15 Sentyabr 2026 14:15
161
SİYASƏT
A- A+
Beynəlxalq reytinqi ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisələrinin məzunları olan çağırışçıların nəzərinə

Beynəlxalq reytinqi ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisələrinin məzunları olan çağırışçıların nəzərinə

Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı müvafiq konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirirlər.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, həmin hərbi qulluqçular qeyd edilən bölmələrdə öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunurlar.

Cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçıların həmin intellektual qabiliyyətli bölmələrdə xidmət etmələri nəzərdə tutulub.

Növbəti çağırış ayı ərzində müddətli həqiqi hərbi xidmətə çağırılan, yuxarıda qeyd olunmuş siyahılarda yer alan xarici ali təhsil müəssisələrində təhsil almış çağırışçıların adıçəkilən bölmələrdə xidmət etmələrini təmin etmək məqsədilə onların özləri və ya ailə üzvləri tərəfindən sentyabrın 21-dək aşağıda qeyd olunan məlumatları [email protected] elektron ünvanına göndərmələri xahiş olunur:

- çağırışçının adı, soyadı və ata adı;

- çağırış rübü və ili (çağırıldığı tarix);

- xarici dövlətlərin təhsil müəssisələrində ali təhsil almış şəxslərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənəd (PDF formatında) və ya tanınma prosesinin başlamasına dair sistemdən çıxarış.

Qeyd olunan kateqoriyaya aid çağırışçıların intellektual qabiliyyətli bölmələrdə xidmətə cəlb edilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış çağırışçılarla eyni layihə çərçivəsində həyata keçirilir. Bu səbəbdən qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış şəxslər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsi əsasında müəyyən edildiyindən onların ailə üzvləri tərəfindən əlavə müraciət edilməsinə ehtiyac yoxdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı məsələyə diqqət çəkilib

14:45
15 Sentyabr

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gündəliyini müzakirə ediblər

14:43
15 Sentyabr

UEFA 2028-ci və 2029-cu illərdə avrokubokların finallarının keçiriləcəyi şəhərləri açıqlayıb

14:42
15 Sentyabr

Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir

14:34
15 Sentyabr

Türkiyə XİN Bakının işğalından azad edilməsinin 108-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib

14:32
15 Sentyabr

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB

14:27
15 Sentyabr

Mərkəzi Bank: Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 1,1 milyard dollar olub

14:23
15 Sentyabr

Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib

14:22
15 Sentyabr

Mərkəzi Bank: İlkin gəlirlər balansında kəsir azalıb

14:19
15 Sentyabr

Hindistan nümayəndəsi: İslamın etik prinsiplərinə əsaslanan süni intellekt çərçivəsi yaradılmalıdır

14:18
15 Sentyabr

Altı ay üzrə əmtəə ixracı və idxalının dəyəri açıqlanıb

14:17
15 Sentyabr

Növbəti köç karvanı Xocavəndə çatıb

14:16
15 Sentyabr

Beynəlxalq reytinqi ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisələrinin məzunları olan çağırışçıların nəzərinə

14:15
15 Sentyabr

Hasan Kamil Yılmaz: Seyyid Yəhya Bakuvi Xəlvətilikdəki anlayışları sistemləşdirən ustaddır

14:13
15 Sentyabr

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

13:27
15 Sentyabr

Sabah günün ikinci yarısından bəzi rayonlarda yağış yağacaq

13:23
15 Sentyabr

Rumıniyanın ali müftisi: Seyid Yəhya Bakuvinin fikirlərini gənc nəsillərə çatdırmaq bizim vəzifəmizdir

13:22
15 Sentyabr

Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb FOTOLAR  

13:21
15 Sentyabr

Məcnun Məmmədov: Azərbaycanın müasir aqrar modelinin formalaşdırılması üçün yüksək ixtisaslı kadrlara böyük ehtiyac var  

13:19
15 Sentyabr

Nazirlik: ƏMAS-da 72 minə yaxın aktiv vakansiya mövcuddur

13:16
15 Sentyabr

Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

13:15
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!