06 Dekabr 2022 01:42
4505
SİYASƏT
A- A+
Cənubi Azərbaycanın 40 milyonluq haqq səsi

Cənubi Azərbaycanın 40 milyonluq haqq səsi

 

Azərbaycan dövləti və Prezident İlham Əliyev tarixi torpaqlarımızda yaşayan soydaşlarımızın ən böyük təəssübkeşi, himayədarı və dayağıdır

 

50 milyon azərbaycanlının əsrlər boyu üzləşdiyi tarixi ədalətsizliyin kökü 1813-cü və 1828-ci illərdə Rusiya ilə İran arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələrindən qaynaqlanır. Çünki bu müqavilələrlə Araz çayı sərhəd götürülməklə tarixi Azərbaycan ərazisi iki yerə bölündü, torpaqlarımıza ermənilərin köçürülməsinə başlanıldı. 

 

Cənubi Azərbaycandakı azadlıq mücadilələri xalqımızın qürur mənbəyidir

 

Azərbaycanın Rusiya tərəfindən işğal olunan şimal hissəsi indi azaddır. Bu hissədə xalqımız müstəqil dövlətə və dövlətçiliyə sahibdir. O dövlətə ki, beynəlxalq birlikdə mövqelərini möhkəmləndirir, qlobal məsələlərdə nüfuzlu söz sahibi kimi çıxış edir,  tarixi ədalətsizlikləri yoluna qoyur. 
Azərbaycanın cənub hissəsi isə İranın tərkibindədir. Cənubi Azərbaycan İranın şimal-qərb hissəsini əhatə edir. Qərbdə Türkiyə, cənub-qərbdə isə İraqla həmsərhəddir. Bu gün Cənubi Azərbaycanda 35 milyon azərbaycanlı yaşayır. Bununla belə, İranın digər ərazilərini də nəzərə aldıqda bu ölkədə daha çox sayda soydaşımızın yaşadığı təxmin edilir. Elə buna görə də çoxsaylı etnik qrupların əsarət içində yaşadıqları İranda hakimiyyətin ehtiyat etdiyi əsas xalq azərbaycanlılardır. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın milli azadlıq mücadilələri xaricdən gələn dəstək sayəsində İran tərəfindən qəddarlıqla yatırılıb. Bununla belə, Səttarxan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında müxtəlif dövrlərdə baş verən hərəkatlar Azərbaycan xalqının zəngin tarixinin qürur mənbəyidir.
Fars şovinizminin qarşısına qoyduğu əsas hədəflərdən biri isə Cənubi Azərbaycandakı soydaşlarımızın öz milli kimliyindən uzaq salınmasıdır. Elə buna görə bu gün Cənubi Azərbaycanda soydaşlarımız ana dilində təhsil almaqdan məhrum ediliblər. Bu siyasətin nəticəsi kimi İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir.

 

İran müstəqil və güclü Azərbaycanın mövcudluğu ilə barışa bilmir

 

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan tarixi keçmişi, mənəvi dəyərləri, Arazın o tayında on milyonlarla soydaşımızın yaşadığını nəzərə alaraq İranla münasibətlərə xüsusi önəm verib.  Məhz bunun nəticəsidir ki, ötən müddətdə ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb.
Buna rəğmən İranın siyasi və dini dairələrində zaman-zaman Azərbaycan Respublikası ilə bağlı ikitərəfli münasibətlərin ruhuna zidd olan qərəzli davranış ortaya qoyulub. Səbəb isə odur ki, İran rejimi şimalda müstəqil və güclü Azərbaycan dövlətinin mövcudluğu ilə barışa bilmir. İranın Azərbaycanla münasibətlərdə qeyri-səmimi davranışları hələ 44 günlük müharibədən çox-çox əvvəl məlum idi.  İrana məxsus KİV-də əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan Respublikasına qarşı davamlı olaraq "ideoloji mübarizə" aparılıb, azərbaycanlıları təhqir etməkdən belə çəkinməyiblər.
Molla rejimi illər boyu dini təsir və digər vasitələrlə Azərbaycanın daxili işlərinə qarışmağa, ölkəmizə təzyiqlər göstərməyə cəhd edib. Bu məkrli siyasətin davamı kimi "əmmaməli əllamələr" onilliklər ərzində Ermənistana davamlı iqtisadi dəstək göstəriblər. Ermənilər boş yerə İranın onlar üçün nəfəslik olduğunu deməyiblər.
Ona görə İran barəsində yazarkən "dost dövlət", "qardaş ölkə" kimi ifadələrdən uzaq olmuşuq. Rəsmiyyətçilik xətrinə işlətdiyimiz "mehriban qonşu" ifadəsini isə könül dolusu ilə səsləndirə bilməmişik. Özünü dünyada "islam təəssübkeşi" hesab edən, amma din qardaşının torpaqlarını işğal edən ermənilərə qucaq açan İrana biz necə "dost dövlət" deyə bilərdik?! İşğal olunmuş torpaqlarımızdakı islam irsini dağıdan, məscidlərimizi donuz tövləsinə çevirən ölkə ilə qardaşlaşan bir rejim haqqında necə "qardaş ölkə" deyə bəhs edə  bilərdik?  Hələ onun İrəvanda və Şuşada olan məscidlərimizi öz adına çıxmasını, işğal edilmiş ərazilərimizdən talan edilən maddi vəsaitlərin İrana daşınmasını demirik.
44 günlük müharibədən sonra isə İran anti-Azərbaycan siyasətini "yeniləyib", başqa cür desək, mollalar açıq şəkildə Ermənistanın müdafiəsinə qalxıblar. İran mollalarının Azərbaycanın yaratdığı reallıqlarla barışmaq istəməmələri göz önündədir. Hətta iş o yerə çatdı ki, Cənubi Azərbaycanda hərbi təlimlər keçirərək, Araz çayının hərbi yolla keçilməsini məşq etdilər. Ermənistanın Qafan şəhərində konsulluq açmaqla İrəvana diplomatik dəstək nümayiş etdirdilər. Qadınla əl uzadıb görüşməyi haram sayan "din qardaşları" bir müddət əvvəl baş nazir Paşinyanın, bəlkə də, elə həmin gün donuz ətinə dəymiş əlini sıxmaqla, hətta üzünü öpməkə "əsl" müsəlman olduqlarını göstərdilər.

 

"Əmmaməli əllamələr"in əməlləri iflasa uğrayır

 

Son aylarda İranı kütləvi etirazlar bürüyüb. İranın sadə vətəndaşları mollaların yürütdüyü siyasətə qarşı çıxırlar. Bu ölkənin idmançıları belə bütün fürsətlərdən istifadə edib rejimə nifrətlərini bildirirlər. Bütün bunlar İran hakimiyyətinin yürütdüyü siyasətin iflasa uğramasını göstərir. İranda əxlaq polisinin ləğv edilməsi təsdiqləyir ki, rejim artıq geriyə addımlar atır.
Belə bir vəziyyətdən çıxış yolunu İran hakimiyyəti həm də Azərbaycana qarşı mənasız aqressiv ritorikasını gücləndirməkdə və daxili auditoriyanın diqqətini buna cəlb etməkdə görür. Təbii ki, Azərbaycana təzyiq göstərmək, Bakını təhdid etmək mümkün olan məsələ deyil. Belə bir vəziyyətdə Azərbaycan İranla sərhəddə Türkiyə ilə birlikdə yeni hərbi təlimlər keçirir. 
Əlbəttə, İranda baş verən xalq etirazları  Azərbaycanda da yaxından izlənilir. Çünki dövlətimiz xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə daim xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin dediyi kimi, biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik. 
Onu da unutmaq lazım deyil ki, tarixən İranın daxilində baş vermiş gərginliklər Cənubi Azərbaycandakı soydaşlırımızın milli azadlığı üçün təkan olub.
 
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!