30 Mart 2024 08:15
212
SİYASƏT
A- A+

Brüssel konfransı Ermənistana baha başa gələ bilər

 

"Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan ABŞ-Aİ-Ermənistan birgə konfransında yaradılacaq hərbi pakt regionda vəziyyəti gərginləşdirməyə hesablanıb. Bu, Ermənistan üçün çox ağır nəticələnə bilər. Çünki Rusiya və İran bunu İrəvana əsla bağışlamaz. Hətta Rusiyanın mövqelərini qorumaq üçün hərbi yola əl atacağı da istisna edilmir".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputat bildirib ki, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsini region dövlətləri diqqət mərkəzində saxlamalı, məsələ daxildən həll edilməlidir: "Digər dövlətləri regiona gətirmək yalnız gərginliyi artıra, yeni münaqişə ocağı yarada bilər. Konfransa gəlincə isə, Azərbaycanın  iştirakı olmadan regional bir məsələ ilə bağlı bir araya toplanıb nə isə etmək qətiyyən mümkün deyil. Çünki Azərbaycan regionun aparıcı dövlətidir, Avropa ilə kifayət qədər ciddi siyasi-iqtisadi əlaqələri mövcuddur. Üstəlik, Avropa İttifaqının riyakar davranışlarına baxmayaraq, Azərbaycan Avropanın əksər ölkələrinin marağındadır. Ona görə həmin konfransda Azərbaycanın da iştirakı vacibdir".
Deputat vurğulayıb ki, Ermənistan ABŞ və Avropa İttifaqını təhlükəsizliyin zəmanətçisi hesab etməkdə yanılır: "İrəvan nəzərə almalıdır ki, onun təhlükəsizliyinə daha çox region dövlətləri və həmin dövlətlərlə yüksək əlaqələri təminat verə bilər. Görəsən, Ermənistan siyasiləri hansı ağılla bu addımı atıb, ABŞ və Avropa İttifaqı ilə birgə hərbi pakt yaratmağa qərar veriblər?!
"Ermənistanın son vaxtlar Qərbə meyillənməsi Rusiya ilə münasibətlərini gərginləşdirib.  İrəvan hava limanından rus əsgərlərinin çıxarılmasına dair ultimatum verib, o cümlədən Rusiyanın daxil olduğu bir sıra böyük təşkilatlarda iştirak etməkdən imtina edib.  Açıq-aşkar ortadadır ki, Ermənistanın yürütdüyü siyasət tamamilə Qərbə söykənir.  Əlbəttə, burada Fransanın çox böyük rolu var. Zənnimcə, Fransanın Ermənistanı uçuruma apardığını tarix sübuta yetirəcək", - deyə müsahibimiz qeyd edib.
Vahid Əhmədov söyləyib ki, ABŞ-Aİ-Ermənistan üçlüyü hərbi paktı imzalamaqla Azərbaycana təzyiq göstərmək niyyətindədirlər: "Bu, onların dövlətimizin daxili işlərinə müdaxilə planlarının tərkib hissəsidir. Lakin Ermənistanı revanşa hazırlaşdıranların belə təxribatçı cəhdləri heç bir nəticə verməyəcək. Qafqazda ikinci cəbhənin açılması Ermənistana baha başa gəlməklə, bu ölkənin Ukraynanın taleyini yaşamasına səbəb ola bilər. Ona görə də İrəvan rəhbərliyi ağlını başına yığmalı, qonşu dövlətlərlə münasibətlərini isti tutmalı və təmaslar qurmalıdır".
Deputat yekunda ABŞ və Avropanın Ermənistanın əli ilə regionda münaqişə ocağı yaratmaq istəyinin ənənəvi xarakter aldığını qeyd edib. Bildirib ki, dövlətimiz əleyhimizə atılan addımlardan yaxşı xəbərdardır. Regionda sülhün və sabitliyin bərqərar olmasına qarşı yönəlmiş bütün cəhdlərin qarşısı vaxtında alınacaq.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video