13 Sentyabr 2025 08:30
869
CƏMİYYƏT
A- A+
Böyük qayıdışın budəfəki ünvanları Hadrut və Badaradır

Böyük qayıdışın budəfəki ünvanları Hadrut və Badaradır


2020-ci ildə tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki misilsiz qələbəmiz Prezident İlham Əliyevin qətiyyətli siyasətini, xalqımızın, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Ermənistanın kapitulyasiya aktı imzalamasından sonra əzəli torpaqlarımızda bərpa-quruculuq işlərinə başlanması, həmçinin ötən müddət ərzində əldə olunan uğurlar, nailiyyətlər dövlətimizin gücünün bariz göstəricisidir.

Zəfərdən sonra əsas hədəf işğaldan azad olunan ərazilərin bərpası və bölgəyə həyatın qaytarılmasıdır. Bu məqsədlə ilkin mərhələdə yollar, körpülər, enerji xətləri, su təchizatı sistemləri və rabitə şəbəkələri yenidən qurulur, "ağıllı" kənd və şəhər layihələri çərçivəsində müasir texnologiyaların tətbiqi ilə dayanıqlı yaşayış məntəqələri salınır. Quruculuq işlərinin davam etdiyi Qarabağ və Şərqi Zəngəzur hazırda möhtəşəm bərpa dövrünü  yaşayır, bu yurd yerlərində həyat canlanır. Əzmi, qətiyyəti, müdrik siyasəti ilə torpaqlarımızı əsarətdən xilas edən Ali Baş Komandan düşmənin viran qoyduğu kənd, qəsəbə və şəhərlərimizin yenidən həyata qaytarılmasında şəxsən iştirak edir, onilliklər boyu yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin sevinclərini bölüşür.

Böyük qayıdışın birinci mərhələsi bitənədək Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin, 34 min 500 ailənin daimi məskunlaşması təmin ediləcək. Bu gün artıq 18541 keçmiş məcburi köçkün (4675 ailə) əzəli torpağına qovuşub.

Dünən daha iki yurd yerimiz doğma sakinlərinə qucaq açıb. Xocavənd rayonunun Hadrut qəsəbəsi və Xocalı rayonunun Badara kəndi ilk köç karvanını qarşılayıb. İlk mərhələdə Xocalı rayonunun Badara kəndinə Goranboy rayonundan - 8 ailə (28 nəfər), Bakı şəhərindən - 4 ailə (19 nəfər), Bərdə rayonundan - 1 ailə (4 nəfər), Gəncə şəhərindən - 1 ailə (4 nəfər) olmaqla cəmi 14 ailə (55 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə Beyləqan rayonundan - 4 ailə (17 nəfər), Bakı şəhərindən - 4 ailə (14 nəfər), Biləsuvar rayonundan - 1 ailə (6 nəfər), Abşeron rayonundan - 1 ailə (4 nəfər) olmaqla cəmi 10 ailə (41 nəfər) köçürülüb.

Xocavənd rayonunun Hadrutun Zəfərimizdəki yeri xüsusidir. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu düşmənin gözləmədiyi məqamda Hadruta yönəldi. Bu, müharibənin taleyini həll edən əməliyyat idi, çünki ordumuzun xüsusi təyinatlıları məhz bu istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. 

Prezident tərəfindən təməli qoyulan qəsəbədə inzibati mərkəzin sahəsi 4,2 hektar təşkil edir. Bura inzibati bina, bələdiyyə binası və digər qurumların ofisləri daxildir. İnzibati əraziyə bütün yol infrastrukturu, kommunikasiya xətləri, o cümlədən işıq, rabitə və yüksəksürətli internet çəkilib. Yol və kommunikasiya xətlərinin ümumi uzunluğu 1100 metrdir. Qəsəbədə "Hadrut" Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Hadrutda Regional Tədris Kompleksi də yaradılıb. Mərkəzdə yerli və xarici təlim işçilərinin iştirakı ilə elektroenergetika sahəsində ixtisaslı kadrlar hazırlanacaq. Burada bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları öyrədiləcək. Real iş şəraitində təlimlər keçiriləcək.

Hadrutdakı yaşayış məhəlləsində birinci mərhələdə 28 ev tikilib. 1, 2, 3, 4 və 5 otaqlı evlərin sahəsi 70-120 kvadratmetr təşkil edir. Qəsəbədə 360 nəfərlik orta məktəbin binası əsaslı təmir edilib. Müasir avadanlıqlarla təchiz edilmiş məktəbdə 15 sinif otağı, idman və akt zalları, yeməkxana, kitabxana, üç laboratoriya, texnologiya və informatika otaqları var.

Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, keçmiş məcburi köçkünlərin dədə-baba torpaqlarında təhlükəsiz və dayanıqlı məskunlaşması təkcə iqtisadi və infrastruktur baxımından deyil, həm də ideoloji, mənəvi və siyasi baxımdan da mühüm hadisədir. Azərbaycan gücünün və iradəsinin təcəssümü olan bu layihələr xalqımızın, dövlətimizin tarixinin yenidən yazılmasıdır.


 Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzərdə zəlzələ olub

19:14
21 Sentyabr

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

19:01
21 Sentyabr

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

18:57
21 Sentyabr

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:32
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

18:23
21 Sentyabr

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

18:11
21 Sentyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

17:37
21 Sentyabr

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

15:31
21 Sentyabr

Yeniyetməlikdə düşüncələrimiz onilliklər sonra demans riskimizə təsir edə bilərmi?  

15:26
21 Sentyabr

 Beyin sağlamlığını qorumağın sadə və effektiv üsulu 

15:22
21 Sentyabr

Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq genişləndirilir

15:17
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!