22 Oktyabr 2023 11:05
641
CƏMİYYƏT
A- A+
Bu payız da başqa bir payızdır

Bu payız da başqa bir payızdır

 

Ona "qızıl donlu" payız da deyirlər. Bu fəslin gəlişi ilə bağ-bağatlar, meşələr öz yaşıl donunu sarı, qırmızımtıl rəngə dəyişir. Ağaclardakı meyvələrin özü də yetişib bu rənglərə boyanır. Payız meyvələrinin sayəsində bir məhsul bolluğu, ərzaq bolluğu da yaranır. İndi bazar-dükanlarda nə qədər istəsən alma, armud, heyva, nar, üzüm, naringi, feyxoa, karalyok və digər meyvələr var.
Eyni zamanda insan ayağı çöllərdən, bağlardan kəsilmir. Onlar gələn ilin məhsulunun, çörəyinin əsasını qoymaq üçün yer şumlayır, mala çəkir, taxıl əkirlər. Dedik ki, payız bolluq fəslidir. Elə buna görə də ta qədimdən adamlar toy-düyün məclislərini məhz payıza saxlayıblar. Bu ənənə indi də davam etməkdədir. Hara getsən gəlin aparan maşın karvanlarına rast gəlirsən. Adamların dəstə-dəstə toy yerinə, şadlıq saraylarına yollandıqlarını görürsən. 
Bu payızın 2020-ci ilin payızı ilə tən yarı oxşarlığı, bənzərliyi var. Həmin ilin 27 sentyabrında ordumuz əks-hücuma keçərək 30 il düşmən tapdağı altında qalan torpaqlarımızın əksər hissəsini, o cümlədən Qarabağın tacı, Vətənimizin ürəyi Şuşanı azad etdi. Ağdam, Kəlbəcər, Laçın bir güllə belə atılmadan, canlı qüvvə itkisinə yol verilmədən geri qaytarıldı. Müzəffər ordumuzun gücü, Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qabiliyyəti ilə 44 gün davam edən döyüşdə əliqanlı, cinayətkar, terrorçu ordu tab gətirə bilməyib təslim oldu. Bu haqda üç tərəfin iştirakı ilə kapitulyasiya aktı və müvafiq razılaşma imzalandı. Həmin sənədə əsasən, Qarabağın digər ərazisində qalan erməni silahlıları verilən müddət ərzində - tez bir zamanda bir nəfər kimi ölkəmizdən çıxmalı idilər. Lakin erməni yalanı, riyakarlığı bu dəfə də özünü göstərmiş oldu. Fransa və ona oxşar ölkələrdən göstəriş alan N.Paşinyan, necə deyərlər, sözünün sahibi olmadı. Xankəndidə yuva salmış separatçılar torpaqlarımızdan çıxmaq istəmədiklərini açıq-aşkar büruzə verdilər. Belə olan halda əlac yenə "dəmir yumruğ"a qaldı. 
Ordumuz bir payız günündə - sentyabrın 19-da lokal antiterror tədbirləri keçirməklə 23 saat ərzində mənəm-mənəmlik iddiasından əl çəkməyən erməni qoşunlarının tör-töküntülərini darmadağın etdi. Düşmən məcbur olub ağ bayraq qaldırdı. Şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına başa gələn bu cahanşümül qələbə Azərbaycanın tarixinə əbədi olaraq qızıl hərflərlə həkk olundu. Bu qələbənin təşkilatçısı, ilhamvericisi, istiqamətvericisi, sərkərdəsi Prezident, Ali Baş Komandan İlham Əliyevdir. O, xalqımızın, Vətənimizin tarixində Şah İsmayıl Xətai, Babək kimi, milli qəhrəman olaraq daim yaşayacaqdır. O bu qələbəni xalqımıza Azərbaycana rəhbərlik etdiyi şanlı bir tarixdə - Prezidentliyinin 20-ci ildönümü ərəfəsində yaşatdı. Bu gün bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Sərsəngdə və digər ərazilərimizdə, bir sözlə, müstəqil respublikamızın hər yerində vüqarla, əzəmətlə dalğalanır. 
Payızda yarpaqlar saralıb solur. Sonradan qış dolanır, yenə yaz gəlir, solan, tökülən yarpaqların əvəzinə yeniləri göyərir. 44 günlük müharibədə və lokal xarakterli antiterror tədbirində də belə oldu. Vətənimizi yaşatmaq üçün qəhrəman oğullarımız öz canlarını, qanlarını əsirgəmədilər, torpaq uğrunda qurban getdilər. Qurban getdilər ki, Vətən yenə yarpaq-yarpaq, budaq-budaq göyərsin, daimi olsun, əbədi yaşasın. 

Seyran CAVADOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!