30 Mart 2024 12:51
446
İQTİSADİYYAT
A- A+

Bu ilin üç ayında Avropada qazın qiyməti 17 faiz ucuzlaşıb

 

Avropada qazın qiyməti 2024-cü ilin yanvar-mart aylarında təxminən 17 faiz ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, hazırda London ICE birjasında min kubmetr qazın qiyməti 306 dollar təşkil edir. Ucuzlaşma havaların isti keçməsi, anbarlarda qaz səviyyəsinin yüksək olması və Avropa İttifaqında qaza tələbatın azalması ilə izah olunur.

2023-cü il dekabrın 29-da qazın qiyməti min kubmetr üçün 367 dollar olduğu halda, martın 28-də 306 dollara enib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 17 faiz aşağıdır.

Qeyd edək ki, Avropada min kubmetr qazın orta qiyməti dekabrda təxminən 408 dollar, yanvarda 337 dollar, fevralda 288 dollar, martda isə 302 dollar (38 faiz ucuz) olub.

Hazırda Aİ-nin yeraltı anbarlarında ilin bu dövrü üçün rekord səviyyədə - 59 faiz qaz var. Avropa ölkələri qaz anbarlarını hələ isitmə mövsümünün əvvəlinədək 99,63 faiz doldurmuşdu. Bundan başqa, 2024-cü ildə Avropa İttifaqının elektrik enerjisi istehsalında külək generasiyasının payı da 2023-cü ilə nisbətən yüksəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video