07 May 2024 13:29
212
DÜNYA
A- A+

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb  

 

Bütün dünya üzrə miqrantların ölkələrinə pul köçürmələri 2000-2022-ci illər üzrə 650 faiz artaraq 831 milyard dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Miqrasiya Təşkilatının Cenevrədə dərc olunan hesabatında deyilir.

“Miqrantların ölkələrinə pul köçürmələri 2000-2022-ci illər üzrə 650 faiz artıb ki, bu da beynəlxalq miqrasiyanın insan inkişafının və iqtisadi artımın hərəkətverici qüvvəsi olduğuna sübutdur”, - deyə məruzədə qeyd olunur.

Vurğulanır ki, pul köçürmələrinin əsas hissəsi - 647 milyard dolları aşağı və orta gəlirli ölkələrdə çalışan miqrantlar tərəfindən edilib. Həmin dövlətlərdə ümumdaxili məhsulun əhəmiyyətli bir hissəsini təşkil edən bu vəsaitlər birbaşa xarici investisiyaları üstələyib.

Hesabat müəlliflərinin qeyd etdiyi kimi, münaqişə, zorakılıq, təbii fəlakətlər və digər səbəblərdən evlərini tərk etmək məcburiyyətində qalan insanların sayı dünya üzrə ən yüksək səviyyəyə yüksələrək 117 milyon nəfərə çatıb. Son hesablamalara görə, hazırda bütün dünyada təxminən 281 milyon miqrant var. Buna baxmayaraq miqrasiyanın əksəriyyəti müntəzəm, təhlükəsiz və regional yönümlüdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video