10 May 2024 14:52
202
CƏMİYYƏT
A- A+

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib  

 

Birləşmiş Ərəb Əmirliyinin geniş oxucu kütləsinə malik www.ainalemirate.com, www.pantimearabia.com, www.mydubainews.com, www.dubaihospitalitynews.com, www.emirates24.net elektron xəbər portallarında Azərbaycanın Dubaydakı baş konsulluğu tərəfindən yerli mətbuata təqdim edilmiş bəyanat əsasında “Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilir” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ulu Öndər Heydər Əliyevin həyat yolu və ictimai-siyasi fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında əvəzsiz xidmətlərindən bəhs edilir. Oxucuların diqqətinə çatdırılır ki, dahi liderin düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti sayəsində Azərbaycan müstəqil dövlət kimi formalaşıb.

Yazıda Ümummilli Lider Heydər Əliyevin 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dünyaya gəldiyi, 1965-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə bu qurumun sədri vəzifəsinə irəli çəkildiyi, 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etdiyi, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildiyi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildiyi, dünyanın ən qüdrətli dövlətlərindən birinin rəhbərlərindən olduğu qeyd edilir.

Bundan əlavə, məqalədə BƏƏ ilə Azərbaycan arasında əlaqələrin inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri diqqətə çatdırılır. Bildirilir ki, dahi şəxsiyyətin bu səyləri ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrində özünü göstərib, enerji və ticarətdən tutmuş mədəniyyət və turizmə qədər geniş spektrdə münasibətlərin yüksələn xətlə inkişafına töhfə verib.

Məqalədə diqqətə çatdırılır ki, Bakı bu il BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək və bu nailiyyət Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanda ekoloji davamlılıq və iqlim siyasətinin bəhrəsidir. İqlim dəyişikliyi və onun gələcək nəsillərə təsirlərinin aradan qaldırılmasının vacibliyini gözəl bilən Heydər Əliyev ətraf mühitin deqradasiyasını azaltmaq və davamlı inkişaf təcrübələrini təşviq etmək üçün bir sıra strateji tədbirlərin həyata keçirilməsinə təşəbbüs göstərirdi. Onun rəhbərliyi altında Azərbaycan enerji mənbələrinin şaxələndirilməsi, karbon emissiyalarının azaldılması və enerji səmərəliliyinin artırılması istiqamətində ardıcıl və düşünülmüş siyasət həyata keçirib.

Məqalədə Heydər Əliyevin Azərbaycanın zəngin biomüxtəlifliyinin və təbii sərvətlərinin qorunmasını prioritet hesab etməsi, mühafizə səylərini və davamlı torpaq idarəçiliyi təcrübələrini təbliğ etməsi haqqında da bəhs edilir. Həmçinin vurğulanır ki, onun iqlim siyasətlərinə konstruktiv yanaşması Azərbaycanın ekoloji problemləri həll etmək və qlobal davamlılıq təşəbbüslərinə töhfə vermək istiqamətində səylərinin əsasını qoyub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video