10 Iyul 2024 14:08
336
DÜNYA
A- A+

Britaniya parlamentinə rekord sayda müsəlman deputat seçilib

 

İslamofobiyanın artması tendensiyasına baxmayaraq, Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib.

“Anadolu” agentliyi xəbər verir ki, Britaniyanın Müsəlman Şəbəkəsinin məlumatına görə, parlamentin aşağı palatası olan İcmalar Palatasına 2019-cu ildə 19 müsəlman seçildiyi halda, son seçkilərdə bu rəqəm 25-ə çatıb. Bu deputatların 18-i Leyboristlər Partiyası, dördü müstəqil, ikisi Mühafizəkarlar Partiyası, biri isə Liberal Demokratlar Partiyasının namizədidir.

Agentlik qeyd edir ki, müsəlman seçicilərin Qəzzaya dəstəyi səsverməyə əhəmiyyətli dərəcədə təsir edib və beş müstəqil namizəd, o cümlədən dörd müsəlman parlamentdə yer qazanıb.

Böyük Britaniyada 3,4 milyon müsəlman yaşayır. Seçkilərin bu nəticələrinin ölkənin siyasi mənzərəsində əhəmiyyətli bir mərhələ olduğu və müsəlman icmalarının artan müxtəlifliyinə, habelə Londonun siyasətinə təsirini əks etdirdiyi bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video