Beynəlxalq hüquq müdafiəçisi: Ermənistanın Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham etməsi düzgün deyil
Azərbaycan Respublikasının “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilir. Haaqa Sülh Sarayında təşkil edilən məhkəmə dinləmələrinə hakim Joan E.Donoghue sədrlik edir.
AZƏRTAC xəbər verir ki, Haaqada Azərbaycanın maraqlarını müdafiə edən hüquq müdafiəçisi Piter Qoldcmit Azərbaycanın 2020-ci ilin noyabrında imzalanan üçtərəfli Bəyanatın bütün tələblərini yerinə yetirdiyini bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanda saxlanılan ermənilər ağır cinayət törədən şəxslərdir. O, Ermənistanın Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham etməsinin düzgün olmadığını bildirib.
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT məhkəməsində çıxışında bildirib ki, ölkəmiz Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən təcili olaraq Ermənistana qarşı müvəqqəti aralıq tədbirlərinin tətbiqini zəruri hesab edir. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək onun tarixi torpaqlarını uzun müddət işğal altında saxlayıb. Bu müddət ərzində insanlar evlərindən didərgin salınıb, həyatlarına qəsd edilib, təbiətə ciddi ziyan vurulub.
Qeyd edək ki, Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə sentyabrın 23-də Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Azərbaycan bəyanatında "Ermənistan həm birbaşa, həm də dolayı yollarla etnik təmizləmə siyasətini davam etdirdiyini, azərbaycanlılara qarşı nifrət və etnik zorakılığı qızışdırdığını, ən yüksək hökumət səviyyəsi də daxil olmaqla irqçi təbliğat yaydığını" iddia edir. Azərbaycan Haaqa Məhkəməsindən Ermənistanı Konvensiyanı pozduğuna görə məsuliyyətə cəlb etməsini və bununla Azərbaycana və onun xalqına vurduğu ziyanı ödəməsini xahiş edir.
Dinləmələr oktyabrın 19-da davam etdiriləcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!