BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı dəstək verməyə hazırdır
Əbu-Dabidə energetika naziri Pərviz Şahbazovla Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir arasında görüş olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkə prezidentlərinin Azərbaycan və BƏƏ arasında dost, qardaş və tərəfdaş əlaqələrinin dərinləşməsinə, əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunub. Azərbaycanın yaşıl enerji gündəliyinin icrasında BƏƏ ilə əməkdaşlığın strateji rolundan bəhs edilib. “Masdar” şirkəti ilə mərhələli şəkildə quruda və dənizdə 10 qiqavat yaşıl enerji layihələrinin həyata keçirilməsi çərçivəsində bu il 1 qiqavat gücündə iki günəş və bir külək elektrik stansiyasının təməlinin qoyulacağı bildirilib, yeni istehsal güclərinin yaradılması, həmçinin elektrik enerjisinin ötürülməsi layihələri üzrə proseslərin sürətləndirilməsi razılaşdırılıb.
Söhbət zamanı ADNOC şirkəti ilə “Abşeron Faza I” layihəsi, hər iki ölkənin apstrim sektorunda əməkdaşlığın genişləndirilməsi, həmçinin COP29 tədbirinə hazırlıq və bu xüsusda intensiv əlaqələrlə bağlı da müzakirələr aparılıb. BƏƏ-nin Azərbaycanla səmərəli nəticələrə hədəflənən enerji tərəfdaşlığının inkişafına, eləcə də, ölkəmizə COP29-a sədrliyi zamanı dəstəyi ifadə edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şəmkirdə Milli Qəhrəmanın xatirəsi anılıb
30 Aprel
Qürurla xatırlanan şəhid
30 Aprel
Vətənini canından çox sevən igid
30 Aprel
"Sən məğrursan, sən qalibsən, Azərbaycan əsgəri!"
30 Aprel
İqlim dəyişikliyi üzündən yaranan quraqlıq torpağa yeni yanaşma tələb edir
30 Aprel
Goranboyda özəl tibb müəssisəsi fəaliyyətə başlayacaq
30 Aprel
Vətən borclu qalmır
30 Aprel
Revanşistlər çevriliş planı hazırlayırlar
30 Aprel
Həsrətin vüsalı
30 Aprel
Sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında sülhə olan inamı artırır
30 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!