Böyükkişi Ağa oğlu Ağayev
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağa oğlu Ağayev 2018-ci il aprelin 4-də ömrünün 90-cı ilində vəfat etmişdir.
Böyükkişi Ağayev 1928-ci il sentyabr ayının 10-da Sabirabad rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1944–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində ali təhsil almışdır.
1950-ci ildə Sabirabad rayon xəstəxanasında əmək fəaliyyətinə başlayan Böyükkişi Ağayev burada 1954-cü ilədək həkim-cərrah işləmişdir. O, 1954–1957-ci illərdə Moskva şəhərində İkinci Moskva Dövlət Tibb İnstitutunun cərrahiyyə üzrə aspiranturasında oxumuş, aspiranturanı bitirdikdən sonra, 1958–1960-cı illərdə Həştərxan Tibb İnstitutunun cərrahiyyə kafedrasının assistenti olmuşdur.
1960-cı ildə Bakıya qayıdan Böyükkişi Ağayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Onkologiya İnstitutunda əmək fəaliyyətini davam etdirərək 1967-ci ilədək İnstitutun cərrahiyyə şöbəsinin baş elmi işçisi və şöbə müdiri vəzifələrində çalışmışdır.
1968-ci ildə Azərbaycan Tibb Universitetinin hospital cərrahiyyə kafedrasına professor seçilən Böyükkişi Ağayev 1973-cü ildən ömrünün sonuna qədər universitetin ikinci cərrahi xəstəliklər kafedrasına rəhbərlik etmiş və bütün bu illər ərzində tibb kadrlarının hazırlanması işində mühüm xidmətlər göstərmişdir. O, eyni zamanda, 1988–1999-cu illərdə Elmi Tədqiqat Qastroenterologiya İnstitutunun, 1999-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Cərrahiyyə Mərkəzinin direktoru vəzifələrini tutmuşdur.
Böyükkişi Ağayev 1957-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1968-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Azərbaycanda tibb elminin yeni biliklərlə zənginləşdirilməsi və tədrisində akademik Böyükkişi Ağayevin xüsusi rolu və əməyi vardır. Respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan alimin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açmışdır. Alim eksperimental nəticələr əsasında təcrübi tövsiyələri və ixtiraları ilə tibb elminə təqdirəlayiq töhfələr vermişdir.
Böyükkişi Ağayev 400-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, üçcildlik “Cərrahi əməliyyatlar atlası”nın, dərslik, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Ölkənin qastroenteroloq həkimlərinin bütöv bir nəsli Böyükkişi Ağayevin tədqiqatlarından bu gün mötəbər mənbə kimi istifadə etməkdədirlər. Alimin xarici dillərdə işıq üzü görən fundamental-nəzəri əhəmiyyətli əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanmışdır.
Böyükkişi Ağayevin rəhbərliyi ilə 9 tibb üzrə elmlər doktoru, 52 tibb üzrə fəlsəfə doktoru və çox sayda yüksəkixtisaslı cərrah qastroenteroloq hazırlanmışdır. Dünyanın bəzi tanınmış səhiyyə mərkəzlərində alimin yetirmələri hal-hazırda uğurla çalışmaqdadır. Böyükkişi Ağayev mötəbər beynəlxalq konfrans və simpoziumlardakı məzmunlu çıxış və məruzələri ilə Azərbaycanın müasir tibb elmini layiqincə təmsil etmişdir.
Böyükkişi Ağayevin ictimai fəaliyyəti də səmərəli olmuşdur. O, bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü və 12-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
Akademik Böyükkişi Ağayevin ölkədə təbabətin inkişafı və həkim kadrların yetişdirilməsi sahəsində xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Görkəmli alim, gözəl pedaqoq və qayğıkeş insan Böyükkişi Ağayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Hacıbala Abutalıbov
Oqtay Şirəliyev
Akif Əlizadə
Əhliman Əmiraslanov
Cəmil Əliyev
Ədilə Namazova
Fazil Qurbanov
Sudeyif İmamverdiyev
Gəray Gəraybəyli
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!