15 Aprel 2022 00:30
1426
Mədəniyyət
A- A+
Bənzərsiz aktyor

Bənzərsiz aktyor

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, öz qrim otağında əyləşmişdi. Çox əsəbi, pərişan idi. Gənc Cəlalı “öldürdüyünü” ona bağışlamırdılar.  Tamaşaçıları İsmayıl Osmanlıya təhqir dolu məktublar yazırdılar.

 

Kələntərin “cəzasını” çəkən İsmayıl Osmanlı...

 

Vəziyyət o yerə çatmışdı ki, İsmayıl Osmanlı tamaşaçıların əlindən küçəyə çıxa bilmirdi. Peşəkar aktyor idi. Bilirdi ki, belə böyük nifrətə tuş gəlməsinin, ona ünvanlanan təhqir dolu sözlərin səbəbi, əslində, aktyor kimi uğurudur. Yeni ekranlara çıxmış “Yeddi oğul istərəm” filmində ona həvalə edilmiş Kələntər rolunu elə bacarıqla ifa etmişdi ki, tamaşaçıların nifrətini qazanmışdı. Bunu çox yaxşı başa düşsə də, istər-istəməz inciyir, əsəbiləşirdi.

Sonralar İsmayıl Osmanlı xatırlayırdı: “Bir axşam tamaşadan sonra teatrdan çıxıb evə gedirdim. Avtobusa təzə qalxmışdım ki, bir neçə orta yaşlı qadın məni dövrəyə aldı. İlk sözləri:

- Əlin qurusun! - oldu.

- Cəlalı Gəray bəyə necə satdın? - bir başqası həqarətlə söylədi.

Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.

- Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?

Vəziyyət get-gedə gərginləşir, başqa sərnişinlər də bu qadınlara havadar çıxırdılar. Hələ yoluma bir neçə dayanacaq qalsa da, avtobus dayanan kimi düşdüm”.

Aktyor ertəsi gün bu hadisəni teatrda sənət dostlarına sarsılaraq danışdı. İsmayıl Osmanlı adamların onu təhqir edəcəyindən, hətta daşa basacağından ehtiyat edirdi. Gəray bəy rolunu böyük ustalıqla oynamış Həsanağa Turabov qoluna girib İsmayıl Osmanlını sakitləşdirdi:

“- İsmayıl əmi, - dedi, - hər aktyora nəsib olmur oyandığı rola görə sevgi qazansın.

- Nə sevgi, ay oğul? Az qala arvadlar məni parçalayacaqdılar.

- Elə aktyorun yaratdığı obraza nifrət, aktyorun özünə sevgidir də. Gör bir necə ustalıqla oynamısan ki, adamlar səni parçalamaq istəyirlər.

Mən də Şəki ləhcəsi ilə zarafata salıb:

- Ha indi saa nə var ki? Düşəydin o arvaddarın əlinə, onda bilərdin sevgi nədir, nifrət nə...”.

Aylar, illər ötdü. Daha İsmayıl Osmanlı Kələntərin namərdliyinin, riyakarlığının “cəzasını” çəkmədi. Kələntər rolu isə kino tarixində özünəməxsus yer tutdu. Bu rolu ifa edən aktyorun adı Azərbaycan kino sənətində unudulmaz oldu...

 

Səhnəyə uzanan yol...

 

İsmayıl Osmanlı 1902-ci ilin 11 aprelində Nuxada (indiki Şəki) dünyaya gəlib. Kasıb ailəsi onun yaxşı təhsil almasına şərait yarada bilməyib. On bir yaşında ikən atası Osmanı itirib. Yetimlik həyatın sərt üzünü İsmayıla o vaxt tanıdıb. Şəki İpək Fabrikində, dabbaqxanada ağır işlər görüb. Həyatın çətinlikləri, dolanışıq qayğıları uşaqlıq, ilk gənclik sevinclərinə kölgə salsa da, arzularını, xəyallarını əlindən ala bilməyib. O, Şəkidə həvəskar aktyorları ətrafına toplayan fəhlə-kəndli klubundakı dram dərnəyinə üzv yazılıb. İsmayıl Osmanlının xatirələrindən: “Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı”.

Möhsün Sənaninin Bakıdan Şəkiyə qastrola gəlişi onun səhnəyə marağını artırıb. Dram dərnəyində aktyorluq edən İsmayıl Osmanlı onunla Azərbaycanın rayonlarına birgə qastrola çıxıb. Bundan sonra daha böyük həvəslə aktyorluq fəaliyyətini davam etdirib.

1922-ci ildə Gəncəyə köçüb. Altı il Gəncədə həvəskarlar teatrında çalışıb. İfa etdiyi rollar, tərəf-müqabilləri sayəsində aktyorluq təcrübəsi qazanıb. 1928-ci ildə tanınmış rejissor Kirmanşahlının təklifi ilə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət olunub. 1929-cu ildə isə başqa bir teatra - Azərbaycan Dövlət Dram Teatrına dəvət edilib. Bakıya gəlib. İsmayıl Osmanlının Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolu Şəmsəddin Abbasovun “Qələbə” pyesindəki traktorçu Bəhram olub.

Ömrünün sonunadək çalışdığı bu teatrda onu məşhurlaşdıran, tamaşaçı sevgisi, alqışları ilə mükafatlandıran müxtəlif xarakterli rollar oynayıb. İsmayıl Osmanlı “Xanlar”da Keçəl Aslan, “İnsan”da Fon Hols, “Vaqif”də Şaliko, “Pəri cadu”da Əmrah, “Şeyx Sənan”da Şeyx Hadi, “Səyavuş”da Vali, “Knyaz”da Şakro, “Nizami”də Munis, “Alov”da Kərim Rəhimli, “Qatır Məmməd”də Əliş, “Qızıl çeşmə”də Nikita Pavloviç, “Dağılan tifaq”da Məşədi Cəfər, “Ölülər”də Məşədi Oruc, “Dəli yığıncağı”nda Hacı Naib, “Hacı Qara”da Səfər bəy, “Hacı Qəmbərdə, Cəbi, “Oqtay Eloğlu”da Xaspolad, “Aydın”da Mirzə Cavad, “Xoşbəxtlər”də Mirzə Qərənfil, “Aydınlıq”da Zakir, “Küləklər”də Əhməd bəy, “Əliqulu evlənir”də Xəlil, “Nişanlı qız”da Qasım, “Qaçaq Nəbi”də Koxa Məmməd, “Bahar suları”nda Kefli Bəşir, “Həyat”da Mirzə Heydərqulu, “Kəndçi qızı”nda Şəkinski, “Türkiyədə”də Əşrəf, “Canlı meyit”də Aleksandrov, “Otello”da Baş senator, “On ikinci gecə”də Feste, “Hamlet”də Gilderstern, “Darıxma, ana!”da İsidor Cakeli, “Şəxsi iş”də General Berqoyn və başqa rollar ifa edib.

 

Böyük sənətkar, sevilən adam...

 

İsmayıl Osmanlı həm də istedadlı kinoaktyor kimi tanınıb. O, “Kəndlilər”də daxili işlər naziri, “Bir məhəlləli iki oğlan”da Mahmud, “O olmasın, bu olsun”da Rza bəy, “Əsl dost”da Usta Şirəli, “Yenilməz batalyon”da Yusif, “Mən ki gözəl deyildim”də poçt müdiri, “26-lar”da Şahbazov, “Ulduzlar sonmür”də Hacı Zeynalabdin Tağıyev, “Nəsimi”də Nəimi, “Yeddi oğul istərəm”də Kələntər və başqa rollara ekran ömrü verib.

Şux təbiətli, sadə, mehriban, duzlu-məzəli söhbətli, şirin və ibrətamiz Şəki lətifələrini özünəməxsus tərzdə söyləməyi xoşlayan İsmayıl Osmanlı sevilən adam olub. Çalışdığı teatrda gənc aktyorlar ona “İsmayıl dayı” deyə müraciət edib, böyük ehtiramla yanaşıblar. O da gənc həmkarlarından öz qayğısını, məsləhətlərini heç zaman əsirgəməyib.

İstedadı və əməyi yüksək qiymətləndirilib. İsmayıl Osmanlı 1940-cı ildə Azərbaycan SSR-nin Əməkdar artisti, 1949-cu ildə Xalq artisti, 1974-cü ildə isə SSRİ Xalq artisti fəxri adları ilə təltif olunub.

Aktyor İsmayıl Osmanlı teatrda son dəfə Nodar Dumbadzenin “Darıxma, ana” pyesindəki İsidor Cakeli rolu ilə səhnəyə çıxıb. Böyük aktyor 22 iyun 1978-ci ildə vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!