24 Avqust 2019 00:37
749
İQTİSADİYYAT
A- A+
Bir bağbanın hekayəsi

Bir bağbanın hekayəsi


"Mən həmişə əlimin qabarına və bir də dövlətimə güvənmişəm”


"Bağa baxsan bağ, baxmasan dağ olar” deyib atalar. Amma Qubanın Çərtəpə kəndindən olan Rəşid baxdığı bağı dağdan da əzəmətli bilir, ona həmişə həyan durduğunu deyir: "Dara düşdüm, əlimdən gilas bağı tutdu, meyvəsi, bəhəri ilə köməyə gəldi”. Ola bilər ki, kiməsə Rəşidin beş-on ağac haqqında dediyi qədərindən artıq görünsün. Amma onun hekayətinə qulaq asanda ixtiyarsız razılaşırsan ki, adam heç nəyi şişirtmir, hamısını olduğu kimi danışır.

"Dərd də gələndə azar kimi, batmanla gəlir”. "Qətl günü” romanı belə başlayır. Rəşidin də üstünə bu ilin əvvəlindən çətinliklər ardı-arası kəsilmədən qoşun kimi yeridi. Əvvəl uşağı əsgər getdi. Ərköyün idi oğlu, ona görə tab gətirmədi, xəstələndi, bir xeyli hospitallarda müalicə aldı. Müalicə pulsuz idi, həkimlər də, adamın başının üstündə Allah var, gərək olanı deyəsən, uşağa yaxşı baxırdılar. Amma ölkənin bir başından durub o biri başına əsgər yanına bir neçə dəfə getmək heç də havayı başa gəlmir. Birincisi, tək getmirsən, ikincisi, uşağa mütləq evdən sovqat aparmalısan. Sözün qısası, nəticədə əlinə gələn yollara sovrulur.

Ondan əvvəlki ildə isə yoldaşı xəstələnmişdi, ödünü götürmüşdülər. Bu da bir xərc idi və yerini hələ doldurmamışdı. Həyat yoldaşı sağaldı, uşaq da dirçəldi, amma tərslikdən öz səhhətində problemlər yarandı, böyrəkləri sözə qulaq asmadı. Analizlər, yoxlamalar, ilkin müalicələr xeyli pul apardı, amma faydası olmadı.

Yaxşı mütəxəssisə müraciət etmək üçün Bakıya getmək lazım gəldi. Məlum oldu ki, daş var və bu daş da böyrəyin fəaliyyətini heçə salıb. Ya daş parçalanmalı, ya da böyrək götürülməlidir. Hər iki halda cərrahiyyə əməliyyatı qaçılmazdır.

Rəşid danışır ki, vallah, bu xəstəliklər bir yana, mənə ən çətin gələn iş toyları yola vermək idi:

- Lap dirəndik, ailə büdcəsi nə qədər böyük olsa da, rezin deyil ki, dartıb istədiyin qədər uzadasan. Bu ağırlığa tab gətirmək mümkün olmadı. Xırda-xırda dost-tanışdan, qohum-əqrabadan yığdığım borclar da qalaqlanıb şişdi, çıxdı kəllə-çarxa.

Kişi dara düşəndə birinci özünə güvənməlidir. Rəşid tövrünü pozmadan sonrasını danışdı: "Mənim də atamdan miras qalan bir hektar pay torpağım var. Yarısında alma bağı salmışam, yarısına da gilas əkmişəm. Almadan elə də qazanc qalmır, elə bil bağ səni özünə nökər tutur. Gilas isə sərfəli meyvədir. Qulluğu çətin olsa da, almadan daha çox nəvaziş istəsə də, qazancı babat olur. Mən də ona ümid edirdim ki, bu il meyvə bol olacaq, gilas üzümü ağardacaq, vəziyyəti yoluna qoya biləcəyəm”.

Amma hələ tez imiş... İnsan dara düşəndə ya kimsə əlindən tutur, ya da nəyəsə ümid bəsləyir. Kişi adətən özünə, əlinin qabarına güvənər. Rəşidin də güvənc yeri əlinin qabarı və atasından miras qalan iki bağ idi. Əkib-becərmişdi, nazını çəkmişdi, yaxşı, pis bəhəri vardı. Amma dərd gələndə ara verməz ki...

Gilaslar çiçəkləyəndə qəfildən soyuqlar düşdü, bu da bağı bir xeyli bəhərdən saldı. Sonra güclü külək əsdi, bu da ikinci zərbə oldu. Rəşid bütün bağ sahibləri kimi, ağaclardan əl çəkmədi, cərrahiyyə əməliyyatında əvvəl böyrəyinə kateter qoymuşdular ki, kreatin aşağı düşsün, başqa cür cərrahiyyə əməliyyatına getmək mümkün deyildi: "Həkimlər tapşırmışdı ki, iş görməyim, sərt hərəkətlər etməyim, amma başqa yol da yox idi. Bağ ümid yerim idi, elə bilirdim ağaclar məni çağırırlar ki, gəl suyumuzu, dərmanımızı ver. Köhnə maşına əl gəzdirib ayağa qaldırdım, hər gün oturub gedirdim bağa, daş yol da adamı elə silkələyirdi ki, dəymişim qalıb kalım tökülürdü. Amma dözdüm, bağı qaldırdım”.

Sən saydığını say, gör fələk nə sayır. Rəşid cərrahiyyə əməliyyatına Bakıya gələndə artıq bir ətək borcu yığılmışdı. Əlində qalan qəpik-quruşu da pul saymaq olmazdı. Çiçəyinin bir qismi soyuqdan, küləkdən tökülən bağ da nə məhsul verəcəkdisə, məlum deyildi.

31 il əvvəl oxuduğu fizika-riyaziyyat təmayüllü 1 nömrəli orta internat məktəbindən keçmiş sinif yoldaşları biləndə ki, Rəşid Bakıdadır, ona baş çəkdilər. Uzun illər bir-birindən xəbərsiz qalmışdılar. Yalnız internet ayaq tutub yeriyəndən sonra tapışmışdılar, artıq 4-5 il idi ki, hər yay görüşürdülər. Qalan vaxtları da əlaqəni kəsmirdilər, zəngləşirdilər, imkan olanda bir-birinin evinə qonaq gedirdilər. Yəni bir-birindən xəbərləri vardı. Güclü riyaziyyatçı olduqları üçün dolanışıqları da pis deyildi. Aralarında elələri var ki, öz biznesini qurub, bəziləri də Rusiyada iş sahibidirlər. Sosial şəbəkədə özlərinə qrup yaratmışdılar.

Rəşid xəstəxanaya girməmiş bu qrup artıq cərrahiyyə əməliyyatının xərcini ödəmişdilər. Amma Rəşidin bundan xəbəri yox idi. O, beynində plan cızırdı ki, Allah qoysa, bağının meyvəsini dərəcək, kimə borcu varsa, gilas mövsümündə qaytaracaq.

Əməliyyata bir gün qalmış sinif yoldaşları yığışıb Rəşidi qonaq aparırlar. Ha dirənir ki, qardaş, gəzə bilmirəm, böyrəyimdə kateter var, qonaqlıqda oturası halım yoxdur, uşaqlar əl çəkmirlər. Süfrə açırlar, məclis qururlar, ona da deyirlər ki, ürəyini sıxma, cərrahiyyə əməliyyatının pulu ödənib. O, cavab verəndə ki, borclu qalmaram, bağım meyvə verəcək, pulunuzu qaytaracağam, əsəbiləşiblər ki, üzünə belə baxmarıq, salam vermərik.

O, xəstəxanada əməliyyat olunanda Qubada yer-göy bir də yerindən oynadı, elə dolu yağdı ki, gəl görəsən. Bütün rayonda dolu düşən bağların hamısına, o cümlədən Rəşidinkinə əməlli-başlı ziyan dəydi. Lakin kənddən gəlib onu yoluxanlar Rəşidə bunu demədilər. Xəstəxanadan çıxıb rayona gələn Rəşid bir neçə gün sonra güc-bəla ilə maşına oturub, bağa baş çəkəndə gördü ki, əvvəlki gilasın yarısı da qalmayıb.

Heç nə demədi, amma yenə tez-tez bağına baş çəkdi, ağacları vaxtlı-vaxtında suvardı, gübrəsini, dərmanlarını verdi. Düzdür, meyvəsi az oldu, amma bazarda qiymət elə yuxarı oldu ki, əlinə ağlına gəlməyən pul gəldi və irili-xırdalı borclarının hamısını qaytardı. Bir sinif yoldaşlarından savayı. Onlara gedib desəydi ki, pulunuzu gətirmişəm, aləm qarışacaqdı.

Rəşid deyir ki, Tanrı dostlarını qorusun, amma insanın öz əli ilə qazandığı ruzidən şirin heç nə yoxdur:

- O bağı salanda alma əkmək istəyirdim, amma dostlarımdan biri gəlib "gilas qələmləri var, almaq istəmirdim, amma məcbur etdilər, almasan quruyacaqlar, hayıfdır, elə-belə götür ək” dedi. Onlara heyifsilənib əkmişdim, elə bil yiyələri yox idi, yetim idilər. Əkdim, sanki o ağaclara həyat verdim, indi onlar da elə bil əvəzini qaytarırlar.

Sonra da sözünə davam etdi: "Mənim üçün ən çətini yol idi, canım ağrıyırdı, ancaq bağdan da əl götürə bilmirdim. Bir şad xəbər də deyim, kəndimizə asfalt yol çəkməyə başlayıblar. İndi qızğın iş gedir. Bir neçə aya yəqin ki, yollar şüşə kimi olacaq. Çətin ağlım kəsir ki, buna mənim qədər kimsə sevinsin. Axı o yolda mənim qədər ağrıyan ikinci adam kəndimizdə yoxdur. İndi rayon mərkəzinə gedən yol da xeyli qısalıb, meyvə də daşınanda silkələnib zay olmayacaq. Mən həmişə əlimin qabarına güvənmişəm, amma çətin gündə bir dostlarım, bir də dövlətim dayaq olub”.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!