iki ölkə arasında mübahisə doğuran əsas məqamlardan biri də üçüncü dövlətlərə məxsus qüvvələrin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin yolverilməzliyi ilə bağlı idi.

Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunması, eləcə də milli maraqlara əsaslanan müstəqil xarici siyasətin həyata keçirilməsi Qərbdə, xüsusilə də Avropa İttifaqında və ona üzv dövlətlərdə fəaliyyət göstərən bir sıra dairələrin maraqları ilə üst-üstə düşmür. Bunun nəticəsidir ki, həmin dairələr Avropa İttifaqı və onun institutlarının resurslarından istifadə edərək, erməni lobbisinin sifarişləri əsasında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidlər, o cümlədən hibrid təhdidlər formalaşdırmağa başlayıblar. Hibrid hücumların ən intensiv dövrü isə COP29 tədbirinin ölkəmizdə keçirilməsinə dair qərarın qəbul edildiyi gündən tədbirin son gününə qədər olan müddəti əhatə edib.

Araşdırmanın təfərrüatları barədə danışan müvəqqəti komissiyanın sədri qeyd edib ki, sənəddə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf tarixindən danışılır, bu günədək imzalanan sənədlərdə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, suverenliyə hörmətlə bağlı beynəlxalq hüquqda təsbit olunan norma və prinsiplərdən söz açılır. Eyni zamanda, araşdırmada Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyalarının fəaliyyətindəki məxfilik və onların tərkibində müşahidə olunan qeyri-legitim xüsusiyyətlər, xüsusilə də sonuncu missiyanın qeyri-şəffaf fəaliyyəti, personalın seçilməsi meyarları, ona dəstək verən dövlətlərin rolu və missiyanın “sülh və etimad quruculuğu” adı altında həyata keçirdiyi kəşfiyyatyönümlü fəaliyyətlər hərtərəfli şəkildə təhlil edilib. Sənəddə, həmçinin missiyanın regionda yeni münaqişə risklərini alovlandırmaq istiqamətində atdığı addımlar, göstərilən maliyyə və hərbi dəstəklər, region ölkələrinin bu fəaliyyətlərə münasibəti, Fransanın bu prosesdə oynadığı rol və mümkün gələcək ssenarilər geniş şəkildə təqdim edilib.

Həmçinin məlumat verilib ki, sənəddə Aİ-nin Ermənistandakı missiyasının bölgəyə gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində hərbi infrastrukturda baş verən dəyişikliklərə dair peyk görüntüləri, bu ölkə tərəfindən son üç ildə həyata keçirilmiş hərbi təxribatların xronologiyası və missiyada iştirak edən bəzi şəxslərin peşəkar keçmişləri də öz əksini tapıb.

Diqqətə çatdırılıb ki, araşdırmada Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı Azərbaycan vətəndaşları arasında sorğu da keçirilib, araşdırmanın sonunda isə bu missiyanın fəaliyyəti ilə bağlı atılmalı olan addımlara dair müvəqqəti komissiyanın təklifləri yer alıb.

Tədbirdə çıxış edən deputatlar ictimai müzakirənin mövzusunun aktuallığını qeyd edərək, sülh müqaviləsinin regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətindən söhbət açıblar, Ermənistanın bu prosesi hər vəchlə ləngitdiyini bildiriblər. Deputatlar özünü mülki missiya kimi təqdim edən Avropa İttifaqının Ermənistandakı missiyasının, əslində, casus missiyasını yerinə yetirdiyini, onun fəaliyyətinin regionda gərginliyin artmasına yönəldiyini söyləyiblər. Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılması, bu istiqamətdə ictimai fikrin formalaşmasının vacibliyini qeyd ediblər.

İctimai müzakirələrdə iştirak edənlər hesabatda təqdim olunan məlumatların önəmli olduğunu bildiriblər, ölkəmizə yönəlmiş hibrid təhdidlərin qarşısının alınması, bu sahədə müvafiq cavab tədbirlərinin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər.

Tədbirə yekun vuran Ramid Namazov deyib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa sadiq qalıb. Bu mövqe imzalanan sənədlərdə, diplomatik danışıqlarda və parlamentlərarası münasibətlərdə ardıcıl şəkildə əksini tapıb. Lakin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa edilməsindən sonra Avropa İttifaqı institutlarının bəzi Qərb dairələrinin təsiri altına düşərək Azərbaycanın əleyhinə yönəlmiş hibrid təhdid alətinə çevrilməsi narahatlıq doğurur.

Xarici Müdaxilələrə və Hibrid Təhdidlərə Qarşı Komissiyanın qənaətinə görə, Azərbaycana qarşı həyata keçirilən hibrid hücumlarda istifadə olunan əsas alətlərdən biri Avropa Parlamenti və Fransa kimi Avropa İttifaqına üzv ölkələrin parlamentlərində aparılan anti-Azərbaycan məzmunlu müzakirələr, dinləmələr, hazırlanan və ya qəbul edilən qətnamələrdirsə, digər mühüm vasitə isə Avropa İttifaqının Ermənistandakı missiyasi – EUMA vasitəsilə yönəldilən həmlələrdir.

Araşdırmalar göstərib ki, Avropa İttifaqının Ermənistandakı missiyasi - EUMA, “sülh və etimad quruculuğu” adı altında faktiki olaraq bölgədə kəşfiyyat xarakterli fəaliyyətlər həyata keçirir. Missiyanın sərhədin Ermənistan tərəfində müşahidəçi funksiyasını aşaraq, hərbi infrastruktur və istehkamların qurulmasında iştirak etdiyi, həmçinin “müşahidəçilərin” Azərbaycan ərazilərinə yönəlik casusluq fəaliyyəti apardığına dair kifayət qədər əsaslı sübutlar mövcuddur. Vurğulanıb ki, Fransa tərəfindən Ermənistana hücum silahlarının verilməsi və ölkənin gələcəkdə beynəlxalq hərbi əməliyyatlara, o cümlədən Avropa İttifaqı tərəfindən aparılacaq missiyalara hazırlanması, Cənubi Qafqazda və ümumilikdə regionda yeni münaqişələrin başlama ehtimalını artırır. Komissiya belə qənaətə gəlir ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistan xarici təsirləri və üçüncü qüvvələrin müdaxiləsini dayandırmalı, konstruktiv və səmimi yanaşma sərgiləməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:44
15 Aprel

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:43
15 Aprel

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında

00:41
15 Aprel

“Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında

00:40
15 Aprel

Tramp İranla danışıqların bu həftə bərpa oluna biləcəyini açıqlayıb

21:11
14 Aprel

Mərkəzi Komandanlıq: İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını keçə bilməyib

20:26
14 Aprel

BVF: İran müharibəsi Britaniya iqtisadiyyatına ən ağır zərbəni vuracaq

20:06
14 Aprel

BVF: İranla müharibə həll olunsa belə, avrozona iqtisadi artım tempinin azalması ilə qarşılaşacaq  

19:58
14 Aprel

Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır

19:41
14 Aprel

Səfir Lu Mey: Azərbaycanda Çin dilinə maraq artıb

19:39
14 Aprel

Mil-Muğan düzündə nadir təbiət hadisəsi - İmişlidə qoşa göyqurşağı göründü FOTO

19:36
14 Aprel

2025-ci ildə sığorta şirkətlərinin investisiya portfeli 6 faiz azalıb

19:23
14 Aprel

Transxəzər Marşrutunda Konteyner Daşımaları 34% Artıb

19:15
14 Aprel

ICAO-nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb

19:08
14 Aprel

Azərbaycan qlobal forum tərəfindən məxfilik və konfidensiallıq üzrə yüksək qiymətləndirildi

19:03
14 Aprel

TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub  

19:01
14 Aprel

BMT: İlin əvvəlindən Sudanda 700-ə yaxın mülki şəxs öldürülüb

18:56
14 Aprel

Azərbaycanda süni intellekt ekosistemini genişləndirəcək “Datarace.ai” platforması istifadəyə verilir  

18:53
14 Aprel

Bakı və Abşeronun su-tullantı sistemləri təkmilləşdirilir: Pirşağı hövzəsində yeni kanalizasiya kollektoru tikilir  

18:44
14 Aprel

Bədən bəzi hərəkətləri “unutmur”

18:32
14 Aprel

Ağdamın Quzanlı qəsəbəsində vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

18:31
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!