Britaniyalılar karbon qazı və sudan yanacaq sintez edə biliblər
Böyük britaniyalı bir qrup alim atmosfer komponentlərindən yanacaq istehsal etməyə imkan verən texnologiya hazırlayıb. Bu unikal texnologiyanın təfərrüatları haqqında məlumat verilməsə də, "İndependent" qəzeti benzini xatırladan yanacağın karbon qazı ilə sudan sintez edildiyini yazır.
Energetik və ekoloji böhran fonunda bu yeni texnologiya olduqca cəlbedici görünür. Bir tərəfdən neftdən asılılıq zənciri qırılır, digər tərəfdən atmosferdəki karbon qazı azaldılır.
Qeyd edək ki, artıq yeni metodika ilə ilk sınaq yanacağı alınıb. İngiltərədə fəaliyyət göstərən kompaniyalardan biri bu üsulla atmosferdəki karbon qazı və su buxarından 5 litr yanacaq sintez edib.
Texnoloji proses zamanı karbon-dioksidlə suyun tərkibindəki hidrogen birləşdirilməklə yanacaq əldə edilir. Layihə müəlliflərinin dediyinə görə, alınan yanacaq görünüşü, iyi ilə benzini xatırladır, amma neftdən alınan məhsuldan fərqli olaraq, ekoloji cəhətdən təmizdir.
Alimlər bu yeni formulun prinsip olaraq praktikada reallaşdırılmasının mümkünlüyünü sübut etdikdən sonra texnologiyanın təkmilləşdirilməsi ilə məşğul olduqlarını bildiriblər. İdeyanı həyata keçirən kompaniya isə yaxın iki il ərzində qazanılacaq elmi uğurlar əsasında gündə bir ton yanacaq istehsal edəcək zavod tikəcəyini açıqlayıb. İstehsalın ucuz başa gəlməsi üçün tələb olunan enerjinin bərpa olunan mənbələrdən alınması planlaşdırılır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısına qatılıb
29 Aprel
Bu ölkə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
29 Aprel
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!