30 Aprel 2024 09:35
260
İQTİSADİYYAT
A- A+

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək

 

"Yaşıl enerji"yə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənat edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox ərazilərdə olduğu kimi işğaldan azad edilən Kəlbəcər rayonunda da "AzərEnerji" tərəfindən kompleks işlər həyata keçirilir. 
Qurumun Mətbuat xidmətinin verdiyi məlumata görə, hazırda Kəlbəcər rayonunun ərazisində 4 yerdə su-elektrik stansiyalarının tikintisi aparılır. 4,3 meqavat gücündə "Zar", 8,8 meqavat gücündə "Nadirxanlı", 8,6 meqavat gücündə "Aşağı Vəng" və 22,5 meqavat gücündə "Yuxarı Vəng" su-elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılır.
2020-2023-cü illər ərzində Kəlbəcər rayonunda "AzərEnerji" tərəfindən ümumi gücü 32 meqavat olan "Kəlbəcər-1", "Meydan", "Qamışlı", "Çıraq-1", "Çıraq-2" və "Soyuqbulaq" kiçik su-elektrik stansiyaları yenidən qurularaq Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib. Məskunlaşma siyasətinə uyğun olaraq 20-dən artıq kəlbəcərli bu stansiyalarda daimi işlə təmin olunub. Bu günə qədər istismara verilən 6 kiçik su-elektrik stansiyasında 70 milyon kilovat saata yaxın ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal edilib. Cari ilin bolsulu olması və quraşdırılan turbinlərin səmərəlilik göstəricilərinin yüksək olması səbəbindən stansiyalar hazırda nominal gücdə işləyir.  
Sonda xüsusi bir məqamı da diqətə çatdıraq ki, kiçik su-elektrik stansiyalarına karbon sertifikatlarının alınması üçün rəsmi qaydada Qətərdə yerləşən "Qlobal Karbon Şurası" təşkilatına Kəlbəcərdə fəaliyyət göstərən kiçik su elektrik stansiyalarına görə müraciət olunub və stansiyaların qeydiyyatı proseduru üzrə növbəti mərhələyə keçidə müsbət rəy verilib. Bu təşəbbüs ardıcıllıqla digər su-elektrik stansiyalarını da əhatə edəcək və Azərbaycan tarixində ilk dəfə bərpaolunan enerji mənbəli elektrik stansiyalarının karbon sertifikatları ilə təmin edilməsi məhz işğaldan azad edilən ərazilərdəki enerji obyektləri ilə bağlı olacaq. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video