11 Oktyabr 2025 09:10
16434
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- On il əvvəl birinə zamin olmuşdum. Həmin şəxs kreditlə maşın almışdı, amma ödəyə bilmədiyi üçün icra işi açıldı və üzərimə öhdəlik qoyuldu. İndiyə qədər bu məsələ bitməyib və yenə rayon icra şöbəsinə çağırılmışam. Getməsəm, məcburi gətirmə tədbiri görüləcəyi barədə bildiriş almışam. Bu icra işindən birdəfəlik necə qurtula bilərəm?


Süleyman MƏMMƏDOV,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, mülki və icra haqqında qanunvericiliyin tələbinə əsasən, icra işindən birdəfəlik qurtulmaq üçün əsas yollar:

* borcun tam ödənilməsi,

* zaminlik müddətinin bitməsi və kreditorun iddia müddətini keçirməsi,

* yaxud icra sənədinin ləğvi üçün məhkəməyə müraciət etməkdir.


Zaminlik müqaviləsinin müddətini və şərtlərini dəqiqləşdirin, əgər müddət bitibsə və kreditor iddia irəli sürməyibsə, zaminliyə xitam verilməsi barədə məhkəməyə müraciət edə bilərsiniz. Əks halda, borc ödənilməyənədək icra tədbirləri, o cümlədən məcburi gətirmə və inzibati məsuliyyət tətbiq oluna bilər.


- Yetkinlik yaşına çatmayan şəxs hansı hallarda mülki müqavilə bağlaya bilər və bunun üçün hansı qanuni prosedurlar mövcuddur?


Nazilə VƏLİXANLI,

Qəbələ rayonu


- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs dedikdə bir qayda olaraq 18 yaşı tamam olmamış şəxslər başa düşülür və qanunvericilik belə şəxsləri bir neçə kateqoriyalara bölür:


* 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar (azyaşlılar):

* yalnız xırda məişət əqdləri, 

* əvəzsiz fayda götürməyə yönəlmiş  və notariat təsdiqi və ya dövlət qeydiyyatı tələb olunmayan əqdləri, 

* habelə qanuni nümayəndənin verdiyi vəsaitlə bağlı əqdləri  müstəqil bağlaya bilərlər. 

Digər bütün əqdləri yalnız valideynləri, övladlığa götürənləri və ya qəyyumları onların adından bağlaya bilər və ya sonradan onların tərəfindən bəyənildikdə etibarlıdır. 


* 14-18 yaş arası yetkinlik yaşına çatmayanlar:

* valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə müqavilə bağlaya bilərlər; 

* yalnız öz qazancı, təqaüdü və digər gəlirləri,

* eləcə də xırda məişət əqdləri üzrə müstəqil sərəncam vermək hüquqları var. 


Notariat qaydasında müqavilə bağlanarkən, yetkinlik yaşına çatmayanın yaşı və müqaviləni onun adından bağlayan şəxsin səlahiyyəti təsdiqlənməli, razılıq notarius tərəfindən qeydiyyata alınmalı və müqavilə imzalanmalıdır. Əks halda müqavilə etibarsız sayılacaqdır.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb

19:17
18 May

Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb

19:15
18 May

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

19:14
18 May

Deryageldi Orazov: Bu gün şəhərlər sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas mərkəzləridir  

19:13
18 May

Kənd təsərrüfatı naziri Qarabağda təsərrüfatlara baş çəkib, fermerin müraciətlərini dinləyib

19:12
18 May

İoane Navaikula: Biz WUF13-də əldə etdiyimiz pozitiv təcrübələri öz ölkələrimizdə tətbiq etməliyik

19:11
18 May

  ABB-nin yeni sövdələşməsi “Davr-Bank”ın reytinqinə təsir edəcək

19:11
18 May

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq

19:10
18 May

Dünya mediası Bakıda keçirilən WUF13-ü diqqət mərkəzində saxlamaqda davam edir 

19:09
18 May

Ukrayna Baş nazirinin müavini: WUF13 müzakirələrinin Bakıda aparılması bizim üçün önəmlidir

19:08
18 May

Gürcüstanın Baş naziri: Dünya Şəhərsalma Forumunun Bakıda keçirilən sessiyası vacib platformadır

19:07
18 May

Bankların “Blumberq” sistemində əməliyyat həcmi 3 dəfədən çox artıb

18:57
18 May

Dövlət satınalmalarında rəqəmsal müqavilə prosesi

18:43
18 May

Azərbaycanın xarici ticarət dövriyyəsi 17,4 milyard dolları ötüb

18:32
18 May

Azərbaycana 4 ayda 21 mindən çox avtomobil idxal olunub

18:21
18 May

Zimbabvenin Vitse-prezidenti: Gözəl və tarixi Bakı şəhərində səmimiyyətlə qarşılanmışıq

18:18
18 May

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib Prezident İlham Əliyev çıxış edib YENİLƏNİB

18:17
18 May

Sürprizlər, etirazlar və boykotlarla yadda qalan “Eurovison – 2026”  

18:14
18 May

Azərbaycandan Ermənistana ixrac 9,6 milyon dolları ötüb

18:06
18 May

Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil naziri: Azərbaycanın şəhərsalma sahəsindəki inkişafını yüksək qiymətləndiririk

18:02
18 May

“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı uğurla icra edilib

18:02
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!