04 Aprel 2024 08:40
438
SİYASƏT
A- A+
Böyük qələbəmizə gedən yol Aprel döyüşlərindən başladı 

Böyük qələbəmizə gedən yol Aprel döyüşlərindən başladı 

 

2016-cı ilin Aprel döyüşlərində Silahlı Qüvvələrimiz erməni işğalçılarına sarsıdıcı zərbələr vurdu. Azərbaycan əsgəri gücünü, qüdrətini düşmənə göstərdi. Dəqiq zərbələrdən burnu ovulan yağılardan böyük strateji əhəmiyyətli Lələtəpə, həmçinin Talış kəndi istiqamətindəki yüksəkliklər azad olundu. Bu zirvələrdən düşmənin qovulması ordumuza minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazandırdı. 
Aprel döyüşləri Azərbaycan xalqının qələbəyə, düşməni məhv etməyə olan inamını daha da artırdı. Həmin günlərdə ürəyi Vətən eşqi ilə döyünən gənclər rəsmi çağırış gözləmədən könüllü olaraq Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon şöbələrinə müraciət edərək döyüşə yollanmaq istədiklərini bildirirdilər. Onlar o ağır günlərdə səngərlərə, erməni qəsbkarları ilə vuruşmağa, yurdumuzu işğaldan azad etməyə can atırdılar. Bunu özlərinin vətəndaşlıq borcu hesab edirdilər. 
Yaşadığımız həyatda bəzən elə hadisələrlə rastlaşırıq ki, bəzən onun üstündən zaman keçdikcə yavaş-yavaş unudulub yaddan çıxır. Amma elə hadisələr də var ki, əksinə, zaman ötdükcə addım-addım bizə yaxınlaşır, yaddaşımıza hopub qalır. İnamla deyə bilərik ki, uğurla başa çatan və həmişə sevincini yaşayacağımız 2016-cı ilin Aprel döyüşləri də yaddaşımızda əbədi-əzəli qalan tarixi hadisələrdəndir. Çünki o döyüşlərdə iştirak edən cəsur zabit və əsgərlərimiz böyük hünər və rəşadət göstərərək adlarını xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdılar, bizə qələbə sevincini dadızdırdılar.
Həmin il apreldə dörd gün davam edən uğurlu döyüşlər cəmiyyətdə də böyük rezonans doğurdu. Silahlı Qüvvələrimizin tarixinə qızıl hərflərlə həkk olunmuş həmin günlərin uğurlu əməliyyatları haqqında çox yazılıb, çox danışılıb. Yəqin ki, gələcəkdə  də bu mövzuya dönə-dönə müraciət olunacaq. Həmin günlərdə həm siyasi şərhçilər, həm də hərbi mütəxəssislər əməliyyatların gedişinə yüksək qiymət verirdilər. Dörd gün davam edən döyüşlərin uğurla başa çatması da ordumuzun gücünün, qüdrətinin hansı səviyyədə olduğunu göstərən ən yaxşı nümunədir. Silahlı Qüvvələrimizin cəsur zabit və əsgərləri döyüşlər zamanı böyük hünər və rəşadət nümayiş etdirərək erməni işğalçılarına ağır zərbə endirə-endirə mövqelərindən qovdular. 
2016-cı ilin aprel ayında erməni işğalçılarından azad olunmuş ərazilərdə bərpa işlərinə başlanıldı. Lələtəpə yüksəkliyinin azad olunmasından sonra Cəbrayıl rayonunun  Cocuq Mərcanlı kəndinin sakinlərinin qayıdışı üçün əlverişli şərait yarandı. Azərbaycan Prezidenti İlham Əliyev kəndin bərpası ilə bağlı sərəncam imzaladı. Qısa müddət ərzində Cocuq Mərcanlı kəndində tikinti-bərpa işləri aparıldı, evlər, məktəblər, sosial obyektlər tikildi, yeni yollar çəkildi. Kənd sakinlərinin illərdən bəri uzanan torpaq həsrətinə son qoyuldu. 24 illik ayrılıqdan sonra onlar ürəklərində sevinc hissi doğma yurdlarına dönərək ata-baba ocaqlarında yaşamağa başladılar. 
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2016-cı ildə cəbhə bölgəsinə olan səfəri zamanı zabit və əsgərlərlə görüşərkən Aprel döyüşlərindən söz açaraq demişdir: "...Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. ...Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir".
Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgələrinə səfərləri zamanı verdiyi mesajlardan ermənilər növbəti aprel dərsləri ilə üzləşəcəklərindən qorxuya düşmüşdülər. Azərbaycan tərəfi ərazi bütövlüyünün tam bərpasına qədər mübarizə aparacağını dəfələrlə bəyan etmişdi. Gündən-günə gücünü, qüdrətini artıran, müasir silahlarla silahlanan ordumuz hər an buna hazır idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti 2016-cı ilin aprelində göstərdiyi qəhrəmanlıqla dolu ənənlərini davam etdirməyə qadir idi.
 Ordumuz üçün çox böyük uğurlarla başa çatan Aprel döyüşlərindən dörd il beş ay sonra 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Erməni işğalçıları yeni ərazilərimizi ələ keçirmək məqsədilə mövqelərimiz üzərinə hücuma keçdilər. 2016-cı ildən bəri susan silahlar dilə gəldi. Həmişə yurdunun müdafiəsində ayıq-sayıq dayanmış cəsur hərbçilərimiz torpaqlarımızın müdafiəsinə atıldılar. 44 gün ərzində uğurlu döyüşləri ilə Ermənistan ordusunu darmadağın edərək yurdumuzu qəsbkarlardan azad etdilər. Azərbaycan Ordusunun 2016-cı ilin aprelindən başladığı Zəfər yürüşləri 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında uğurla davam etdirildi. Qarabağın azadlığı uğrunda başlanan döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Bu gün işğaldan azad edilmiş Qarabağın hər guşəsində Azərbaycan bayrağı dalğalanır. Qəhrəmanlıq tariximizə böyük hərflərlə yazılan Aprel döyüşləri daim yaddaşlarda yaşayacaq.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!