16 Oktyabr 2021 00:44
1038
DÜNYA
A- A+
“Boko Haram” silahı yerə qoyur?

“Boko Haram” silahı yerə qoyur?

 

Nigeriya Təhlükəsizlik Qüvvələrinə iki həftə ərzində “Boko Haram” terror təşkilatının 13 min 243 silahlısı və onların ailə üzvləri təslim olub. Nigeriya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Bernard Onyekonun jurnalistlərə verdiyi məlumata görə, “Boko Haram”a qarşı əməliyyat oktyabrın 1-dən 14-dək davam edib. Bu müddət ərzində “Boko Haram”ın 29 yaraqlısı zərərsizləşdirilib, daha 13 nəfəri saxlanılıb.

Əməliyyatlar nəticəsində çoxlu sayda terrorçu yaralansa da, onlar gizlənə biliblər. Bununla belə, təhlükəsizlik qüvvələri böyük miqdarda döyüş sursatlarını ələ keçirməyə müvəffəq olub.

Son illər təşkil edilən əməliyyatlara baxmayaraq, “Boko Haram” əvvəlkitək Afrikanın ən sıx məskunlaşmış ölkəsində - Nigeriyada təhlükəsizlik üçün ciddi problem olaraq qalmaqdadır.

Xatırladaq ki, “Boko Haram” 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərir. 2009-cu ildən bəri 20 mindən artıq adam bu ekstremist təşkilatın qurbanı olub. “Boko Haram” 2015-ci ildən həmçinin  Kamerun, Çad və Niger kimi qonşu ölkələrə də hücum edir. Çad gölü rayonunda azı 2 min nəfər terrorçuların qurbanı olub. Təkcə Nigeriyada terror hücumları və qarşıdurmalara görə yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

“Boko Haram” Nigeriyanın radikal islam sektasıdır. 2002-ci ildə ölkənin şimalında Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılıb. Əsas məqsədi bütün Nigeriya ərazisində şəriətin tətbiqi və Qərb həyat tərzinin silinməsidir. 2014-cü ilin may ayında adı BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb.

Müsəlmanların Qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini “haram” sayaraq qadağan edən “Boko Haram” Nigeriya dövlətinin imansızlar tərəfindən idarə edildiyini düşünür. Rəsmi adı “Camaatu Əhlis Sünnə Liddəəvəti vəl-Cihad” ərəbcə “Peyğəmbərin təlimini və cihadı təbliğ etməyə əqidəli olanlar” deməkdir. Qruplaşmanın yerləşdiyi ölkənin şimal-şərqində yerləşən Mayduguri şəhərinin sakinləri bu təşkilatı daha qısa adla - “Boko Haram” deyərək çağırırlar. Hausa dilindən bu ad “Qərb təhsili haramdır” kimi tərcümə edilir. Əvvəlcə “boko” saxta mənasını versə də, sonradan “Qərb təhsili” mənasını daşımağa başlayıb.

1903-cü ildə Nigeriya, Niger və Kamerunun cənub hissəsində mövcud olmuş Sokoto xəlifəliyi Britaniya nəzarətinə keçəndən bəzi ərazilərdə müsəlmanlar Qərb təhsilinin yayılmasına müqavimət göstəriblər. Onlar uşaqlarının hökumətin təkidinə baxmayaraq, belə məktəblərə göndərilməsinin əleyhinə çıxıblar. Məhəmməd Yusif 2002-ci ildə Mayduguridə “Boko Haram” qrupunu təsis etdikdən sonra isə müsəlman məktəblərini və məscidlərini əhatə edən dini kompleks yaradıb. Nigeriyadan və qonşu ölkələrdən bir çox yoxsul müsəlman ailələri uşaqlarını belə kompleksə göndəriblər.

Lakin “Boko Haram” təkcə təhsilə müdaxilə etməklə kifayətlənməyib. Bu təşkilatın siyasi məqsədi İslam dövlətinin qurulması olub və nəticədə məktəb cihadçıların səfərbər edilməsi yerinə çevrilib. 2009-cu ildə “Boko Haram” Mayduguridə inzibati binalara, polis məntəqələrinə hücumlar edib. Şəhərin küçələrində atışma nəticəsində yüzlərlə “Boko Haram” tərəfdarı öldürülüb, minlərlə sakin şəhəri tərk edib. Nigeriyanın təhlükəsizlik qüvvələri, nəhayət, qrupun qərargahını ələ keçirib, döyüşçüləri həbs edib, Məhəmməd Yusifi öldürüblər. Onun cəsədi dövlət televiziyası ilə nümayiş olunub və təhlükəsizlik qüvvələri “Boko Haram”ın məhv edildiyini bildirib. Lakin döyüşçülər yeni lider - Əbubəkr Şekaunun rəhbərliyi altında yenidən qruplaşıblar. Ötən il dekabrın 15-də “Boko Haram”  Katsina ştatının Kankara şəhərində 333 məktəblini oğurlayıb.

Qruplaşma eləcə də Nigeriyanın şimal və mərkəzi hissəsində bir sıra qanlı hücumlar həyata keçirib, o cümlədən kilsələr, avtobus dayanacaqları, barlar, hərbi kazarmalar, polis məntəqələri və hətta paytaxt Abucada BMT mənzil-qərargahında terror aktı törədib.

2021-ci ilin may ayında 46 yaşlı Əbubəkr Şekau intihar edib.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!