03 İyun 2025 08:25
348
SİYASƏT
A- A+
Beynəlxalq humanitar hüququ pozan İrəvana təzyiq göstərilmir

Beynəlxalq humanitar hüququ pozan İrəvana təzyiq göstərilmir


Mayın 31-də Goranboy rayonunda növbəti mina hadisəsi baş verib, xəsarət alan şəxsin ayağı amputasiya edilib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan 30 il ərzində işğala məruz qalıb, bu dövrdə azərbaycanlı mülki vətəndaşlar mina terrorunun qurbanı olublar. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında xatırladıb ki, Ermənistan silahlı qüvvələrinin işğalı dövründə Azərbaycan ərazilərində 1,5 milyon mina basdırılıb ki, bu da ölkə ərazisinin 13 faizini təşkil edir. Hektarlarla ərazi hələ də mina və partlayıcı sursatlarla çirklənmiş təhlükə zonası hesab olunur. Ermənistanın 30 illik mina terroru nəticəsində beynəlxalq humanitar hüquq, o cümlədən fundamental insan hüquqları kobud şəkildə pozulub. "Minaların təmizlənməsi uzun illər çəkə bilər ki, bu da münaqişədən sonrakı reabilitasiya və yenidənqurma işlərinə təsir göstərir. Bütün bunlar bir milyona yaxın keçmiş qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmasını çətinləşdirir. Ermənistan tərəfindən təqdim edilən mina xəritələri isə qeyri-dəqiqdir", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, son üç onillik ərzində 3400-dən çox azərbaycanlı mina partlayışlarının qurbanı olub, onlardan 359-u uşaq, 38-i isə qadındır. 44 günlük Vətən müharibəsinin başa çatmasına və 2020-ci ildə münaqişəyə son qoyulmasına baxmayaraq, Ermənistan 2023-cü ilin sentyabrında keçirilən yerli antiterror əməliyyatları nəticəsində Azərbaycan ərazilərini tərk etməyə məcbur edilənədək minaların yerləşdirilməsini davam etdirib. 2022-ci ildə məlum oldu ki, Ermənistan tərəfindən 2021-ci ildə istehsal edilən 2700-dən çox piyada əleyhinə mina Azərbaycanın Laçın və Kəlbəcər rayonlarında basdırılıb. Bu fakt Ermənistanın uzun müddət iddia etdiyi "mina istehsal etmirik və ixrac etmirik" bəyanatlarının tamamilə yalan olduğunu sübut etdi. Bundan əlavə, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra, Azərbaycan ərazilərində, o cümlədən Rusiya sülhməramlılarının yerləşdiyi bölgələrdə 500000-dən çox mina aşkarlanıb. Bu, təhlükənin miqyasını bir daha göstərir. 2020-ci ilin noyabrında müharibə başa çatdıqdan sonra mina partlayışları nəticəsində 400-ə yaxın azərbaycanlı xəsarət alıb və ya həyatını itirib.

P.Vəliyeva bildirib ki, Ermənistan müəyyən xəritələr təqdim etsə də, lakin bu, mina basdırılmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə edib və onların dəqiqliyi cəmi 25 faiz olub: "Son dövrlərdə baş verən mina hadisələrinin 55 faizindən çoxu isə bu xəritələrin əhatə etmədiyi ərazilərdə baş verib. İşğaldan azad olunmuş ərazilərə geri qayıdan şəxslər üçün minalarla bağlı məlumatlandırıcı sessiyalar təşkil edilsə də, bu təhlükə hələ də qalmaqdadır. Minalar və digər partlayıcı maddələrlə çirkləndirilmiş təhlükəli ərazilər ANAMA tərəfindən müəyyən olunur və "təhlükəsizlik qeydləri" ilə işarələnir. Lakin ictimaiyyət də ayıq-sayıqlığını itirməməli, bu hala qarşı məsuliyyətli olmalıdırlar. Milli Məclisdə ötən payız sessiyasında bir çox müzakirələr keçirildikdən sonra "Minatəmizləmə fəaliyyəti" haqqında qanun qəbul edildi və bunun hüquqi əsasları müəyyən edildi". 

Deputat deyib ki, minatəmizləmə fəaliyyəti uzun sürən prosesdir və burada beynəlxalq dəstəyin olması da çox önəmlidir. Azərbaycan bu sahədə effektivliyi artırmaq məqsədilə bütün resurslarını səfərbər edib və ən son texnologiyalara sərmayə yatırıb. Lakin görülən əhəmiyyətli səylərə baxmayaraq, beynəlxalq dəstək hələ də kifayət qədər deyil. Hazırda minalardan təmizləmə əməliyyatlarının təxminən 95 faizi Azərbaycan dövləti tərəfindən maliyyələşdirilir. Mina terroru ətraf mühitə və biomüxtəlifliyə də ciddi ziyan vurur. Belə ki, regionda yaşayan nəsli kəsilməkdə olan heyvanlar da minanın yaratdığı fəsadlar nəticəsində məhv olur. Ermənistan isə dəqiq mina xəritələrini təqdim etməməklə səmimi sülh niyyətinin olmamasını nümayiş etdirir. Bu davranış müharibənin real nəticələrinin hələ də davam etdiyini və Ermənistanın məsuliyyətdən qaçmaq istədiyini göstərir. Ümumilikdə isə işğal nəticəsində dəymiş maddi ziyanın həcmi 200 milyard manata yaxındır. 

Deputat düşünür ki, münaqişələrdən əziyyət çəkmiş, mina və partlayıcı qalıqlarla çirklənmiş ərazi problemi olan ölkələrin vahid beynəlxalq təşəbbüslə çıxış etməsi və dünya gündəminə bu problemin ağır fəsadlarını gətirməsi mina terroruna qarşı beynəlxalq mübarizəni artıra bilər. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!