20 May 2025 16:23
538
CƏMİYYƏT
A- A+
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və iqtisadi cinayətlər şöbəsinin rəhbəri Azərbaycanda işgüzar səfərdədir  

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və iqtisadi cinayətlər şöbəsinin rəhbəri Azərbaycanda işgüzar səfərdədir  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq edir və bir çox qlobal və regional təşəbbüslərdə fəal iştirak edir. Eyni zamanda, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə tərəfdaş qurumlarla birgə kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə mayın 19-23-də Bakı şəhərində sözügedən beynəlxalq təşkilatın altıncı plenar iclası və İdarəetmə komitəsinin onuncu görüşü baş tutur.

Tədbir çərçivəsində beynəlxalq təşkilatlar və xarici dövlətlərin nümayəndə heyətləri ilə bir sıra görüşlər təşkil olunub.

Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri xanım Bricit Strobel-Şou ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkələr arasında əməkdaşlığın inkişafı və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məsələləri müzakirə olunub.

Baş prokuror Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin martın 2-də BMT-nin üzvü olduğunu qeyd edib. O, həmçinin Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan ilə BMT arasında möhkəm tərəfdaşlığın əsasının qoyulduğunu vurğulayıb.

Kamran Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahəsindəki təşəbbüslərini yüksək qiymətləndirib. O, Azərbaycanın bu sahədəki müsbət təcrübəsini və BMT ilə əməkdaşlıqda əldə edilən uğurları diqqətə çatdırıb.

Bundan əlavə, Baş prokuror Kamran Əliyev 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizin beynəlxalq müstəvidə mədəniyyətlərarası dialoq və iqlim dəyişikliklərinə dair fəal iştirakını və sadiqliyini nümayiş etdirdiyini qeyd edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri xanım Bricit Strobel-Şou Azərbaycan ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, Azərbaycanın beynəlxalq hüquqi əməkdaşlıq sahəsindəki töhfələrini yüksək qiymətləndirib.

Nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!