Böyük inamın 20 illik təntənəsi
2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına taleyüklü seçimlə bağlı müraciət etdi
"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciətində Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyini siyasi davamçısı İlham Əliyevə etibar etdiyini böyük inamla bildirmişdi.
Budur, indi Azərbaycan xalqı olaraq Ulu Öndərin həmin tarixi çıxışında vurğuladığı taleyüklü məsələlərin, planların, işlərin Prezident İlham Əliyev tərəfindən böyük əzm, qətiyyət, iradə ilə gerçəkləşdirilməsinin qürurlu şahidliyini edirik.
Ötən 20 il ərzində apardığı müdrik, düşünülmüş, qətiyyətli siyasətin nəticəsində Prezident İlham Əliyev Azərbaycanı hərtərəfli inkişaf etdirərək sayılıb-seçilən dövlətə çevirdi və xəritədə kiçik görünən ölkəmiz bu gün dünyanın harasından baxsan möhtəşəm şəkildə görünür.
Ən başlıcası, İlham Əliyev Ali Baş Komandan olaraq işğal altında olan torpaqlarımızı, Şərqi Zəngəzuru, Qarabağı azadlığına qovuşduraraq ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etdi və bu parlaq zəfərlərlə həm də Azərbaycanı Ulu Öndər Heydər Əliyevin arzularındakı zirvəyə ucaltdı.
Xalq ona, o da xalqına arxa-dayaq idi
Dünyanın ən böyük azərbaycanlısı olan Heydər Əliyev həyatını Azərbaycan xalqının rifahı və tərəqqisinə sərf edib, bu amal naminə ömrünün sonuna kimi əzmlə çalışıb.
Ulu Öndər ölkəmizdə hakimiyyətdə olduğu hər iki dövrdə, xüsusilə də 1993-cü ildən sonra Azərbaycanı inkişaf etdirmək, eləcə də müstəqilliyini, dövlətçiliyini möhkəmləndirmək üçün mühüm işlər görüb, nəhəng layihələr gerçəkləşdirərək iqtisadiyyatımızı yüksəldib, qətiyyətli siyasət yürüdərək milli maraqlarımızın təmini ilə bağlı müstəsna fəaliyyət göstərib.
1994-cü ildə Azərbaycanda "Əsrin müqaviləsi"nin imzalanmasına nail olaraq ölkəmizi sosial-iqtisadi böhrandan xilas edib inkişaf yoluna çıxaran Ümummilli Lider Heydər Əliyevin apardığı müdrik diplomatik siyasət nəticəsində beynəlxalq səviyyədə Qarabağ məsələsini süni şəkildə gündəlikdən çıxarmaq istəyənlər məkrli məqsədlərinə çata bilmədilər.
Ulu Öndər bütün mötəbər tribunalarda bu məsələni qaldırdı, eyni zamanda Qarabağla bağlı Azərbaycana edilən təzyiqlərə baxmayaraq, dəmir iradəsi, qətiyyətli mövqeyi və çevik diplomatik siyasəti ilə böyük güclərə qarşı sözün əsl mənasında savaşdı.
Azərbaycan dövlətinin var olması yolunda uğurla addımlayan Heydər Əliyev daim xalq tərəfindən dəstəkləndi. Onu özünün Ümummilli Lideri sayan xalqımız daim bu böyük şəxsiyyətə yüksək ehtiram göstərir, böyük inam bəsləyirdi.
Özünə olan bu tükənməz inamdan güc alan Ulu Öndər Heydər Əliyev buna görə də oktyabrın 1-dəki müraciətində üzünü xalqa tutub deyirdi: "Öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm. Üzümü Sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram".
Ulu Öndər xalqı əmin edirdi ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. 2003-cü il oktyabrın 1-də Ulu Öndərin bəyan etdiyi bu fikirlər xalq tərəfindən dəstəkləndi və onları vahid amal ətrafında səfərbər etdi.
20 il öncə - 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalq yekdilliklə İlham Əliyevi dəstəkləyərək onu ölkəsinin Prezidenti seçdi. Bu taleyüklü seçimin edildiyi həmin tarixdən etibarən Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və inkişaf edən müasir müstəqil Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə qələbələrlə, zəfərlərlə bol olan ən qüdrətli dövrünə qədəm qoydu.
Tarixi zəfərlərdə qalib lider İlham Əliyevin parlaq və silinməz imzası var
2003-cü il oktyabrın 15-dən - İlham Əliyevin xalqın yekdil qərarı ilə Prezident seçilməsindən ötən 20 illik dövrə qısa nəzər yetirdikdə belə bir möhtəşəm xronikanı izləyirik:
- Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi, mədəni, ümumiyyətlə, bütün sahələr üzrə böyük tərəqqi və inkişaf yaşanıb, respublikamız Cənubi Qafqazın lider ölkəsi olub;
- Ölkəmiz qlobal miqyaslı məsələlərin, problemlərin həlli ilə bağlı müzakirələrin, dialoqların aparıldığı unikal ünvan kimi beynəlxalq aləmə səs salıb;
- Respublikamız dünyanın enerji, yol qovşağına çevrilib;
- Ərazisi işğal altında olan ölkədən zəfər ölkəsinə, məğlub xalqdan qalib xalqa çevrilib;
- Torpaqlarımız 30 illik əsarətdən qurtulub, ərazi bütövlüyümüz, suverenliyimiz təmin olunub;
- Sərsəm erməni millətçilərinin Qarabağda yaratdıqları quldur yuvası dağıdılıb, torpaqlarımızda iki əsrlik erməni layihəsi iflasa uğradılıb;
- Yüz minlərlə insanımızın yurd həsrəti bitib, cənnətməkana çevrilən Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdış gerçəkləşdirilib.
Cəmi iki onillik ərzində Azərbaycan adına qazanılan bütün bu tarixi zəfərlərdə isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı qalib lider İlham Əliyevin parlaq və silinməz imzası var.
Ulu Öndər siyasi kursunun layiqli davamçısı
Ümummilli Lider Heydər Əliyevin ocağında layiqli Azərbaycan vətəndaşı kimi yetişən İlham Əliyev atasının yolu ilə addımlayaraq və uca şəxsiyyətin yarımçıq qalan taleyüklü işlərini, planlarını gerçəkləşdirərək Azərbaycan xalqı, dövləti adına misilsiz tarixi qələbələr qazanıb.
Bütün bu misilsiz uğurlar, nailiyyətlər həm də uca şəxsiyyət Heydər Əliyevin Azərbaycanın gələcəyini özü qədər inandığı İlham Əliyevə etibar edərək, bir daha müdrikliyini, uzaqgörənliyini və vətən sevgisini izhar etməsinin möhtəşəm təcəssümüdür.
Necə oktyabrın 1-də tarixi müraciətində müdrik rəhbər xalqa üzünü tutaraq əminliklə bildirmişdi ki, yüksəkintellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək.
Bu tarixi müraciətin üzərindən cəmi 20 il keçdikdən sonra xalqımız vaxtilə Ulu Öndərin söylədiyi bütün bu məsələlərin real müstəvidə təzahürünün, Azərbaycan xalqının, dövlətinin taleyüklü məsələlərinin İlham Əliyev tərəfindən necə əzm və qətiyyətlə həll edildiyinin şahidi oldu.
Hələ 2018-ci il aprel seçkilərində daim xalqa arxalandığını və onların dəstəyindən güc aldığını deyən İlham Əliyev vurğulamışdı: "Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim".
Azərbaycan xalqı müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından Şuşanın azadlığını xalqımıza müjdələyən zaman bir oğul olaraq ata vəsiyyətini layiqincə yerinə yetirməsindən doğan qüruruna isə belə şahidlik etmişdi: "...Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!.."
Elə 2023-cü idə Azərbaycanın suverenliyini təmin etməsi və Qarabağda iki yüz illik erməni layihəsini darmadağın etməsi də müstəqil Azərbaycanın bünövrəsini qoymuş və indi yüzillik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə Prezident İlham Əliyevin bir dövlət başçısı, bir Azərbaycan vətəndaşı, bir oğul olaraq ən böyük töhfəsi oldu.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir...
01 Dekabr
ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarını genişləndirib
01 Dekabr
İran "COP28" sammitində iştirakdan imtina edib
01 Dekabr
“Anadolu” agentliyinin əməkdaşı Qəzzada həlak olub
01 Dekabr
Zambiya mədənində
01 Dekabr
“Ariane-6” raketi bu tarixdə uçacaq
01 Dekabr
İqlim dəyişikliyi nədir?
01 Dekabr
2 tona yaxın narkotik ələ keçirildi - ƏMƏLİYYAT
01 Dekabr
"Ukrayna ordusunun imkanlarını azaltmışıq" - Şoyqu
01 Dekabr
Daun sindromlu uşaqların bacarıqlarının təkmilləşdirilməsi
01 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!