22 Fevral 2022 13:25
1021
Mədəniyyət
A- A+
Bəstəkarlar İttifaqında görkəmli musiqişünas Elmira Abasovanın xatirəsi anılıb  

Bəstəkarlar İttifaqında görkəmli musiqişünas Elmira Abasovanın xatirəsi anılıb  

Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə qonaqları salamlayaraq Elmira Abasovanın Azərbaycan musiqi mədəniyyətindəki rolundan, verdiyi töhfələrdən, gözəl oratorluq qabiliyyətindən, həm ictimai, həm də pedaqoji fəaliyyətindən söz açıb.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Elmira Abasovanın çoxşaxəli yaradıcılığından danışıb, onunla birgə iş fəaliyyətlərindən, Elmira xanımın mühazirələrindən, professional pedaqoq kimi yetişdirdiyi çoxsaylı tələbələrindən bəhs edib, onun hər zaman öz işinə ciddi və məsuliyyətlə yanaşdığını vurğulayıb.

Azərbaycanın Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə Elmira Abasovanı Üzeyirşünas alim kimi təqdim edib, onunla bağlı xatirələrini bölüşüb, Elmira xanımın çətin və gərgin 90-cı illərdə təşkil etdiyi konsert və konfranslardan danışıb.

Azərbaycanın Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova daha çox Elmira Abasovanın pedaqoji fəaliyyətinə istinad edib.

Bildirilib ki, Elmira Abasova 1932-ci il yanvarın 10-da anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) musiqişünaslıq ixtisası üzrə bitirib, həmin ildən ömrünün sonunadək bu müəssisədə pedaqoji fəaliyyət göstərib.

E.Abasova 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illərdə ittifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.

Musiqişünas-alim, ictimai xadim E.Abasovanın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. 1967-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb, 1977–1991-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsini icra edib. O, yaradıcılıq boyu Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığına böyük məhəbbət bəsləyib və ömrünün sonunadək onun əsərlərinə müraciət edib, öz təhlillərini dəfələrlə nəzərdən keçirərək yeni fikirlərlə genişləndirib. Görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığı da musiqişünası daim cəlb edib. O, 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.

Elmira Abasova, eyni zamanda, müxtəlif nəsillərdən olan görkəmli bəstəkarların və ifaçıların yaradıcılığını araşdırmışdır. Onun bu sahədə yazdığı "Cövdət Hacıyev", "Rəşid Behbudov", "Soltan Hacıbəyov", "Səid Rüstəmov", "Qurban Pirimov", "Bəhram Mansurov" və s. kitabçaları, elmi məqalələri Bakıda, Moskvada, keçmiş SSRİ respublikalarında çap olunub.

Tədbirdə Elmira xanımın yaradıcılığı ilə birbaşa əlaqəli olan bəstəkarlar – Üzeyir Hacıbəyli və Qara Qarayevin əsərləri səslənib.

Sonda Ülviyyə Hacıbəyova Elmira xanımın oğlu, istedadlı bəstəkar Elnar Məmmədovun Fortepiano üçün variasiyalarını və Qara Qarayevin “Eskiz” əsərini təqdim edib.

Sonda Elmira Abasovanın qızı fəlsəfə doktoru, dosent Kamina Məmmədova hamıya öz təşəkkürünü bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəbrayılın azad edilməsindən sonra strateji əhəmiyyət daşıyan imkanlar yarandı

18:01
04 Oktyabr

Azərbaycan sülh, əmin-amanlıq, tərəqqi yolunu seçib

17:32
04 Oktyabr

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

14:50
04 Oktyabr

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir  

14:36
04 Oktyabr

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

13:35
04 Oktyabr

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

12:52
04 Oktyabr

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib

12:01
04 Oktyabr

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

11:59
04 Oktyabr

Dünya birjalarında neft ucuzlaşıb

11:54
04 Oktyabr

Cəbrayıl Şəhəri Günü tariximizdə böyük qürurla qeyd olunan əlamətdar günlərdəndir  

11:11
04 Oktyabr

Tərəfdaşlıq asılılığa, əməkdaşlıq isə himayədarlığa çevrilməməlidir

11:07
04 Oktyabr

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

10:51
04 Oktyabr

Ləyaqətli siyasət və strateji uzaqgörənlik: Azərbaycanın prinsipial mövqeyi

10:33
04 Oktyabr

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

09:50
04 Oktyabr

Cəbrayıl işğaldan azad edilən ilk rayon oldu

09:01
04 Oktyabr

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

23:21
03 Oktyabr

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

23:18
03 Oktyabr

Güclü olmaq yeni dövrün başlıca tələbidir

22:54
03 Oktyabr

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

20:43
03 Oktyabr

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

18:59
03 Oktyabr

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

18:49
03 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!