24 Noyabr 2018 01:10
595
İQTİSADİYYAT
A- A+
Bu gün bir çiçəkdir, sabah bir ana...

Bu gün bir çiçəkdir, sabah bir ana...


Qız və oğlan uşaqlarına qarşı ayrı-seçkilik bəşəriyyəti narahat edən məsələyə çevrilib


Demə, dünyanın bəzi yerlərində ailələrin qız övladına münasibəti birmənalı deyilmiş. Belə ki, bir çox ailələrdə oğlan və qız uşaqlarına qarşı aydın şəkildə ayrı-seçkilik müşahidə edilir. Həm də bu münasibət ayrı-ayrı yerlərdə müxtəlif aspektlərdə özünü göstərir.

Qızlar təhsildən, qidadan, səhiyyə xidmətlərindən oğlanlara nisbətən az bəhrələnə bilirlər. Onlar hətta informasiya texnologiyalarından da az yararlanırlar. Oğlanlar kompüter, internet, mobil telefonlardan daha geniş istifadə edirlər. Qızların şiddətə məruz qalması haqqında da kifayət qədər faktlar var.

Bəzi yerlərin insanlarının şüurunda kök atmış stereotiplər ailədə qızın doğulmasını arzuolunmaz edir. Odur ki, gənc valideynlər həkimləri cəllada çevirərək qız uşaqlarının dünyaya gəlməsinə sədd çəkirlər. Lakin qız övladlarına münasibətdə mövcud olan problemlər bununla da bitmir.

Bütün dünyada qız uşaqlarının həyatı üçün ən böyük təhlükələrdən biri onların erkən ərə verilməsidir. Qlobal miqyasda götürdükdə 20-24 yaş qrupunda qadınların təxminən üçdəbiri, yaxud təxminən 70 milyon nəfər qadın 18 yaşa qədər artıq ərdə olur. Təəssüf ki, bu acınacaqlı hal səngimir, problem elə problem olaraq qalır. Ümumi olaraq dünyada qız uşaqlarının təhsildən və səhiyyə xidmətlərindən daha az faydalandığı da sirr deyil. İntihar hallarının oğlanlara nisbətən qızlar arasında iki dəfədən çox olması da böyük narahatlıqlara əsas verir. Daha dəhşətli faktlar isə bunlardır ki, 15-19 yaş arası hər dörd qızdan birinə şiddət göstərilir, hər 10 qızdan biri isə cinsi istismara məruz qalır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) nüfuzlu beynəlxalq missiya kimi bütün bunları müşahidə edərək bəşəriyyətə sanki kəsərli bir mesaj göndərib. Hələ 2011-ci ilin sonunda BMT Baş Assambleyası Beynəlxalq "Qız övladları günü”nün qeyd olunması ilə bağlı qətnamənin qəbulunu səsverməyə çıxarıb. Beləliklə, hər il oktyabrın 11-də bu bayramın qeyd olunması qərara alınıb. Bu günün keçirilməsində məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

"Qız övladları günü” əvvəlcə Kanadada, Türkiyədə, Peruda qeyd olunmağa başlayıb. Sonrakı illərdə onlara tədricən digər ölkələr də qoşulub.

Ötən dövr göstərir ki, "Qız övladları günü” adi bayram çərçivəsindən çıxaraq ilboyu ardıcıl, məqsədyönlü tədbirlərlə davam etdirilir. Başqa sözlə, bu günün təsis edilməsində əsas məqsəd təkcə bayram keçirmək deyil, diqqəti sözügedən sahədə olan qəbuledilməz vəziyyətə cəlb etməkdən və onu köklü surətdə dəyişdirməkdən ibarətdir. Artıq belə bir təcrübə də özünü göstərir ki, hər növbəti ildə keçirilən tədbirlərdə problemin müəyyən istiqaməti, məsələn, qızların təhsili, sağlamlığı, yaxud erkən ərə verilməsi və s. əsas götürülür.

İnsanların həyatında ədalət və bərabərlik qanunları uşaq yaşlarından başlayır. Odur ki, bu istiqamətdə aparılan ictimai məlumatlandırma və əldə olunan digər bilgilər böyük əhəmiyyət kəsb edir. Bunlar qız uşaqlarının gələcəyi üçün çox dəyərlidir. Həyata keçirilən tədbirlər də məhz bu xeyirxah işə, müqəddəs amala xidmət edir.

Azərbaycanda qız uşaqlarına mənfi münasibət bir sıra ailələrin onları ana bətnində ikən məhv etməsində göstərir. Bunun nəticəsidir ki, yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 2000-ci ildəki 46,5 faizdən 2009-cu ildə 46 faizədək azaldı. 2013-cü ildə yeni doğulanlar arasında qızların sayı 46,4 faizədək, sonrakı dövrdə bir qədər də artsa belə, oğlanların sayı yenə də çox olaraq qalır.

2016-2017-ci illərdə doğulan körpələrin 46,8 faizini qızlar təşkil etdi. Bu, yeni doğulan hər 100 qıza 114 oğlanın düşməsi deməkdir. Bioloji normaya görə isə bu nisbət 114 deyil, 105-107 olmalıdır.

Aydın məsələdir ki, doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Beləliklə də Azərbaycanda qadınların sayı getdikcə azalır. Hazırda qadınlar ölkə əhalisinin 50,1 faizini təşkil edir. 2008-ci ildə bu rəqəmin 51 faiz, 2012-ci ildə 50,4 faiz, 2015-ci ildə 50,2 faiz olduğu və indi artıq 50 faizə çatmağı üzərində ciddi düşünməli faktdır.

Belə bir durumla qarşılaşmış ölkələrin keçdiyi yol göstərir ki, bu dinamika davam edərsə, Azərbaycanın da qarşısı çətin alına bilən ciddi problemlə üzləşəcəyinə böyük ehtimal var. Başqa sözlə, 20-30 ildən sonra azərbaycanlı oğlanlar üçün xaricdən gəlin gətirməli olarıq.

Gələcəkdə belə müşkül məsələ ilə üzləşməmək üçün Azərbaycan bu istiqamətdə aparılan işlərdə BMT-nin Əhali Fondu ilə əməkdaşlıq edir. Artıq bir sıra birgə layihələr həyata keçirilib. Bu layihələrin uğurlu icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əsas tərəfdaşlar kimi yaxından iştirak edərək təşəbbüslərə əhəmiyyətli dəstək verirlər. Bu, "Azərbaycan” qəzetinin də 15 ildən çoxdur vaxtaşırı müraciət etdiyi aktual mövzulardandır.

Azərbaycanda narahatlıq doğuran digər bir məsələ isə qızların erkən ərə verilməsidir. Ərə getməsi deyil, məhz ərə verilməsi, çünki belə hallar əsasən qızların öz seçimi ilə baş vermir. Onları tez ailə qurmağa valideynləri təhrik edir.

Birmənalı olaraq dərk etmək lazımdır ki, erkən nikaha daxil olmaq təkcə qızların gələcəyini sual altına almır, bütövlükdə cəmiyyətə mənfi təsir göstərir. Belə ki, yeniyetmə qızlar artıq təhsillərini davam etdirə bilmir, savadsız qalır, heç bir peşəyə, sənətə yiyələnmir, cəmiyyət isə onların potensialından, elmə, iqtisadiyyata, mədəniyyətə və digər sahələrə verəcəyi faydadan məhrum olur. Erkən nikaha daxil olan qızlar bir çox hallarda ailədaxili şiddətə məruz qalırlar. Erkən evlilik qızların səhhətinə də böyük zərbə vurur, bu, hətta ana və uşaq ölümləri ilə nəticələnir.

Erkən evlilik məsələsi bu gün bütün dünyanı narahat edən problemlərdən biridir. Daha bir narahatlıq isə erkən nikahların azaldılması istiqamətində irəliləyişin ləng əldə olunmasından doğur. Yeri gəlmişkən, hər il dünyada 15 milyon qız 18 yaşına çatmamış ərə verilir. Daha az inkişaf etmiş ölkələrdə hər 9 qızdan biri 15 yaşında artıq nikahda olur.

Dünyanın müxtəlif yerlərində insanların ümumi fikri belədir ki, qız uşaqlarını qorumağın ən yaxşı yollarından biri təhsildən keçir. Onlar təhsil almadıqda cəmiyyət çoxistiqamətli eroziyaya məruz qalır. Ona görə də qızların təhsil alması qarşısındakı bütün maneələr aradan qaldırılmalıdır. Təəssüf ki, dünyada hər üç qız uşağından birinin təhsil almaq hüququ zorakılıq, yoxsulluq və irqçilik səbəbindən pozulur.

Qız uşaqlarının daha yaxşı təhsil almaları və onların həyat şəraitinin yaxşılaşdırılması hər bir ölkənin prioriteti olmalıdır. Təqdirəlayiq haldır ki, Azərbaycanda qızların təhsilinə böyük diqqət göstərilir. Hazırda ölkənin ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində 65,3 faizi, ali təhsil müəssisələri tələbələrinin 48,2 faizi qızlardır. Ölkəmizdə eləcə də anaların və körpələrin, istər oğlan olsun, istərsə də qız, sağlamlığına xidmət edən tibb müəssisələrinin geniş şəbəkəsi fəaliyyət göstərir.

Qız və oğlan uşaqları arasında ayrı-seçkilik salan bəzi insanlar özlərinin şüurlarında mütləq müsbət dəyişiklik etməlidirlər. Çünki qız olan evdə səliqə-sahman göz oxşayar, xoş ab-hava hökm sürər. Nənələrimiz deyərdilər ki, qız uşağının ayağı sayalı olar, onun dünyaya gəlişi ilə evə ruzi-bərəkət gələr. Qız həmişə qayğıkeşdir. Ata-ananın başı ağrıyanda yastığı yanında keşik çəkən də qız övladı olur.

Arzu edək ki, qızlara bütün sahələrdə, həmişə, hər yerdə müsbət münasibət bəslənsin. Bu məsələ dövlətimizin böyük gələcəyə hesablanmış sosial-iqtisadi siyasətində mühüm yer tutur. Dinimiz də qız uşaqlarına ən ülvi münasibət bəsləməyə çağırır. Xalqımızın mentalitetində, milli-mənəvi dəyərlərində, ailə ənənələrində qız uşaqlarına qayğı və sevgiyə xüsusi önəm verilir. Axı bu gün incə bir çiçək - sevimli bir körpə olan qızlarımızın hər biri sabahın anasıdır!


Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!