07 Oktyabr 2020 02:20
2865
SİYASƏT
A- A+
Biz gəlirik, Qarabağ!

Biz gəlirik, Qarabağ!


İllərin həsrətini, könüllərin nisgilini daşlara çırpıb gəlirik, Qarabağ! Ali Baş Komandanın "İrəli” əmri milyonların ürəyində əks-səda verib, bütün türk dünyasında qeyri-adi bir rezonans yaradıb. Qoy başı dumanlı Şuşa dağlarından buludlar çəkilsin, Laçının, Kəlbəcərin, Ağdamın, Qubadlının, Cəbrayılın, Zəngilanın, Xocalının eynəsi açılsın, üzü gülsün.

Otuz ilin həsrətinə son qoyub gəlirik, Qarabağ! Canımızı, qanımızı fəda edib sənə qovuşmaq eşqindəyik. Bu ilahi eşqin mayası vətən sevgisidi. Vətəni sevməyən insan olmaz... Bu gün səngərdəki əsgərlərimizin atdığı güllələri "Vətən” adlı bir nəğmənin döyüşən misralarına bənzədirik. Bu gün şəhid anası göz yaşlarını silib "Oğulları vətən üçün böyütmüşük, təki Vətən var olsun” deyir. Bu gün bağça uşaqları da körpə barmaqlarını büküb yumruqlarını qaldırıb "Qarabağ bizimdir!” söyləyirlər. Bu gün arxa cəbhədə - neft buruqlarında, fabrik və zavodlarda çalışanlar da, pambıq tarlasında, taxıl zəmisində zəhmət çəkən, tər axıdan ata-analar, bacı-qardaşlar da qazandıqları uğurları Qarabağa həsr edir. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” çağırışını ümumxalq hərəkatına çevirirlər.

Bu gün cəbhədən şad xəbərlər gəlir. Azərbaycan əsgərinin şücaəti, uğurlu döyüş əməliyyatları ürəklərimizdə illərdən bəri qaysaq bağlamış yaralara məlhəm olur. Şuşada yallı gedən, Murov yüksəkliyindəki istehkamdan Azərbaycan ərazilərini qalib kimi seyr edən, bu torpağın gerçək sahibləri qarşısında şərtlər qoyan ermənilər indi hərbi texnikaları döyüş meydanında qoyub qaçır, gizlənməyə yer axtarırlar. Bax, budur Azərbaycan əsgərinin gücü, qüdrəti!

İndi Paşinyanın zəng vurmadığı, dil çıxarıb yalvarmadığı dövlət, nüfuzlu beynəlxalq təşkilat qalmayıb. Erməni yalanı üçün bəzi beynəlxalq qurumlar bəyanatlar qəbul edir, tərəfləri atəşi dayandırmağa, münaqişəni danışıqlar masasında həll etməyə çağırırlar. Soruşmağa haqqımız çatır ki, sülhpərvər cənablar, bəs 30 ildən bəri səsiniz niyə çıxmırdı? Erməni faşistləri Xocalıda körpə uşaqları, ixtiyar qocaları qətlə yetirib soyqırımı törədəndə, kəndlərimizi, şəhərlərimizi, tarixi abidələrimizi, mədəniyyət abidələlərimizi xaraba qoyanda, bir milyon insan doğma ev-eşiyindən perik düşüb qaçqın və məcburi köçkünə çevriləndə siz harada idiniz? Hansı restoranda "Ararat” konyakı vura-vura erməni cəlladlarının törətdiyi əməllərə sağlıq deyirdiniz?

Yetər! Daha keçməz! İndi o zaman deyil! Bu gün bütün Azərbaycan xalqının canından artıq sevdiyi, ətrafında sıx birləşdiyi Ali Baş Komandan İlham Əliyevin sülh üçün yalnız sadə bir şərti var: Ermənistanın silahlı qüvvələri Qarabağdan, bütün Azərbaycan ərazilərindən tamamilə çıxmalıdır. BMT də, ATƏT də, digər beynəlxalq təşkilatlar da niyə bu sadə həqiqəti görməzdən gəlirlər? Axı Azərbaycan əsgəri başqa bir dövlətin yox, öz vətənində öz ərazilərini işğaldan azad etmək üçün döyüşür. Qoy sülh yaratmaq istəyənlər zəhmət çəkib işğalçıya desinlər ki, sənin başqa dövlətin ərazisində nə işin var, sənin apardığın müharibənin məqsədi nədir? Qoy erməni havasına oynayan "sülhməramlı” təşkilatlar boş vədlərlə, yalan sözlərlə, imitasiya xarakterli sülh danışıqları ilə daha bir 30 ilimizi oğurlamasınlar.

Beynəlxalq təzyiqlərə, güclənən təsirlərə müdrik diplomatiya bacarığı ilə cavab verən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin polad iradəsi bu gün Azərbaycan Ordusunun gücünə güc qatır, xalqın Qələbə uğrunda sarsılmaz vəhdətinə güclü stimul yaradır. Xalqda və orduda döyüş ruhunu indiyədək olmayan ən yüksək səviyyəyə qaldırır.

Ordumuz doğma yurdu işğaldan azad etmək, üçrəngli müqqədəs bayrağımızı Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə... dalğalandırmaq üçün başladığı yürüşünü inamla davam etdirir. Bu müqqədəs savaşda verdiyimiz itkilərə təəssüflənsək də, sarsılmırıq. Bilirik ki, müharibə qansız-qadasız olmur.

Biz gəlirik, Qarabağ! Bağışla bizi, günahlarımızı yumağa gəlirik. Düşməndən intiqam almağa, sənin yaralarına məlhəm olmağa gəlirik. Susuzluqdan dodaqları çat-çat olan bir təşnənin çağlayan dupduru bir bulağa qovuşmaq sevinci gözləyir bizi. Mərd oğullarımızın, qəhrəman Azərbaycan əsgərinin qazanacağı QƏLƏBƏNİ səbirsizliklə və həm də böyük ümidlə gözləyirik.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!