30 May 2023 22:14
3920
DÜNYA
A- A+

Bu çiçəyi qoparmağın cəzası 244 mindir


Türkiyənin Quşadası rayonunda yerləşən və nəsli kəsilmək üzrə olan “tülüşah” bitkisi çiçək açıb. Tülüşahın qoparılması və ya təbii mühitindən çıxarılaraq başqa yerə daşınmasının cəzası isə 244 min 315 TL-dir. 2-3 metrə qədər boy atan tülüşahlar sarı çiçəkləri ilə göz oxşayır. Ən sıx bitdiyi ərazilər isə Yaylaköy və Soğucak silsilələridir. Tülüşahların iyun ayında çiçək açaraq vizual ziyafətə çevrilməsi dünyada geniş yayılmağa başlayan botanika turizmi baxımından da əhəmiyyətlidir. Quşadasının simvol bitkisi olan tülüşahlar Türkiyənin Qırmızı Kitabına görə “təhlükə altında olan” kateqoriyasındadır. Yəni yaxın gələcəkdə nəsli kəsilmək təhlükəsi altındadır. Sözügedən endemik bitki Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Təbiəti Mühafizə və Milli Parklar Baş Müdirliyi tərəfindən növlərin mühafizəsi fəaliyyət planına daxil edilərək qorunmaqdadır.

 

Səbuhi Bayramov,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video