07 İyul 2022 01:14
1735
Mədəniyyət
A- A+
Bənzərsiz səsilə ölkəmizi təmsil edən gənc muğam ifaçısı

Bənzərsiz səsilə ölkəmizi təmsil edən gənc muğam ifaçısı

 

Əslən Laçından olan Yusif Cəfərbəyli 2000-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. O, 2017-ci ildə Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunub. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsi üzrə təhsil alır.

Yusif kiçik yaşlarından musiqiyə bağlanıb. Niyazi adına 22 saylı musiqi məktəbində Xalq çalğı alətləri şöbəsinin əvvəlcə tar, daha sonra isə xanəndəlik siniflərində təhsil alıb. İstər orta məktəbdə, istərsə də ali məktəbdə oxuduğu illərdə sosial-ictimai işlərdə fəallıq göstərən gənclərdən olub. Təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri kimi fəaliyyət göstərib.

Dəfələrlə tələbələrlə cəbhə bölgəsinə səfərlər ediblər. 2019-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və UNEC-in birgə təşkilatçılığı ilə həyata keçirilən "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!" Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası çərçivəsində cəbhə bölgələrinə gedib. Bu aksiyanın fəal iştirakçısı kimi müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlandırılıb.

Universitetin Yaradıcılıq Mərkəzinin üzvü olan Yusif Cəfərbəyli musiqi sahəsində də böyük uğurlar əldə edib. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin birgə həyata keçirdiyi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsində "N.Gəncəvinin sözlərinə ən yaxşı muğam ifası" nominasiyasında birincilik qazanıb.

2019-cu ildə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən "Tələbə Baharı" tələbələrin XII Ümumrespublika yaradıcılıq festivalında "Muğam" musiqi nominasiyasında II yerə, 2020-ci ildə isə XIII Ümumrespublika yaradıcılıq festivalında "Muğam" musiqi nominasiyasında I yerə layiq görülüb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili" elan olunması münasibətilə universitetin Yaradıcılıq mərkəzinin xətti ilə o, Türkiyənin paytaxtı Ankara şəhərində Nəsimiyə həsr olunmuş tamaşada Nəsiminin qəzəllərini muğam üstə ifa edib. İfası böyük alqışlarla qarşılanıb. O, Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən "Təşəkkürnamə" və üzərində Nəsiminin rəsmi olan bürünc xatirə pul nişanı ilə təltif edilib. Y.Cəfərbəyli bu illər ərzində bir sıra layihələrin həm iştirakçısı, həm də təşkilatçısı olub.

2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi "Gənc Heydərçilər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsində qrup rəhbəri seçilib və düşərgənin yekununda fəxri fərmanla təltif edilib.

Gənc tələbə Heydər Əliyev adına "Azərbaycan-Qazaxıstan" Respublika Dostluq Cəmiyyətinin üzvüdür və keçirilən tədbirlərdə fəal iştirak edir. Y.Cəfərbəyli  2018-ci ildə Azərbaycan Tələbələrinin II Qurultayına  nümayəndə seçilib.

Bu günlərdə Türkiyənin İstanbul şəhərində "Azərbaycan-Türkiyə-Pakistan Gənclərinin Birinci Həmrəylik Forum"u keçirilib. Gənc muğam ifaçısı Yusif Cəfərbəyli  Azərbaycan Respublikası Gənclər Fondu, Türkiyə Gənclik Vəqfi (TÜGVA) və "Pakistan-Türkiyə Dostluq Dərnəyi"nin birgə təşkilatçılığı ilə həyata keçirilən bu forumda iştirak edib. Forumun əsas məqsədi üç ölkə arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrinin gənclərin iştirakı ilə daha da möhkəmləndirilməsindən və üçtərəfli platforma vasitəsilə ölkə həqiqətlərinin beynəlxalq səviyyədə təbliğindən ibarətdir.

Yusif Cəfərbəyli deyir ki, gənclərin mötəbər məclisində 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı qələbədən, tarixi Şuşa Bəyannaməsindən, eyni zamanda Türkiyə və Pakistan parlament sədrlərinin ötən il imzaladığı sənədin ölkələrimiz arasındakı münasibətlərin inkişafına verdiyi töhfədən danışılıb, bu sənədlərin üç ölkə gənclərinin daha sıx şəkildə əməkdaşlıq etməsi, birgə çalışması üçün zəmin yaratdığı qeyd olunub.

Forum çərçivəsində üç ölkənin tarixi və mədəni irsi, üçtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında da təqdimatlar olub, yeni əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Yusif Cəfərbəyli  forumda çıxış edərək, 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı qələbə ilə bağlı fikirlərini söyləyib və öz ifasında xalq mahnılarımızı və milli-mənəvi sərvətimiz olan muğamlarımızı forum iştirakçılarına təqdim edib.

Səfər çərçivəsində iştirakçılar İstanbulun Haliç Universitetində "Şuşa-Türk Dünyasının Mədəniyyət Paytaxtı" mövzusunda fotosərginin açılış mərasiminə də qatılıblar. Onlar İstanbulda yerləşən Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət ediblər.

 

E.YƏHYAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!