10 Avqust 2025 09:05
24308
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- İş yoldaşıma bankda zamin durmuşam. Hazırda özüm kredit götürmək istəyirəm, lakin banka müraciət etdikdə dedilər ki, zamin olduğum üçün mənə kredit verilə bilməz. Bilmək istəyirəm, bu, qanunidirmi?


Mədinə OSMANLI,

Bakı şəhəri


- Bəli, bu qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (470-477-ci maddələr) əsasən, zaminlik - öhdəliklərin yerinə yetirilməsinə təminat üsuludur. Əgər siz başqa bir şəxsin kredit borcu üzrə bank qarşısında zamin durmusunuzsa, əsas borcalan öhdəliklərini yerinə yetirmədikdə siz həmin borcun ödənilməsinə görə məsuliyyət daşıyırsınız.

Qanunvericilik birbaşa olaraq zamin olan şəxslərə kredit verilməsini qadağan etmir, lakin banklar potensial müştərinin kredit qabiliyyətini qiymətləndirmək hüququna malikdirlər. Bu mənada zaminlik də iş yoldaşınızın kredit götürdüyü bank qarşısında sizin eyni həcmdə maliyyə öhdəliyinizi yaradır və siz özünüz kredit götürmək istədikdə bank sizin ümumi borc yükünüzü nəzərə alaraq qərar vermək hüququna sahibdir. Zaminlik maliyyə risklərinizi artırdığı üçün bank hesab edə bilər ki, sizə əlavə kredit vermək məqsədəuyğun deyil. Bu isə bankın daxili kredit siyasətinə əsaslanır və qanunun pozulması hesab olunmur.

Beləliklə, bankın sizə zamin olduğunuz üçün kredit verməməsi Azərbaycan Respublikasının qanunvericiliyinə zidd deyil və bu, bankın riskləri qiymətləndirmə hüququ çərçivəsində qəbul etdiyi qərar olaraq qiymətləndirilməlidir.


- Telefonla aldadılıb pul göndərmişəm. Bu halda hüquqlarımı qorumaq üçün hara müraciət edə bilərəm və hansı hüquqi prosedurlar mövcuddur?


Sevinc ƏLİYEVA,

Buzovna qəsəbəsi


-  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, əgər siz telefonla aldanaraq pul göndərmisinizsə, bu hal dələduzluq əlamətləri daşıyır və həmin məcəllənin 178-ci maddəsinə əsasən, cinayət məsuliyyəti yaradır. Bu halda hüquqlarınızı qorumaq üçün aşağıdakı addımları atmalısınız: dərhal Daxili İşlər Nazirliyinə (DİN) və ya yaşadığınız ərazinin polis şöbəsinə müraciət edin. Müraciət yazılı formada olmalı və faktları, göndərilən məbləği, tarixləri, göndərilən şəxs və ya hesab haqqında məlumatları əks etdirməlidir. O cümlədən elektron qaydada da müraciət edə bilərsiniz - DİN-in rəsmi internet səhifəsində (www.mia.gov.az) və ya "102" qaynar xəttinə zəng edərək məlumat verə bilərsiniz. Əgər ödəniş bank vasitəsilə həyata keçirilibsə, bankınıza da dərhal məlumat verin və ödənişin ləğv olunması və ya izinin sürülməsi üçün müraciət edin. Polis orqanı faktı araşdıraraq cinayət işinin başlanmasına dair qərar qəbul edə bilər. Bu halda sizi zərərçəkmiş şəxs kimi tanınacaqsınız. Dələduzluq əməli törətmiş şəxs müəyyən edilərsə, sizə vurulmuş maddi ziyanın ödənilməsi məsələsi məhkəmə qaydasında qaldırılacaq. Bu halda siz mülki iddiaçı qismində çıxış edə bilərsiniz. Dələduzluq hallarının araşdırılması cinayət prosessual qanunvericiliyə uyğun aparılır və hüquq-mühafizə orqanları bu işlə məşğul olmalıdır. Eyni zamanda keyfiyyətli hüquqi yardım almaq üçün vəkilə müraciət etməyiniz tövsiyə olunur.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

Masallıda daha 350 zeytun ağacı əkilib

09:23
14 Aprel

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

09:22
14 Aprel

İran beş ərəb ölkəsindən dəymiş ziyana görə kompensasiya tələb edir

09:21
14 Aprel

Neftçala daha təmiz olur

09:20
14 Aprel

Biləsuvarda qanvermə aksiyası keçirilib

09:15
14 Aprel

Sumqayıtda təşkil olunan tədbirdə uşaq hüquqlarından söhbət açılıb

09:13
14 Aprel

3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlmişdir

09:10
14 Aprel

BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur  

09:06
14 Aprel

Lənkəran - əsrlərə sirdaş müasir şəhər

09:05
14 Aprel

Ağ göl, Qırmızı göl, bir də Sarı göl...

09:00
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!