26 Oktyabr 2024 08:00
2981
SİYASƏT
A- A+
BRICS: ədalətli dünya nizamına gedən yolun başlanğıcı

BRICS: ədalətli dünya nizamına gedən yolun başlanğıcı


Azərbaycan bu yolda əsas ölkələrdən biri olmaqda qərarlıdır


İki qütbə bölünən dünya arasında davam edən gərginliyin fonunda Rusiyanın Kazan şəhərində keçirilən BRICS-in XVI sammitindən sonra hər kəsi bir sual düşündürür: bundan sonra beynəlxalq aləmdə hansı proseslər baş verəcək? 

Hələlik görünən odur ki, iki cəbhə arasında münasibətlər tezliklə səngiyənə oxşamır. Ən azından ona görə ki, Kazanda səslənən bəyanatlar haqlı olaraq Qərbin hegemonluğuna qarşı yönəlib. Qərbinsə bununla razılaşdığını güman etmək sadəlövhlük olardı. 

Bundan sonrakı prosesləri proqnozlaşdırmaq üçün indiyədək baş verən beynəlxalq hadisələrə yenidən baxmaq lazımdır. Məlumdur ki, sovetlər birliyinin mövcud olduğu dönəmdə qlobal müstəvidə yaranan hər hansı bir problem iki qütb arasında beynəlxalq qanunlar çərçivəsində müzakirə olunaraq əvvəl-axır həll edilirdi. Çünki keçmiş SSRİ-nin başçılıq etdiyi sosialist düşərgəsi ilə ABŞ-nin söz sahibi olduğu Qərb birliyi arasında güc bərabərliyi vardı. İqtisadi məsələlərdə Qərb öndə olsa da, hərbi məsələlərdə güc bərabərliyi aşkar idi. O üzdən hərdən bu iki qütb bir-birinə "diş qıcasa" da, sonda müəyyən bir razılığa gəlinirdi. Məsələn, Kuba ətrafında baş verən "Karib böhranı" məhz qarşılıqlı güzəşt  şəklində  həll edilmişdir.

Amma sovetlər birliyinin dağılması ilə Qərb dünyanın tək güc mərkəzi oldu.  SSRİ-nin süqutundan sonra demək olar ki, keçmiş sosialist düşərgəsinin bütün üzvləri Qərbin yaratdığı regional birliyi seçdilər. İş bununla da bitmədi. Üç Baltikyanı respublika da Qərb düşərgəsinə qoşuldu. Bu gün isə Gürcüstan, Ukrayna və Moldovadakı bəzi qüvvələr həmin sevdaya düşüblər. 

Amma belə ədalətsiz vəziyyət uzun müddət davam edə bilməzdi. Ona görə də Qərbin hegemonluğunu qəbul etmək istəməyən ölkələr yeni ittifaqlar yaratmağa qərar verdilər. BRICS-in yaranma səbəbi də bundan qaynaqlanır. Elə dünyanın tanınmış ekspertləri də həmin təşkilata son dövrlər marağın artmasını və təşkilata qoşulmaq istəyən dövlətlərin sayının artmasını Qərbin heç bir məntiqə sığmayan davranışları ilə əlaqələndirirlər. 

Qardaş Türkiyəni 60 ilədən çoxdur ki, Avropa İttifaqına üzv qəbul etmirlər. Hər dəfə qarşısında ittifaqa qəbul olunmaq üçün müxtəlif şərtlər qoyulur. İndi Türkiyə bu üzücü və sonsuz münasibətə son qoymaq üçün BRICS-ə daxil olmaq istəyir. Oktyabrın 23-də Ankarada bu ölkənin iri müdafiə sənayesi müəssisəsi olan TUSAŞ-a qarşı törədilən terror aktını Türkiyənin tanınmış hərbi və siyasi ekspertləri həmin istəklə bağlayırlar. Çünki qardaş ölkənin Şərq blokunun yaratdığı bir təşkilatda yer almaq istəyi Qərbi ciddi narahat edir. Axı Türkiyə güclü hərbi potensiala və böyük iqtisadiyyata malik ölkədir, Asiyanın Avropaya açılan qapısıdır. Dünyanın mühüm ticarət marşrutları Türkiyədən keçir və bu səbəbdən qardaş ölkənin tərəf dəyişməsini istəmirlər. 

BRICS-in yaranma tarixi 2006-cı il olsa da, aradan keçən bu müddətdə təşkilatın ciddi bir fəaliyyəti hiss edilməyib, daha çox simvolik bir görüntüsü olub. Bəs birdən-birə dünyada bu təşkilata marağın artmasına səbəb nədir? Cavab məlumdur: son zamanlar birləşmiş Qərbin dünya hegemonluğuna daha çox can atması, beynəlxalq qanunları ayaqlar altına atması, dövlətləri özünə tabe etmək üçün onların daxili işlərinə qarışması, onlara iqtisadi və siyasi təzyiq göstərmək üçün sanksiyalar tətbiq etməsi.

Azərbaycan da Qərbin ikili standartlarından əziyyət çəkən ölkədir. 20 faiz ərazimiz Ermənistan tərəfindən işğal edilmişdi. Amma Qərbin elə bir ucadan səsi çıxmamışdı.  Biz onların səsini yalnız torpaqlarımızı işğaldan azad edəndən sonra eşitdik. Baxmayaraq ki, torpaqlarımızı işğaldan azad etmək bizim təbii və qanuni haqqımız idi, Qərb bunu qəbul etmək istəmirdi. İndi isə Azərbaycanı elə cinayətlərdə günahlandırırlar ki, əslində onların hamısını işğal zamanı Ermənistan etmişdi. Ermənilər Xocalı soyqırımını törətmiş, Qarabağ və ətraf rayonlarda etnik təmizləmə aparmış, müharibə qanunlarının əleyhinə olaraq mülki əhalinin canına və mülkünə qəsd etmişlər. Amma Qərbin heç tükü də tərpənməmişdi. İndi də Qərb sülhə töhfə vermək əvəzinə, Ermənistana revanşist müharibə aparmaq üçün silah verir. Bu gün Azərbaycanın BRICS-də yer almaq istəməsinin bir səbəbi də budur. Daha yetər Qərbin "ədalət"inə bel bağladığımız, olmayan ədalətə ümid etmək özü-özünü aldatmaqdır.   

Bu baxımdan Kazanda keçirilən BRICS-in XVI sammiti Qərbin əsas istəyinin iflasa uğramasını göstərdi. Sammitdə BMT-nin baş katibi və 24 ölkənin lideri iştirak etdi. Onlar bu yolla anti-Qərb cəbhəsində yer aldıqlarını nümayiş etdirdilər. Azərbaycan da haqlı olaraq həmin sıradadır. Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin  tədbir zamanı çıxışında demişdir: "Logistika dəhlizlərinin inkişafında Azərbyacanın rolu çox vacibdir. Onun Rusiya və digər BRICS ölkələri ilə artan ticarət dövriyyəsinin həcmi də böyük əhəmiyyət kəsb edir". Deməli, Azərbaycan doğru olan yerdə qərar tutub. Biz Avropa İttifaqı üçün nə qədər vacib ölkə olsaq da, "qoca qitə"nin siyasi "qırğı"ları bunu dərk etmirlər. 

Prezident İlham Əliyev bu mötəbər tribunadan dünyaya səslənərək ölkəmizin beynəlxalq müstəvidə qlobal təhlükəsizliyə, hüququn aliliyinə, dövlətlərin bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipinə və məsələlərin qarşılıqlı anlaşma şəraitində həll olunmasına töhfə verəcəyini bildirdi. Bunlar Azərbaycanın xarici siyasətinin məqsəd və məramı idi.

Bəli, Azərbaycanın bu gün BRICS platformasında olmaq istəməsi uzun illər ölkəmizin Qərb tərəfindən aparılan anti-Azərbaycan siyasətinə tutarlı cavabıdır. Bununla belə, əsas məqsədimiz hər iki beynəlxalq platformada milli mənafelərimizə uyğun siyasət aparmaq, alternativ məkanlarda ölkəmizin milli maraqlarını qorumaqdır. Çünki Azərbaycan həm Qərb, həm də Şərq üçün önəmli ölkədir. Prezident İlham Əliyev Azərbaycanın dünya üçün bu əhəmiyyətini vurğulayaraq demişdir: "Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq".


Rüstəm KAMAL,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!