02 Fevral 2022 00:41
1442
CƏMİYYƏT
A- A+
Bir ildə 10 təlim, 5 layihə, 3 görüş

Bir ildə 10 təlim, 5 layihə, 3 görüş

 

Azərbaycan Könüllülər İctimai Birliyinin gəncləri tükənməz enerjiləri, çalışqan ruhları ilə yüksək uğurlara doğru addımlayırlar

 

Bu gün dövlətin güvənc yeri, uğurlu gələcəyin təminatıçısı olan gənclərin günüdür. 25 ildir ki, hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla bu gün müasir, vətənpərvər və kreativ Azərbaycan gəncliyinin iftixar gününə çevrildi.   

Son illərdə Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Ölkədə mövcud olan 300-dən artıq gənclər təşkilatlarında çalışan yeni nəslin nümayəndələri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, yetişməkdə olan yeniyetmələrin vətənpərvərlik ruhunun daha da artırılması, gənclərin öz hüquqlarını dərindən mənimsəməsi və digər xoşməramlı missiyaların reallaşdırılması prosesində fəal iştirak edirlər. 

Belə təşkilatlardan biri də Azərbaycan Könüllülər İctimai Birliyidir (AKİB). 22 il əvvəl bir neçə universitet tələbəsinin könüllü təşəbbüsü ilə yaradılan AKİB hər il çox maraqlı və əhəmiyyətli layihələr reallaşdırır. Elə bu məqsədlə də AKİB-in ötənilki fəaliyyəti və gələcək planları ilə tanış olmaq üçün təşkilatın prezidenti İmaməddin Quliyevlə müsahib olduq.   

- Təşkilatın fəaliyyətinə, həyata keçirdiyi layihələrə nəzər yetirdikdə böyük və maraqlı proqramların reallaşdırıldığına şahidlik edirik. Bəs ötən il, yəni qlobal böhranla mübarizənin davam etdiyi dövrdə hansı layihələri gerçəkləşdirə bildiniz?

- Öncə onu deyim ki, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Azərbaycan gəncliyi qürurlu illərini yaşayır. Çünki tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövlətinin gəncləri bu uğurları, qələbələri görür və bununla fəxr edir. Bütün bunlar həm də gənclərin daha böyük həvəslə çalışmalarına böyük stimul verir. Ölkəmizdə qeydiyyatdan keçmiş 300-dən artıq gənclər təşkilatının mövcudluğu da dövlətin gənclərə göstərdiyi diqqətin bariz təcəssümüdür. 

Gənclər təşkilatlarının formalaşması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, vətəndaş cəmiyyətinin qurulmasında gənclərin iştirakını şərtləndirən əsas amillərdən biridir. Gənclər müxtəlif təşkilatlarda birləşərək öz imkan və bacarıqlarını konkret istiqamətlər üzrə səfərbər etməklə həm öz kimliyini axtarıb tapır, həm də vətəndaş cəmiyyətinin fəal iştirakçısı olurlar.

2021-ci ili, ümumilikdə, Azərbaycan Könüllülər İctimai Birliyi üçün uğurlu hesab etmək olar. Ətrafına 2000 gənci toplayan təşkilatımız ötən il ərzində 10 təlim, 5 layihə, 3 görüş, onlayn musiqi yarışması, musiqili klip çəkilişi və klip təqdimatı keçirib. 4 regionu əhatə edən layihələr çərçivəsində 4 dövlət, 4 biznes qurumları və 2 beynəlxalq təşkilatla əməkdaşlıq etmişik. Bu layihələrimizdən birbaşa faydalanan gənclərin sayı isə 500 nəfərdən artıq olub.

Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən 2018-ci ildən bəri 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Golden Kids Awards” müsabiqəsi təşkil edilir. Yeri gəlmişkən, bu, yeganə ən böyük uşaq mükafatlandırma mərasimidir. COVID-19 pandemiyası səbəbindən hər il olduğu kimi, 2021-ci ildə də keçirilməli olan mərasim baş tutmadı. Buna baxmayaraq, təşkilat komitəsi ilə istedadlı balaları yenə də bir araya yığaraq “Yutub” kanalı vasitəsilə onlayn konsert proqramını ərsəyə gətirdik.

- Vətən müharibəsindəki böyük Zəfərimiz münasibətilə hansısa layihə həyata keçirdinizmi?

- “Azərbaycan Könüllülər” İctimai Birliyi bu təşəbbüsdən yan keçə bilməzdi. Çünki şanlı Zəfərimiz gənclərimizdə böyük ruh yüksəkliyi yaradaraq onları daha həvəslə, ürəklə çalışmağa sövq etdi. Gənclər tərəfindən arxa cəbhədə Azərbaycan həqiqətlərinin dünyaya yayılması, informasiya müharibəsi istiqamətində təqdirəlayiq işlər görüldü. 

2021-ci ilin noyabr-dekabr ayları ərzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və AKİB-in təşkilatçılığı ilə “Könüllülərin Zəfəri” layihəsini həyata keçirdik. Layihə çərçivəsində Vətən müharibəsi iştirakçılarının, hərbi ekspertlərin və Azərbaycanı xarici təşkilatlarda təmsil edən nümayəndələrin gənc könüllülərlə görüşləri təşkil edildi. Layihənin icrasının başlıca məqsədi gənclərin könüllülük hərəkatına maraqlarını daha da artırmaqdan, milli vətənpərvərlik və Vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrdə fəal iştiraklarını təmin etməkdən ibarət idi. Dekabrın 6-da “Cinema Plus”da bu layihə çərçivəsində “Könüllülərin Zəfəri” klipinin təqdimatı da oldu. Təqdimat mərasimində 100-dən artıq gənc iştirak etdi. Klip 44 günlük Vətən müharibəsində iştirak edən könüllü gənclərin fəaliyyətinə və “5 Dekabr - Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuşdu. Klipdə əsas mesaj könüllü olmaq, könüllülərin iştirakı ilə tarixin qızıl hərflərlə yazıldığı anının qısa musiqili parça şəklində gənclərə aşılanması idi. Həmçinin klipdə könüllülərin vətənə və dövlətə sevgi ilə xidmətindən də bəhs edilirdi.

- Bu il olduğu kimi, ötən ildə də qlobal pandemiya səbəbindən beynəlxalq səviyyədə tədbirlərin keçirilməsi azlıq təşkil etdi. Bəs AKİB-in bu istiqamətdə hər hansısa layihəsi baş tutdumu?

- Qlobal böhran dünyanın əksər ölkələrində tədbirlərin, yarışların, layihələrin təxirə salınmasına səbəb oldu. Amma buna baxmayaraq ictimai birliyimiz bir neçə layihədə iştirak etdi.

Ötən ilin 12-18 avqust tarixlərində Gürcüstanın Kobuleti şəhərində Avropa İttifaqının maliyyə dəstəyi, “Europea Polska” təşkilatının təşkilatçılığı ilə Erasmus+ proqramı çərçivəsində “Analyze-act-attract-achieve: Sustainable Development Goals in youth work” adlı layihədə iştirak etdik. Layihənin əsas qayəsi gənclərə Davamlı İnkişaf Məqsədlərinin tətbiqində bilik və bacarıqlar vermək, sağlam həyat tərzi və rifahı təbliğ etmək üçün müxtəlif vasitələrdən istifadə etmə bacarıqlarını aşılamaq, iqlim dəyişikliyi fenomenini araşdırmaq, ətraf mühitlə bağlı daha az imkanları olan gənclərlə işləmək bacarıqlarını inkişaf etdirmək, Aİ proqramı və tərəfdaş ölkələri ilə gənclərlə iş sahəsində qeyri-rəsmi təhsil və əməkdaşlığı inkişaf etdirmək idi.

Yeddi günlük təlim zamanı nəzəri təqdimatlar, interaktiv seminarlar, müzakirələr, yerli gənclərlə görüş keçirildi və gənclərlə iş haqqında uğurlu hekayələrin paylaşılması, müxtəlif ölkələrdən gələnlərin təcrübələri, daha az imkanları olan insanları cəlb etməyin praktik üsulları bölüşüldü.

- Hazırda icra edilən layihələriniz varmı və bunlar hansı istiqaməti əhatə edir?

- Hazırda bir layihəmizin icrası davam etməkdədir. Bu, demək olar ki, ən böyük layihələrimizdən biridir. 2021-ci ilin avqust ayından başlayıb, 2022-ci ilin may ayına kimi davam edəcək layihə “Pellet məhsulları ilə Azərbaycanın orta məktəblərinin isidilməsi” ilə bağlıdır. Layihə bp və tərəfdaşlarının dəstəyi ilə icra edilir.

Bu layihədə Azərbaycanda təbii qaz və ya digər alternativ istilik sistemləri ilə təchiz olunmamış məktəblərin pellet yanacağı vasitəsilə qızdırılması nəzərdə tutulur. Pellet yanacağı ağac və taxta tullantılarının təkrar emalı nəticəsində əldə olunan ekoloji cəhətdən təmiz, “təbiət dostu” olan enerji mənbəyidir.

Artıq Tovuz və Ağstafa rayonlarında seçilmiş 5 orta məktəbin 6 korpusunda pellet yanacağı ilə işləyən isitmə sistemi quraşdırılıb və bu qış mövsümündə məktəblərin istifadəsinə verilib.

- Yəqin ki, bu il uçün planlaşdırdığınız digər layihələr də var. Sirr deyilsə, AKİB-in 2022-ci ildə həyata keçirəcəyi layihələr barədə məlumat verə bilərmisinizmi?

- Nəzərdə tutduğumuz yeni layihələr maraqlı sahələri əhatə edir. Onların əksəriyyəti maarifləndirici layihələrdir. Ümumiyyətlə, davamlı olaraq keçirdiyimiz maarifləndirici layihələrdə gənclərin ekoloji problemlər, onların aradan qaldırılması yolları və bu istiqamətdə həyata keçirilən dövlət proqramlarından xəbərsiz olduğunu müşahidə edirik. Bu amilləri nəzərə alaraq və bu istiqamətdə könüllülük fəaliyyətini artırmaq məqsədilə il ərzində 200 nəfərdən çox gəncin iştirakı nəzərdə tutulan 2 ekoloji layihənin keçirilməsini planlaşdırırıq.

Fevral-may ayları ərzində insan və ətraf mühitin mühafizəsini təmin etmək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin köməyi ilə “Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu” adlı forum və ekoloji təmizlik aksiyası təşkil olunacaq. Bu, 100-ə yaxın gəncin iştirakı ilə ərsəyə gətiriləcək.

Forum plastik torba ehtiyatları ilə nə edilməli olduğunu, yalnız bir dəfə istifadə olunan plastik torbalara parça, həsir, kətandan hazırlana biləcək alternativləri və turizmin ətraf mühitə təsirini müzakirə etmək üçün hökumət və maraqlı tərəflərin iştirak edəcəyi platforma yaradacaq. Burada iştirakçılar fikir mübadiləsi apara, oxşar təcrübəyə malik tərəfdaşlar öz bilgilərini paylaşa biləcəklər. Plastik torbadan istifadə qadağalarının əhəmiyyəti barədə ictimaiyyət, o cümlədən gənclər daha yaxşı maariflənəcəklər.

Digər layihəmiz isə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında könüllülərin iştirakı ilə sahilyanı təmizlik işlərinin aparılması kampaniyasıdır. Şübhəsiz ki, tədbir zamanı pandemiya ilə bağlı sosial izolyasiya qaydalarına riayət olunacaq. Kampaniyanın məqsədi ölkədə, xüsusilə paytaxtda ekoloji problemlərin həllində dövlətə ictimai dəstək verməkdir. BMT-in “Ətraf mühit” proqramı modelinin Azərbaycan ərazisinə tətbiq etməklə qısa zaman ərzində müsbət dəyişikliklər üçün ciddi addımlar atılması və əhalinin ekoloji savadlılığının yüksəldilməsi nəzərdə tutulur.

Bundan əlavə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 20 iyun - 20 sentyabr tarixləri arasında “Yaşıl könüllülər” layihəsini icra edəcəyik. Təqdim etdiyimiz bu layihə BMT tərəfindən dayanıqlı inkişaf sahəsində müəyyən edilmiş 17 məqsəddən - 12-ci “Dayanıqlı İstehlak və İstehsal” və 13-cü “İqlim dəyişikliyi” məqsədlərinə uyğundur.

Layihənin həyata keçirilməsində başlıca məqsəd gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdır. Ümumilikdə, maarifləndirmədə əsas praktiki istiqamətlər ekoloji aksiyalar keçirməkdən və sosial çarxlar hazırlamaqdan ibarətdir.

Göründüyü kimi, “Azərbaycan Könüllülər” İctimai Birliyi davamlı şəkildə gənclər arasında maarifləndirici layihələr gerçəkləşdirməkdədir. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın uğurlu gələcəyinin təminatçıları olan gəncliyimizin müasir düşüncəli və sağlam ruhda inkişafı üçün atılan addımların tərkib hissəsidir.

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!