BƏƏ-nin “Əl-Bəyan” qəzeti Azərbaycanın geniş turizm potensialından yazır
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu ərəbdilli mətbu orqanı olan “Əl-Bəyan” qəzetində “Azərbaycan qədim sivilizasiya... və sehrli təbiət” sərlövhəli məqalə dərc olunub.
Məqalə müəllifi Azərbaycanın min illər boyu qədim sivilizasiyanın beşiyi olduğunu, tarixi abidələri, görməli yerləri ilə seçildiyini və miladdan öncə üçüncü minilliyin əvvəllərində Urmiya gölü hövzəsindəki Azərbaycan ərazilərində ilk dövlətin yarandığını qeyd edib.
Azərbaycanın strateji mövqeyi ilə seçildiyini diqqətə çatdıran müəllif, ölkəmizin coğrafi mövqeyi barədə oxucularına məlumat verib, paytaxt Bakının bir tərəfdən Avropa tipli şəhər olduğunu, digər tərəfdən isə İslam memarlığını, Şərq üslubunu xatırlatdığını bildirib. O, buradakı memarlıq abidələrinin və şəhər arxitekturasının müxtəlifliyini və çalarlığını qeyd edərək, qədim tarixə malik İçərişəhərin UNESCO-nun dünya irsi siyahısına salındığını, burada qədim memarlıq abidələrindən Şirvanşahlar sarayının və Qız qalasının mövcud olduğunu diqqətə çatdırıb.
Azərbaycanın füsunkar təbiətə, əlverişli iqlimə malik olduğunu qeyd edən məqalə müəllifi, paytaxt Bakıdan 225 kilometr məsafədə yerləşən Qəbələnin geniş yaşıllığa büründüyünü, uca dağlar və dərin vadilər arasında yerləşdiyini bildirib, eyni zamanda, turistləri cəlb edən bir şəhər kimi Qəbələdə turistlər üçün əlverişli şəraitin yaradıldığını, 1660 metr uzunluğunda telefrikin fəaliyyət göstərdiyini, burada məşhur şabalıd meşələrinin olduğunu qeyd edib. Müəllif şəhərə gələn turistlərin 90 faizini Körfəz dövlətlərindən olan ərəb turistlərin təşkil etdiyini diqqətə çatdırıb, bir sözlə Qəbələnin heyrətamiz təbiətə malik olduğunu vurğulayıb.
Qəbələ sakinlərinin xalçaçılıq sənəti ilə də məşğul olduğunu bildirən müəllif, xalçaçılıq sənətinin Azərbaycanın ənənəvi qədim sənət nümunələrindən biri olduğunu və bu sənətin nəsildən-nəslə ötürüldüyünü qeyd edib. Müəllif şəhərin müxtəlif beynəlxalq musiqi festivallarına ev sahibliyi etdiyini diqqətə çatdırıb, Qəbələni dadlı və ləziz yeməklər ünvanı kimi dəyərləndirib, Azərbaycanın qədim tarixi və memarlığında Qəbələnin öz xüsusi yeri olduğunu bildirib. Məqalədə Qəbələni ziyarət edənlərin Azərbaycanın gizli sehrini və təbii gözəlliyini kəşf etdikləri vurğulanıb.
Həmçinin müəllif ölkəmizin qədim mədəniyyət və sivilizasiya beşiyi olduğunu qeyd edərək, bu mədəniyyətin formalaşmasında Azərbaycan Musiqi Akademiyasının, Akademik Milli Dram Teatrının, Opera və Balet Teatrının və Azərbaycan Kinostudiyasının mühüm rolu olduğunu bildirib, Azərbaycanda hər il – Bakı Beynəlxalq kino festivalının, Bakı Beynəlxalq caz festivalının, Novruz bayramının, gül bayramının, milli teatr festivalının və sair keçirildiyini, paytaxt Bakının müxtəlif sərgi və beynəlxalq konfranslara ev sahibliyi etdiyini diqqətə çatdırıb.
O, Bakıda gözoxşayan müasir binaların, göydələnlərin inşa edildiyini bildirərək qeyd edib ki, özünəməxsus ənənəvi görünüşü və Şərq ilə Qərb arasında coğrafi körpü olan Bakını Şərqin Parisi adlandırmaq olar.
Müəllif “Fly Dubai” şirkətinin iyunun 29-dan etibarən Dubay-Qəbələ marşrutu üzrə həftədə iki reys həyata keçirdiyini və bu reysin sentyabrın 17-dək davam edəcəyini bildirib. Eyni zamanda, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkə vətəndaşlarının Azərbaycana giriş vizasının ölkəmizin hava limanlarında əldə etdiklərini xatırladıb və turistləri Azərbaycan gözəlliyindən, valehedici təbiətindən yararlanmağa çağırıb.
AZƏRTAC
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!