16 Mart 2025 09:30
1409
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Ali təhsilli gənc mütəxəssisəm. Əmək fəaliyyətinə 2021-ci ildə  başlamışam, amma bir aya yaxındır ki, müqavilə müddətim qurtardığına görə işdən azad olunmuşam. Mənə işsizlikdən sığorta ödənişi düşürmü? Əgər düşürsə, bunun üçün  hara müraciət etməliyəm?


Aytac MURADOVA,

Xırdalan şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, işsiz şəxslərə işsizlikdən sığorta ödənişinin həyata keçirilməsi məsələsi "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunları və "İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarı ilə tənzimlənir.

"İşsizlikdən sığorta haqqında" qanunun 13-cü maddəsinə əsasən, sığorta ödənişi şəxsə o halda təyin edilə bilər ki, həmin şəxsin əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsi ilə xitam verilmiş olsun, həmçinin həmin şəxs "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, işsiz kimi qeydiyyata alınsın.

Məlumat üçün əlavə edək ki,  aşağıda sadalanan əsaslarla:

* dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatların ixtisar edilməsi (müvafiq olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" və "b" bəndləri, şəxs son iş yerində dövlət qulluqçusu kimi işləyibsə, "Dövlət qulluğu haqqında" qanunun 33.1.2 və 33.1.3 maddələri nəzərdə tutulur);

* müəssisənin mülkiyyətçisi dəyişdikdə (həmin məcəllənin  63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);

* əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda (Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "b"bəndi);

* əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə (Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "ə" bəndi) əmək müqaviləsinə xitam verilmiş işsiz şəxslərə (tələb olunan sığorta stajına malik olduqları halda) işsizliyin davamiyyətindən asılı olaraq  işsizlikdən sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.

* əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi, 73-cü maddəsi) işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətinə təyin edilir və sözügedən şəxslərin təkrar müraciət zamanı yenidən minimum sığorta ödənişi almaq hüququ yoxdur.

Sizin hala gəldikdə qeyd olunmalıdır ki, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13.1.3-cü maddəsinə uyğun qaydada sizə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə sığorta ödənişi təyin edilə bilər. Bunun üçün siz "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə müvafiq olaraq işsiz şəxs kimi müraciət etməlisiniz. "İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası"nın 2-ci bəndinə görə, siz işaxtaran kimi qeydiyyata alınmaq üçün "Elektron hökumət" və ya "e-sosial" portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra - MEİS) "Məşğulluq" altsistemində (bundan sonra - MAS) "Müraciət-Ərizə"ni doldurmalısınız. Müraciət MAS tərəfindən qəbul edildikdən sonra işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat sizin elektron kabinetinizdə yerləşdirilir və mobil nömrənizə göndərilir. MAS-da işaxtaran kimi qeydiyyata alınmış, işi və qazancı olmayan əmək qabiliyyətli şəxsə mərkəz tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur və bu tərtib edilmiş fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, sizin şəxsi kabinetinizə yerləşdirilir. Sonra isə əgər sizin azı 24 ay sığorta stajınız mövcuddursa, sığorta hadisəsinin (əmək müqavilənizə xitam verilməsi) baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə minimum sığorta ödənişi məbləğində ödəniş təyin edilir. 

Beləliklə, sizə əmək müqavilənizin müddətinin qurtarması səbəbindən işdən azad edildiyinizə görə işsiz şəxs kimi yalnız 3 ay müddətinə sığorta ödənişi müəyyən oluna bilər və işsizlik davam edərsə, təkar müraciət hüququnuz yoxdur.

Onu da qeyd edək ki,  Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya "DOST" mərkəzlərinin xidmətindən də yararlana bilərsiniz. 


- Həyat yoldaşımdan ayrılmışam, işləmirəm və 2 azyaşlı uşağım var. Sosial yardım alıram. Bilmək istəyirəm sosial kartla kredit götürə bilərəm?


Gülşən QUBADOVA,

Cəlilabad rayonunun Cəngan kəndi


- Sualınızda qaldırdığınız məsələ "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikasının Qanunu və "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 37 saylı qərarı ilə tənzimlənir.

Adıçəkilən qanunun 10.2-ci maddəsinə əsasən, sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə sosial yardım alan ailə bu barədə yardım təyin edən quruma 15 (on beş) iş günü müddətində məlumat verməlidir. Sosial yardımın məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə qeyd olunan müddətdə məlumat verilmədikdə həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Bununla bərabər, qanunvericilik baxımından "bank krediti"nin ailənin gəliri kimi nəzərə alınıb-alınmaması məsələsinin müəyyənləşdirilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 37 saylı qərarına 07.11.2020-ci il tarixdə edilmiş dəyişikliklə "bank krediti" şəxsin gəlirlərinin sırasından çıxarılmışdır. Qeyd olunan tarixədək şəxsin kredit alması onun gəlirlərinin dəyişməsi kimi nəzərə 

alınırdı.

Beləliklə, yuxarıda qeyd olunanlar baxımından siz istənilən bankdan kredit ala bilərsiniz. Belə olan halda sosial yardım təyin edən orqan sizə verilən yardımın dayandırılması ilə bağlı hər hansı addım atmaq hüququna malik deyil.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

19:26
27 Aprel

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

18:43
27 Aprel

Bakıda yağış yağacaq, havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ  

18:34
27 Aprel

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

18:30
27 Aprel

Valentina Antonenko: Akademik Zərifə Əliyeva kimi dəyərli şəxsiyyətin xatirəsi Ukraynada da böyük ehtiramla yad olunur  

17:37
27 Aprel

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana

16:59
27 Aprel

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:41
27 Aprel

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə əsas imtahanı keçirilib  

14:39
27 Aprel

Sabah bəzi rayonlarda leysan olacaq - PROQNOZ

13:07
27 Aprel

Leyla Əliyeva Nepalın Prezidenti Ramçandra Paudellə görüşüb

12:31
27 Aprel

Milli kimliyə və mənəvi dəyərlərə bağlılığın təcəssümü

11:15
27 Aprel

Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozaya

10:51
27 Aprel

Syerra-Leone Respublikasının Prezidenti Zati-aliləri cənab Culius Maada Bioya  

10:50
27 Aprel

Türkiyəli ekspert: Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyası üçün qürur mənbəyidir  

10:44
27 Aprel

İranın cənubundakı partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb

10:42
27 Aprel

Bilmək istəyirəm

09:20
27 Aprel

"Şahin" hərbi-idman oyunlarının zona birinciliyi keçirilib

09:15
27 Aprel

Qusarda arıçılığa maraq çoxdur

09:10
27 Aprel

Boradigah qəsəbəsində ağacəkmə aksiyası olub

09:05
27 Aprel

Sumqayıt da yaşıllaşır

09:00
27 Aprel

Mingəçevirdə həftə ərzində daha 3600 ağac və gül kolu əkilmişdir

08:55
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!