01 Oktyabr 2023 10:03
807
CƏMİYYƏT
A- A+
Can dostlarımızın şəfqət ünvanı

Can dostlarımızın şəfqət ünvanı

 

"Bir xalqın böyüklüyü və əxlaqi inkişafı onun heyvanlara münasibəti ilə ölçülür" deyib Mahatma Qandi. Ali dəyərlərə, mərhəmətli ürəyə sahib Azərbaycan xalqı da hər zaman digər canlı varlıqlara kömək, dayaq durur, onları bu dünyanın bir parçası kimi cani-dildən sevir.
Ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyeva tərəfindən təməli qoyulan IDEA Heyvanlara Qayğı Mərkəzi 2017-ci ildən etibarən fəaliyyət göstərir. Bu mərkəz əlacsız vəziyyətdə olan heyvanları yerləşdirməklə yanaşı, sahibsiz olanların problemlərinin həlli üçün əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və onlara humanist yanaşmanın təşviqinə yönəldir.
Azərbaycanda evdə saxlanılan heyvanların sayı gündən-günə artır və buna görə veterinar klinikalara, baytarlara müraciətlər də çoxalır. Lakin o da həqiqətdir ki, xəstələnən heyvanlarımızı etibar edəcəyimiz müasir  veterinar klinikalar, eyni zamanda onlara düzgün diaqnoz qoyaraq müalicə edəcək ixtisaslı veterinar həkim tapmaq da hər zaman asan olmur. 
Buna görə də qərara aldıq ki, budəfəki "Bazar günü reportajı" rubrikamızı Bakıda fəaliyyət göstərən veterinar klinikalardan birinə həsr edək. Baş çəkdiyimiz ünvan isə Hasvet Bakı Beynəlxalq Veterinar Xəstəxanası oldu. 

 

İmdad yeri

 

"Neçə gün idi ki, nə gecəmiz var idi, nə gündüzümüz. Bulud heç nə yemirdi, hərəkətsiz halda yerdə uzanıb qalmışdı. Dilsiz-ağızsız heyvanın güc-bəla ilə başını qaldıraraq, sanki "kömək edin" deyircəsinə, səssiz-səmirsiz yalvarışlı gözlərlə üzümüzə baxması ürəyimizi dağlayırdı... 
Bu xəstəxanaya müraciət etdiyimiz andan Bulud gündən-günə sağalmağa, əvvəlki nəşəli, əyləncəli halına qayıtmağa başlayıb" - kömür kimi qara gözləri bəyaz tükləri arasından diqqət və maraqla ətrafı seyr edən bapbalaca itini bağrına basaraq sevinc içərisində veterinar xəstəxanasından çıxan Cavid adlı oğlan bizimlə sevincini bölüşüb şən halda yoluna davam edir...
Bu əsnada yanımızdan ötüb keçərək boz rəngli yaralı pişiyini təcili tibbi yardıma çatdırmaq üçün tələsən qadına qoşulub biz də xəstəxanaya daxil oluruq. Tibb işçiləri dərhal yaralını rentgen otağına aparır, pişiyə kömək etmək üçün lazımi prosedurlara başlayırlar. Sahibinin göz yaşları içərisində anlatdığına görə, bir anlıq diqqətsizliyi nəticəsində pişiyi parkdan avtomobil yoluna çıxmış və onu maşın vurmuşdu...
Dörd mərtəbədən ibarət səliqəli, işıqlı binada müxtəlif cinsli it və pişiklərə sahib olan xeyli qadın, kişi, uşaq var: kimisi heyvanını peyvəndlətdirməyə, kimisi müalicəyə, əməliyyata, kimisi də təmizlik xidmətlərinə gətirib. 
Baxırıq ki, heyvan sahibləri ağır vəziyyətdə olan pişiyin sahibinin başına yığışıb ona ürək-dirək verir, boz pişiyin vəziyyəti ilə bağlı həyəcanla həkimdən məlumat gözləyirlər.  Nəhayət, gülə-gülə müayinə otağından çıxan həkim sahibinə pişiyinin ciddi xəsarət almadığı gözaydınlığını verir. Bir anda xəstəxananı alqış sədaları bürüyür, hamı sevinclə  bir-birini təbrik edir...
Əslində, kənardan baxanda qəribə, bir o qədər də heyrətamiz görünən bu mənzərə heyvan xəstəxanasında hər gün yaşanan, demək olar ki, adi vəziyyətdir... Çünki bura heyvanları ilə gələn, öz can dostunu bu şəfqət ünvanına etibar edən hər kəs həm də burada bir ailəyə çevrilir, birlikdə üzülüb, birlikdə sevinir.  
Yaradıldığı çox az, cəmi beş aylıq müddətdən bəri ev heyvanlarının şəfqət ünvanına çevrilən Hasvet Bakı Beynəlxalq Veterinar Xəstəxanasındayıq.

 

Bakıda heyvansevər insanlar çoxdur

 

Ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunan Hasvetdə heyvanların müayinə və müalicəsi üçün bütün xidmətlər mövcuddur. Burada USM, Rentgen, KİT, MRT, Təcili Tibbi Yardım, müayinə, endoskopiya, o cümlədən əməliyyat otaqları var. Xəstəxanada it və pişiklər üçün hotel, qruminq (baxım və qulluq) xidmətləri də mövcuddur. 
Xəstəxanada it-pişik daxiliyyə xəstəlikləri, eyni zamanda tibbi görüntüləmə sahəsində mütəxəssis olan türkiyəli veterinar həkim Salih Turqut Okutturan söhbətimizdə Bakıda həddindən çox heyvansevər insan olduğunu bildirdi. 
Salih həkim İstanbul Universitetinin Baytarlıq fakültəsini bitirib: "Kiçik yaşlarımdan heyvanları sevirdim. Həddindən çox yaralı heyvan görür və onları əlimdən gələn qədər müalicə etməyə çalışırdım. Atam bu istəyimi görüb 14 yaşımdan etibarən məni Türkiyədə baytar sağlıq peşə liseyinə yazdırdı, sonra bu sahənin ikiillik uzmanlığını oxudum,  daha sonra isə İstanbul Universitetinin Baytarlıq fakültəsinin məzunu oldum. Bu sahəyə xüsusi marağım olduğu üçün daim yeni biliklər əldə etməyə, professor müəllimlərimizdən öyrənməyə, yəni özümü uzman olaraq yetişdirməyə çalışdım, bu günə qədər də öyrənirəm".
Salih həkim deyir ki, Türkiyədə baytarlıq sahəsində böyük bir qurum olan Hasvetin rəhbəri Hidayet Şimşek Azərbaycanda olarkən baytarlıq sahəsinin geridə olduğunu görüb və Bakıda veterinar xəstəxana açmaq qərarına gəlib: "Azərbaycanda çox dəyərli baytar həkimlər var. Hazırda altı nəfər azərbaycanlı veterinar bizimlə birlikdə çalışır. Onların çox çalışqan, həvəsli, öyrənmək istədiklərini biz də görürük. Sadəcə bu cür müasir heyvan xəstəxanaları olmadığı üçün bəzi imkanları yox idi. Biz də həm azərbaycanlı baytar həkimlərə bu imkanları yaratmaq, həm də heyvanlara kömək etmək məqsədilə Hasveti açdıq". 
İnsan xəstəlikləri ilə heyvan xəstəliklərinin yüzdə doxsan faizinin eyni olduğunu bildirən həkim sadəcə virus, parazit  qaynaqlı yoluxucu xəstəliklərin fərqli olduğunu dedi: "Məsələn, heyvanda da damar daralması, ürək, qaraciyər, böyrək çatışmazlığı və sair olur. Buna görə heyvanlarda istifadə olunan dərmanlar da müəyyən qədər eyni olur. Yəni xəstə heyvana da insanların müalicəsi üçün lazım olan dərmanı yazmaq mümkündür, sadəcə dozası fərqlidir". 

 

Pediatrlara bənzəyən veterinarlar

 

Salih həkim Azərbaycanda çox ağcaqanad olduğunu və onların qan parazitləri, qan qurdları, mədə-bağırsaq qurdları, ağciyər qurdları və sair kimi bir çox xəstəlik daşıdıqlarını söylədi: "Müşahidə edirik ki, Azərbaycanda ağcaqanadların yoluxdurduğu parazitar xəstəliklər Türkiyədən daha yüksəkdir. Həmçinin burada it və pişiklərdə sidik yolu problemləri yüksəkdir. Səbəb isə suyun bir az duzlu olmasıdır. Buna görə it və pişiklərin böyrəklərində, sidik yollarında həddindən çox kristal, daş yaranır".
"Necə ki 2-3 yaşındakı uşaq harası ağrıdığını söyləyə bilmir, it-pişiklər də elədir. Dilsiz olduqları üçün xəstəliklərini, ağrılarını söyləyə bilmirlər" deyən Salih həkim vurğulayır ki, baytar həkimlər özlərini uşaq həkimlərinə çox bənzədirlər. Çünki onlar da diaqnoz qoymaqda çox çətinlik çəkirlər, baytar həkimlər də: "Amma günümüzün texnologiya şərtləri ilə bu məsələ bir az asanlaşıb və daha da irəli gedəcək".
Heyvanlara orqan köçürülə bilinməməsinin səbəbləri barədə məlumat verən xəstəxananın cərrahiyyə uzmanı Özgür Eroğul bildirdi ki, səbəblərdən biri insanlarda və heyvanlarda qan qruplarının fərqli olmasıdır və uyğunlaşma tapmaq daha çətindir: "İkincisi, orqan köçürülən insanlar ömürboyu dərmandan istifadə etməli olurlar. Lakin bəzən bəlli bir çətinlik yarananda ömürboyu bu dərmanı istifadə etməli olan heyvan təbii ki, problemlə üzləşəcəkdir". 
Hasvetin daxili xəstəliklər üzrə uzmanı türkiyəli Denizhan Bilim söylədi ki, əsasən it-pişiklərin və fermalardakı atların daxili xəstəliklərinə baxır: "Salih həkimlə birlikdə onların metobolik, hormonal problemləri, endokrin xəstəliklər, xərçəng, ümumiyyətlə, bütün daxili sistem problemləri ilə maraqlanırıq". 
Bununla bərabər xəstələrin peyvəndlənmə proqramlarını da tərtib etdiyini, xəstə yaxınları ilə mütəmadi danışaraq it və pişiklərin peyvəndlənmə təqvimlərinin nə qədər vacib olduğunu anlatdığını bildirən baytar həkim xəbərdarlıq edir ki, bu həm heyvan sahiblərinin, həm də onların heyvanlarının sağlamlığı üçün olduqca əhəmiyyətlidir. 

 

Ailə üzvümüzə çevrilən canlar

 

Fatimə və sevimli pişiyi olan Barni ilə xəstəxananın USM otağında tanış oluruq. İt və pişiklərin qarın və sinə orqanlarının, ürəklərinin müayinə edilməsi imkanlarının olduğu bu otaqda Salih həkim əlindəki tibbi cihazla Barnini diqqətlə yoxlayır. 
Barninin anadangəlmə xəstəliyinin, yəni limfa sistemindəki bir damarında problem olduğunu bildirən həkim məlumat verir ki, pişik bu xəstəxanada aparılan müalicəyə çox müsbət cavab verib və hazırda vəziyyəti yaxşıdır. Həkim xüsusi vurğulayır ki, sahibi Barnini çox sevir, onunla ciddi maraqlanır və mütəmadi müayinəyə gətirir. 
Qeyri-adi baxışları, parlaq və yumşaq tükləri, sevimli hərəkətləri ilə buradakı hər kəsi özünə heyran edən Barni körpə uşaq kimi onu qucağına alıb oxşayanların, tumarlayanların köksünə sığınır, doğmalığını hiss etdirir. 
 Fatimə söyləyir ki, bu klinikaya gələnə qədər Barninin sağlıq vəziyyəti pis olub. Amma müalicədən sonra onun tədricən sağalmağa başladığını görüblər, indi isə sağlamlığında heç bir problem yoxdur. Buna görə də Salih həkimə çox minnətdardırlar. 
Təcili tibbi yardım otağında ayağına sarğı qoyulan körpə pişiyin miyoltusu eşidilir. Sahibi Leyla xanımdan öyrənirik ki, Miya adlı pişiyi divandan yıxılıb və ayağı çıxıb. Həkimlər onun da imdadına çatır. 
Xəstəxananın müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyat otağına baş çəkirik. Qarnında yırtığı olan bir itin əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirildiyini görürük. Həkimlər deyir ki, o, sürətlə sağalır və tezliklə evə buraxılacaq.
Xəstəxananı gəzdiyimiz müddətdə Zeze adlı pişik də bizimlə bərabər buranı dolaşdı. Tibb işçiləri dedi ki, Zeze sanki bu klinikanın stres topudur. Həkimlərin, digər işçilərin onu sığallamaları ağır iş günündən sonra onların bütün yorğunluqlarını, streslərini aradan götürür. 
Hasvet Bakı Beynəlxalq Veterinar Xəstəxanasından olan reportajımızı bitirib yavaş-yavaş bu məkanı tərk edirik. Qısa zamanda burada görüb isinişdiyimiz sevimli it və pişiklərdən ayrılmağın üzüntüsü, xəstə, köməyə ehtiyacı olan heyvanlara göstərilən həssas qayğı və diqqətin onları yenidən həyata bağlayacağının sevinc hissi ilə...
O da ən böyük arzumuzdur ki, heç bir canlı varlıq xəstələnməsin və yolu xəstəxanalara düşməsin...   

Yasəmən MUSAYEVA, 
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!