13 May 2026 12:23
90
SİYASƏT
A- A+
Bilal Dündar: Makron administrasiyasının Cənubi Qafqaz siyasəti iflasa uğrayır

Bilal Dündar: Makron administrasiyasının Cənubi Qafqaz siyasəti iflasa uğrayır


Fransa Prezidenti Emmanuel Makron administrasiyasının son illərdə həyata keçirdiyi siyasət həm Fransa daxilində, həm də beynəlxalq münasibətlər sistemində ciddi narazılıq və etimad böhranı yaradıb.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar bildirib. Onun sözlərinə görə, Parisin xüsusilə Cənubi Qafqaz məsələsində nümayiş etdirdiyi birtərəfli və selektiv yanaşma Fransanın regiondakı nüfuzuna ciddi zərbə vurur və ölkəni mərhələli şəkildə beynəlxalq təsir imkanlarından uzaqlaşdırır: “Cənubi Qafqaz məsələsində nümayiş etdirilən qeyri-obyektiv münasibət Fransanın vasitəçi kimi etibarlılığına ciddi xələl gətirib. Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan regionda tamamilə yeni siyasi və hüquqi reallıq formalaşdırıb. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etməsi beynəlxalq hüququn real tətbiqinin nümunəsinə çevrilib. Bu tarixi Qələbə, eyni zamanda, uzun illər fəaliyyətsiz qalan və status-kvonun qorunmasına xidmət edən beynəlxalq mexanizmlərin iflasını da ortaya qoydu”.

Ekspert bildirib ki, keçmiş ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə münaqişənin həllindən daha çox işğal vəziyyətinin uzanmasına şərait yaradıb: “Fransa bu platformada vasitəçi statusuna malik olsa da, tərəfsiz mövqe sərgiləyə bilməyib və ermənipərəst siyasəti ilə region xalqları arasında etimadını ciddi şəkildə itirib. Makron administrasiyasının Ermənistanla münasibətləri nümayişkaranə şəkildə ön plana çıxarması Fransanın Cənubi Qafqaz siyasətində balansı tamamilə itirdiyini göstərir”. Onun fikrincə, Paris regionda yaranmış yeni geosiyasi düzəni qəbul etmək əvəzinə köhnə siyasi stereotiplərlə hərəkət etməyə çalışır. Halbuki artıq bölgədə tamamilə fərqli reallıq formalaşıb və bu reallığın əsas memarları Azərbaycan və Türkiyədir.


Ekspert vurğulayıb ki, Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan arasında formalaşmış strateji müttəfiqlik münasibətləri regionun təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişib: “Bakı və Ankara arasında koordinasiyalı siyasət yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə Türk dünyası və Avrasiya məkanı üçün yeni əməkdaşlıq modeli formalaşdırır. Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ortaq enerji, nəqliyyat və logistika layihələri regionun iqtisadi xəritəsini dəyişdirir. Xüsusilə Orta Dəhlizin strateji əhəmiyyətinin artması Bakı-Ankara tandeminin beynəlxalq ticarət və enerji təhlükəsizliyi baxımından rolunu daha da gücləndirir. Bu əməkdaşlıq Avropa ilə Asiya arasında yeni iqtisadi körpü formalaşdırır. Türkiyə və Azərbaycanın nümayiş etdirdiyi qardaşlıq modeli beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlıq nümunəsi kimi qəbul olunur. İki ölkə arasında siyasi həmrəylik, qarşılıqlı dəstək və ortaq strateji baxış regionda sabitliyin əsas təminatçılarından birinə çevrilib”.

O əlavə edib ki, Makronun Ermənistana planlaşdırdığı səfərlə bağlı ortaya çıxan müzakirələr və Türkiyə üzərindən həyata keçirilməsi ilə bağlı niyyətin baş tutmaması da bölgədə yeni siyasi reallığın formalaşdığını göstərən mühüm mesajdır. Onun sözlərinə görə, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın prinsipial mövqeyi bölgədə artıq kənar siyasi manipulyasiyalara imkan verilmədiyini nümayiş etdirdi: “Bu gün regionda əsas söz sahibi olan dövlətlər reallığı sahədə formalaşdıran ölkələrdir. Azərbaycan öz gücü hesabına beynəlxalq hüququ təmin edib, Türkiyə isə bölgədə təhlükəsizlik və sabitliyin əsas strateji tərəfdaşına çevrilib. Bu amillər fonunda Fransa kimi ölkələrin birtərəfli bəyanatlarla regiondakı proseslərə təsir imkanları xeyli zəifləyib”.

Bilal Dündar vurğulayıb ki, Azərbaycan və Türkiyənin nümayiş etdirdiyi siyasi iradə regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin əsas təminatçısıdır. Onun sözlərinə görə, Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıq artıq beynəlxalq aktorlar tərəfindən də qəbul olunmağa başlayıb və bu reallığa qarşı çıxmağa çalışan qüvvələr nəticədə uğursuzluqla üzləşəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Rumıniya münasibətləri: Parlament nümayəndə heyəti Buxarestdə  

12:43
13 May

Makronun Qarabağ ritorikası: beynəlxalq hüquq, yoxsa siyasi manipulyasiya?  

12:41
13 May

Sədr müavini: WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir  

12:40
13 May

Azərbaycanla Türkiyə arasında konsulluq məsləhətləşmələri aparılıb

12:38
13 May

TDT ölkələri ümumi daxili məhsulunun cəmi 2,1 trilyon dolları keçib

12:37
13 May

Sabaha olan hava proqnozu açıqlanıb

12:37
13 May

ABŞ konqresmeni: Pentaqon İranla müharibədə 39 təyyarə itirib

12:36
13 May

Ötən ay dünyada elektromobil satışları 6 faiz artıb

12:29
13 May

Vəkillər Kollegiyası ilə “PAŞA Holding” arasında memorandum imzalanıb

12:27
13 May

Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib

12:25
13 May

Çindən Qazaxıstana immiqrasiya üç dəfə artıb

12:23
13 May

Bilal Dündar: Makron administrasiyasının Cənubi Qafqaz siyasəti iflasa uğrayır

12:23
13 May

Qazaxıstanın TDT ölkələri ilə ticarət dövriyyəsi cari ilin iki ayı ərzində təqribən 40 faiz artıb

12:22
13 May

Allahşükür Paşazadə: Regionda sülh və tərəqqi layihələrinin təşəbbüskarı kimi çıxış edirik

12:19
13 May

WUF13 müddətində Bakı məktəblərində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

11:46
13 May

Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

11:39
13 May

Mis qiymətləri rekord həddə yaxınlaşır

11:23
13 May

Rusiyanın Dnepropetrovsk vilayətinə hücumları nəticəsində səkkiz nəfər həlak olub

11:15
13 May

İranda İsrail kəşfiyyatına işləyən şəxs edam edilib

11:15
13 May

Türkiyə XİN: Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar tamamlanıb  

11:14
13 May

Qlobal neft ehtiyatları bu il sutkada 2,6 milyon barel azalacaq

11:13
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!