21 Aprel 2016 01:04
298
Təhsil
A- A+
“Caspian European Club” Təhsil Nazirliyi ilə birgə biznes-forum keçirib

“Caspian European Club” Təhsil Nazirliyi ilə birgə biznes-forum keçirib

 

Aprelin 20-də “Caspian European Club” (Caspian Business Club) təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə biznes-forum keçirib.

Biznes-forumda çıxış edən M.Cabbarov “Caspian European Club” çərçivəsində bu cür görüşlərin təşkilini biznes sektorunun təhsil sahəsinə verdiyi önəmin nümunəsi kimi dəyərləndirib. Nazir ölkə Prezidentinin qarşıya qoyduğu əsas məqsədin neft və qazdan asılılığın azaldılmasından və qeyri-neft sektorunun inkişaf etdirilməsindən ibarət olduğunu bildirib. M.Cabbarov vurğulayıb ki, bu inkişafın təmin edilməsi üçün əsas element məhz insan kapitalı olmalıdır. İnkişaf etmiş ölkələrin keçdiyi yola nəzər salsaq, onların tərəqqisində əsas rolu təbii ehtiyatların deyil, innovasiyaların, sağlam biznes mühitinin və müasir texnologiyaların oynadığını görərik.

Qeyd edilib ki, təhsilimiz qarşısında duran əsas vəzifələr, eləcə də vətəndaşlarda hərtərəfli bilik və bacarıqların formalaşdırılması məqsədilə təhsil sisteminin institusional əsaslarının, infrastrukturun və insan resurslarının inkişaf yolları 2013-cü il oktyabrın 24-də  Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapıb.

Nazir ölkədə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən, qloballaşma dövründə ali təhsilin beynəlmiləlləşməsindən də danışıb. Bu prosesdə əsas rolu ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin oynadığı qeyd olunub.

M.Cabbarov həmçinin dünyanın inkişaf etmiş ölkələrinin ümumi təhsil sistemində xüsusi çəkiyə və geniş imkanlara malik özəl məktəblər mövzusuna da toxunub. Vətəndaşların yüksək keyfiyyətli təhsilə olan tələbatını nəzərə alaraq, bu istiqamətin müvafiq standartlar və keyfiyyət normaları çərçivəsində inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Təhsil naziri qeyd edib ki, gənclərimiz ali təhsil müəssisələrini yalnız nəzəri deyil, eyni zamanda təcrübi biliklərlə bitirməli və əmək bazarına dərhal daxil olmağı bacarmalıdırlar. Təhsil ilə əmək bazarı arasındakı uçurum aradan qaldırılmalı, dövlət və özəl sektor arasındakı əməkdaşlıq daha da möhkəmləndirilməlidir.

“Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, göstərilən diqqətə görə M.Cabbarova minnətdarlığını bildirib.

T.Əliyev təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Vurğulanıb ki, təsis olunduğu ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək göstərir. Beş mindən artıq şirkət və təşkilatı özündə birləşdirən bu qurum dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində səmərəli iş aparır.

Görüşdə, həmçinin müasir şəraitdə məzunların iş tapmasını asanlaşdıracaq ixtisasların aktuallaşdırılması məqsədilə ali və texniki peşə təhsili sistemində dəyişikliklərin edilməsi üzrə sahibkarların təklifləri müzakirə olunub.

Təhsil naziri M.Cabbarova “Caspian European Club”un fəxri üzvlük sertifikatı, bir neçə universitet rektoruna və “Caspian European Club”un yeni şirkətlərinə - Aggreko (Middle East) və Azerbaijan Representation of the European Azerbaijan Society-yə (TEAS) üzvlük sertifikatları təqdim edilib.

Biznes-forumda şirkət rəhbərləri

və səfirlər, beynəlxalq təşkilat nümayəndələri iştirak ediblər.

Görüş zamanı biznes-forum iştirakçılarının mövzu ilə bağlı təklifləri, həmçinin “Caspian European Club” şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.

 

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!