15 Sentyabr 2026 14:27
178
SİYASƏT
A- A+
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB

Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Türk dünyası birliyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Panel iclasında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin köməkçisi Fərhad Pirinççi Bakının Türk dünyası üçün əvəzsiz yer olduğunu vurğulayıb. Onun sözlərinə görə, Bakı "İkinci Vətən"dən daha çox, Ümummilli Lider Heydər Əliyevin də qeyd etdiyi kimi, "Tək millət, iki dövlət" ifadəsinə tam uyğundur.

“Türk dünyasını bir-birinə bağlayan köklü və tarixi mədəni bağlar mühüm yerə sahibdir. Bu gün Türk Dövlətləri Təşkilatı regional və qlobal miqyasda mühüm aktorlardan birinə çevrilib. Lakin düşünürəm ki, bu gün çatdığımız nöqtə potansialın yalnız bir hissəsinin reallaşdırılmasıdır. Əsas məsələ başda Türk Dövlətləri Təşkilatının "2040 Vizyonu" olmaqla bundan sonrakı prosesdə bu potensialı artıqlaması ilə həyata keçirməkdir”, - deyə Fərhad Pirinççi bildirib.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran panel iclasa videomüraciətlə qoşularaq qeyd edib ki, beynəlxalq sistem gedərək dərinləşən böhranlar, artan geopolitik rəqabət, tədarük zəncirləri, enerji və ərzaq təhlükəsizliyi problemləri, iqlim dəyişikliyi, qeyri-müəyyənliklər, kibertəhdidlər və dezinformasiya kimi çoxşaxəli sınaqlarla üz-üzədir. Belə bir dövrdə Türk dünyasının ortaq ağıl və güclü həmrəyliklə hərəkət etməsi daşıdığımız məsuliyyətin və zamanın tələbidir.

Onun fikrincə, bu baxımdan regional sülhə töhfə verən, iqtisadi inkişafı dəstəkləyən Orta Dəhlizdən enerji sahəsinə, ticarətdən rəqəmsal iqtisadiyyata, süni intellektdən fəlakətlərin idarə olunmasına qədər bir çox sahədə inkişaf etdirilən tərəfdaşlıqlar Türk dünyasının sahib olduğu böyük potensialın bariz göstəricisidir.

Türkiyə Prezidentinin baş müşaviri Seyit Sertçelik Türk Dövlətləri Təşkilatının bugünkü vəziyyətə gəlib çatmasının olduqca qürurverici olduğunu deyib. O vurğulayıb ki, təşkilatın illər ərzində keçdiyi inkişaf yolu və bu gün türk dövlətlərini bir araya gətirən mühüm platformaya çevrilməsi böyük əhəmiyyət daşıyır.

“Bu gün türk dövlətlərinin bir araya gəlməsi, ortaq tarix və mədəniyyət ətrafında həmrəyliyin daha da güclənməsi Təşkilatın gələcəyindən xəbər verir”, - deyə Seyit Sertçelik vurğulayıb.

Milli Məclisin deputatı Fariz İsmayılzadə regionda və dünyada baş verən geosiyasi proseslərin Türkiyə və Azərbaycan üçün yeni imkanlar yaratdığını vurğulayıb: “Sürətlə inkişaf edən texnologiyalar, xüsusilə süni intellekt, hərbi sənayeni və müharibə üsullarını dəyişir, ona görə də Türk dünyası bu sahədə əməkdaşlığı gücləndirməlidir. Həmçinin TDT-nın gələcəyi bu geniş əməkdaşlıqlardan asılıdır. Mən hesab edirəm ki, bütün bu proseslərdən ölkələrimiz daha güclü və daha hazırlıqlı şəkildə çıxmalıdır”.

İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun direktoru Esma Özdaşlı bildirib ki, bu gün Türkiyə müdafiə sənayesi qlobal səviyyədə rəqabət aparan texnologiyalar ortaya qoyur və bu imkanlar Azərbaycanla da paylaşılır. Esma Özdaşlı qeyd edib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında mühüm irəliləyişlər əldə olunub.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-Türkiyə münasibətlərinin tarixi, siyasi və təhlükəsizlik baxımından əhəmiyyətindən danışıb. Bildirib ki, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə və digər ziyalılar Türk birliyi ideyasının formalaşmasına böyük töhfə veriblər. F.Şəfiyev qeyd edib ki, TDT güclü və müstəqil dövlətlərin birliyinə əsaslanır. O çıxışında, həmçinin media və informasiya mühitində Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı yayılan dezinformasiyalara qarşı mübarizənin və bu sahədə düşüncə mərkəzləri arasında əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərov isə dürüstlük və qarşılıqlı etimad əsasında əməkdaşlığın inkişaf etdirilməsi, məsuliyyətsiz yanaşmaların qarşısının alınmasının vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, Təşkilat prosesləri diqqətlə təhlil etməli və ortaq layihələr çərçivəsində tərəfdaşlığı daha da gücləndirməlidir.

Sonda panel iştirakçılarına hədiyyələr təqdim olunub.


11:22


Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, panel iclasında Türk dünyasında əməkdaşlığın inkişafı, ortaq dəyərlər və ortaq gələcək vizyonunun formalaşdırılması, informasiya və kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, eləcə də qlobal çağırışlar fonunda Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biridir

15:11
15 Sentyabr

Yeddi ayda Qazaxıstanla Azərbaycanın ticarət dövriyyəsi 251 milyon dolları ötüb

15:10
15 Sentyabr

Hakan Fidan: Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var

15:07
15 Sentyabr

Ceyhun Bayramov: Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir

15:06
15 Sentyabr

Azərbaycan Avrasiya Məkan Məlumatları İnfrastrukturuna üzv seçilib

15:05
15 Sentyabr

Firudin Qurbanov: Təhsil sistemi əmək bazarının gələcək tələblərini nəzərə almalıdır

15:03
15 Sentyabr

İrəvanın siyasi və media dairələri hələ də yeni reallığı qəbul etmək istəmir

15:01
15 Sentyabr

Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlər böyük həcmdə tamamlanıb

15:00
15 Sentyabr

Portfel investisiyalarında xalis xarici maliyyə öhdəlikləri açıqlanıb

14:59
15 Sentyabr

Nazir: Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyard ABŞ dollarına çatıb

14:54
15 Sentyabr

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir

14:52
15 Sentyabr

Ermənistan xarici diplomatların Qarabağa səfərindən siyasi şou düzəltməməlidir   

14:50
15 Sentyabr

ISESCO-nun nümayəndəsi: Təşkilatın Bakıdakı ofisi Mərkəzi Asiyanın irsinin öyrənilməsinə töhfə verə bilər

14:49
15 Sentyabr

BMT-də Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı məsələyə diqqət çəkilib

14:45
15 Sentyabr

Xocavənddə daha 50 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:45
15 Sentyabr

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gündəliyini müzakirə ediblər

14:43
15 Sentyabr

UEFA 2028-ci və 2029-cu illərdə avrokubokların finallarının keçiriləcəyi şəhərləri açıqlayıb

14:42
15 Sentyabr

Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir

14:34
15 Sentyabr

Türkiyə XİN Bakının işğalından azad edilməsinin 108-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib

14:32
15 Sentyabr

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB

14:27
15 Sentyabr

Mərkəzi Bank: Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 1,1 milyard dollar olub

14:23
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!