Bəlləbur qalası
Bəlləbur qalası Lənkəran şəhərinin 7-8 kilometrliyində, Lənkərançayın sol sahilində, dəniz səviyyəsindən 1300-1400 metr hündürlükdə inşa edilib. Səkkizguşəli qalanın bünövrəsi çaydaşıdan, divarları bişmiş kərpicdən olub. Qalanın qapı yeri, kərpicdən hörülmüş quyu və divarların qalıqları indi də durur.
Qalanın tarixi haqqında rəvayətlərdən birində deyilir ki, eramızın IV əsrində Sasani şahı II Şapur (309-379) İrana tez-tez basqınlar edən romalılardan, xəzər və hun tayfalarından qorunmaq üçün çoxlu qala tikdirir. Bölgədəki İran canişini Hilal Babur şahın əmri ilə indiki Lüvəsər kəndinin yaxınlığında əzəmətli bir qala inşa etdirir. Orada böyük qarnizon yerləşirmiş. Qala düşmən hücumlarının qarşısının alınmasında və bu yerdən keçən ticarət yollarının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb.
Qalada ölümə məhkum edilmişlər xüsusi qapıdan keçirilirdi. Bu səbəbdən də həmin yer “Goranba”, yəni “qəbirlərə qapı” adlandırılmışdı. Ərəb istilası dövründə qala ərəblərin əlinə keçmiş və orada xilafətin qarnizonu yerləşdirilmişdi.
XIX əsrin axırında Bəlləbur qalasını tədqiq edən fransız arxeoloqu Jak de Morqan tapdığı tunc əşyaları və bəzək şeylərini Fransadakı Sen-Jermen muzeyinə satıb. XIX əsrin axırlarında və XX əsrin əvvəllərində Lənkəranın tarixinə, o cümlədən Bəlləbur qalasının öyrənilməsinə maraq artıb. Bu axtarışlar da qazanc məqsədi daşıyıb. 1910-cu ildə Bəlləbur qalasında böyük xəzinə tapılıb. Həmin vaxt qalanın bir çox yerləri dağıdılıb, daşlar üzərində və divarlarda olan işarə və təsvirlərin çoxu məhv edilib.
1924-cü ildə isə Azərbaycan arxeoloqları Lənkəran ərazisində, o cümlədən Bəlləbur qalasında qazıntı işləri aparıb. Arxeoloji tədqiqatlar zamanı məlum olub ki, vaxtilə qalanın divarlarında çoxlu sayda yay, ox, nizə, qılınc, qalxan, tunc çıraq, döyüş baltası, mizraq, habelə gipsdən düzəldilmiş quş və gül, o cümlədən, günəş, ulduz və od təsvirləri də olub.
Təəssüf ki, qalada xəzinə tapmaq məqsədilə törədilən dağıntılar bu təsvirlərin və sənət əsərlərinin çoxunun dağıdılması ilə nəticələnib. Bəlləbur qalasından tapılmış eksponatlar, tikinti materialları nümunələri, eləcə də qalanın ətrafında əldə edilmiş əşyalar Lənkərandakı diyarşünaslıq muzeyində saxlanılır.
Bəlləbur qalası qrafik təsvir və heykəltəraşlıq nümunələri ilə zəngin Lənkəran diyarının əzəmətini göstərən qədim tarixi abidədir. İndi rayona təşrif gətirən turistlər və respublikamızın ayrı-ayrı bölgələrindən gələn məktəblilər memarlıq abidəsi olan Bəlləbur qalası ilə də tanış olur, onun tarixi haqqında məlumat əldə edirlər. Lakin qalanın sirləri hələ tamam açılmayıb. Odur ki, bu gün də arxeoloqlarımızın, tarixçilərimizin, tədqiqatçı alimlərimizin yolunu gözləyir.
Azad ZÜLALOĞLU,
Lənkəran rayonu
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!