Bu qiymətə sirk olar?
Uşaqların təhsili, təlim-tərbiyəsi nə qədər əhəmiyyətlidirsə, onların asudə vaxtlarının, istirahət və əyləncələrinin təşkili də bir o qədər vacibdir. İstər gündəlik , istərsə də qısa və ya uzunmüddətli tətil dövrlərində uşaqların yaşlarına, maraqlarına, zövqlərinə uyğun mənalı istirahətlərinin təşkilinə xüsusi diqqət yetirmək lazımdır. Şübhəsiz, hər valideyn də çalışır ki, övladı hərtərəfli inkişaf etsin, fiziki və əqli cəhətdən sağlam böyüsün, xoşbəxt olsun.
Təəssüf ki, heç də həmişə istək və arzularımızla imkanlarımız üst-üstə düşmür, yaxud şərait, mühit, şərtlər qənaətbəxş səviyyədə olmur. Qış tətilində ənənəvi olaraq Bakıya əcnəbi ölkələrdən sirk gəlir. Onların məhdudlaşdırılmış proqramla, kollektivlə gəlmələrini, çıxışlarının səviyyəsini, keyfiyyətini, eləcə də Bakı Sirkinin özünün hazırkı vəziyyətini müzakirəyə çıxarmadan bir çox ailəni düşündürən və məyus edən məsələyə - sirk biletlərinin qiymətlərinə toxunmaq istərdik. Bəlkə də indiki dövrdə bir biletin 8-15 manat olması gözə çox da baha görünmür. Amma nəzərə almaq lazımdır ki, uşaqlar belə tədbirlərə tək göndərilmir, mütləq valideynin, yaxud yetkin şəxsin müşayiəti ilə gedirlər. Ailədə birdən artıq uşaq olanda isə belə əyləncələrə onların hamısı getmək istəyir. Şübhəsiz ki, bu halda uşaqlar arasında ayrı-seçkiliyə yol verib qəlblərini qırmaq olmaz. Əgər iki uşaqla bir valideyn sirkə getmək istəsə, bunun üçün ən azı (ən ucqar yuxarı yerlər üçün) 24 manat, ön sıralar üçün 45 manat, orta yerlər üçün 30 manat ödəmək məcburiyyətində qalacaq. Şübhəsiz, fasilədə, yaxud tamaşa boyu uşaqlar nə isə yemək, içmək istəyəcəklər. Ən ucuz “menyu” və üstəlik, nəqliyyat xərcləri birlikdə 10-15 manat tutacaq. Beləliklə, bir dəfə sirkə tamaşa orta hesabla 40-60 manata başa gələcək.
Orta statistik azərbaycanlı ailəsi üçün bu, kifayət qədər ciddi rəqəmdir. Xüsusilə, qiymətlərin artdığı dövrdə. Çünki tətil təkcə bir günlük istirahətdən ibarət deyil. Qalan günlər də istirahətlə bərabər cari həyat qayğıları ilə “zəngindir”. Zəruri, təxirəsalınmaz gündəlik xərclərlə müqayisədə isə bu rəqəm ailə büdcəsinin kifayət qədər böyük məbləğini əhatə edir. Çox zaman məhz bu səbəbdən də sirk, kino, teatr, muzey, konsert, sərgi gəzintiləri kimi mədəni istirahət növləri aztəminatlı, hətta orta təminatlı ailələr tərəfindən təxirə salınır. Sonra bu, vərdişə, adi hala çevrilir...
Çıxış yolu isə həmişə var. Sirk qastrolları Mədəniyyət və Turizm Nazirliyinin, digər dövlət təşkilatları, eləcə də kommersiya şirkətləri, biznesmenlər tərəfindən maliyyələşdirilsə, onlara təşkilati dəstək verilsə - bir sözlə, proqramlara sözün real mənasında sponsorluq edilsə, bilet qiymətlərini minimuma endirmək, sirki hər ailə üçün əlçatan etmək olar. Beləcə, tamaşaların, proqramların özlərinin deyil, biletlərinin qiymətini ucuzlaşdımaq mümkündür. Unutmayaq ki, uşaqların yolunda xərclənən vəsait millətin gələcəyinə yatırılan sərmayədir.
Elxan ELDAROĞLU,
Bakı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!